JA
Azerbaijan

Junior Achievement Azərbaycan (JAA) biznes təhsili sahəsində dünyanın ən iri mənfəət güdməyən təşkilatı olan Ümumdünya Junior Achievement Təşkilatının yerli təmsilçisidir. Ümumdünya JA Təşkilatının missiyası dünya iqtisadiyyatında uğur qazanmaq üçün gəncləri ruhlandırmaq və hazırlamaqdır.
1919-cu ildə yarandığı tarixdən bu günə kimi JA dünyada gənclərin iqtisadi və biznes tədrisinə öz töhfəsini verir. Hazırda JA yerli təmsilçilər vasitəsilə dünyanın 100 ölkəsi ilə əməkdaşlıq edir. Azərbaycanda 1998-ci ildən fəaliyyətə başlayan Junior Achievement Azərbaycan ictimai və fərdi donorların dəstəyilə ötən illər ərzində ölkənin 28 bölgəsində minlərlə şagirdə və 300-dən artıq müəllimə təlim keçmişdir.
Junior Achievement Azərbaycan onun layihələrindən faydalananlara biznesin, sahibkarlığın, maliyyə və iqtisadiyyatın əsaslarını öyrənməyə və ölkə iqtisadiyyatında öz gələcək rollarına daha yaxşı hazır olmağa birbaşa təlim və məsləhətlər vasitəsilə kömək edir.
JAA proqramları altı əsas tədris sahəsini fokusa alır:
· Sahibkarlıq
· İşə hazırlıq
· Maliyyə savadı
· Biznesdə informasiya texnologiyaları
· Biznes imkanlarının artırılması və konsultasiya
· Tədris imkanlarının inkişafı
Junior Achievement Azərbaycan işgüzar icmanın nümayəndələrindən təmsil olunan Direktorlar Şurası tərəfindən idarə olunur. JAA hər il PricewaterhouseCoopers Azərbaycan tərəfindən təftiş edilir. |