XƏBƏRLƏR
| 2012-ci ilin Ümumdünya JA Titan Yarışına start verildi! |
![]() |
| Dərc olunub: Jan 13 2012 |
| XƏBƏRLƏR >> |
2012-cu ilin Ümumdünya JA Titan Yarışına qoşulun və şirkətin idarə edilməsində öz bacarığınızı sınayın. İştirakçı tələbə kimi siz şirkətinizə uğur gətirmək məqsədilə korporativ qərarlar qəbul edən biznes lideri rolunu ifadə edəcəksiniz. Komandanız digər ölkələrin beynəlxalq komandaları ilə mübarizə apararaq, ABŞ-ın Delavar ştatında yerləşən Vilminqton şəhərində keçiriləcək final yarışda iştirak etmək imkanı əldə edəcək.
Yarış 2012-ci ilin fevral ayında başlanır və Aprel ayının əvvəlinə kimi davam edəcəkdir. Daha sonra, JA təmsil edən Afrika, Amerika, Asiya, Avropa və ABŞ regionlarından seçilən 15 komanda avqust ayında final mərhələdə görüşəcək. Xahiş olunur yarışın qaydaları ilə diqqətlə tanış olasınız http://www.ja.org/involved/global_titan/infocenter.shtml. Qaydalara riayət etməyən komandalar yarışı tərk edəcəklər.
Qeydiyyat üçün JA Azərbaycan təşkilatın ofisinə gəlməyinizi xahiş edirik. Şəxsiyyət vəsiqəsi (məktəblilər üçün) və tələbə biletlərin təqdim edilməsi zəruridir.
Qeydiyyatın son müddəti – 19 Yanvar, 2012, saat 14.00
Ödənişin son müddəti – 19 Yanvar, 2012, saat 14.00
Geri- Xəbərlər arxivi 2009
- Xəbərlər arxivi 2008
- Xəbərlər arxivi 2007
- Xəbərlər arxivi 2006
- Xəbərlər arxivi 2005 |