Ümumdünya JA təşkilatı

Ümumdünya Junior Achievement (JA) təşkilatı gənclərin biznes, iqtisadiyyat və azad sahibkarlıq haqqında biliklərə yiyələnməsi ilə məşğul olan dünyanın ən böyük təşkilatlarından biridir. JA təşkilatı 1919-cu ildə ABŞ-ın telefon və teleqraf şirkətinin prezidenti Teodor Veyl, “Stratmor Kağız Korporasiyası”nın prezidenti Horas Mozes və Massaçusets ştatının senatoru Myurey Kreyn tərəfindən təsis edilmişdir. JA ilk “Şirkət” proqramı orta məktəb uşaqları üçün məktəbdənkənar bilik bazası kimi təklif edilmişdir. 1975-ci ildə bu təşkilat orta sinif şagirdləri üçün “Biznes Layihəsi” adlı giriş layihəsilə sinifə daxil olmuşdu. Son 30 il ərzində JA öz fəaliyyətini genişləndirib, öz imkan dairəsinə təkcə məktəb şagirdləri deyil, məzunları da cəlb edib.
ABŞ-ın Kolorado Sprinqs şəhərində yerləşən JA baş qərargahı dünyanın 100 ölkəsində onun missiyasını həyata keçirən JA əməliyyatlarını dəstəkləyir. Bu ölkələrdən olan müəllim və peşəkar mentorlar JA proqramları üzrə 2 milyon şagirdə tədris keçmişlər. Ümumilikdə, Junior Achievement hər il öz proqramlarına dünya üzrə 7 milyon tələbə və şagirdi cəlb edir. JA bütün proqram və tədris materiallarını təqdim edir və onun korporativ tərəfdaşları JA siniflərində sponsorluq edir və könüllü biznes konsultasiyaları həyata keçirirlər.
JA beynəlxalq idarələri haqqında daha geniş məlumatı Ümumdünya JA təşkilatının veb saytında tapa bilərsiniz. |