2008
| 40 COMEEP iştirakçısı Nikoyl Bankdan aqrobiznesin inkişafına ayrılan kredit əldə edib |
![]() |
| Dərc olunub: Jan 26 2009 |
| 2008 >> |

“COMEEP proqramının icmamıza gəlişi yüksək səviyyədə qarşılandı. Çox çəkmədi ki, proqram çərçivəsində keçirilən təlimlərə Səmədabad kənd icmasının bütün üzvləri qoşuldu. Mütəşəkkil keçən təlimlər iştirakçılara biznesin və orta sahibkarlığın inkişaf sirlərini öyrətdi. Büdcə tərtibatı, biznes planların yazılması, kredit banklarına və təşkilatlarına müraciət, onlardan istifadə qaydalarına mükəmməl yanaşıldı.
Bu gün icmamız iqtisadi inkişaf təlimlərindən sonra özlərinin bizneslərini qurmaqda heç də aciz deyillər. Mart ayında Sərvər müəllimin dəstəyi ilə Nikoyl Bankın əməkdaşlarının icmamıza gəlişi maraqla qarşılandı. Deyilənlər doğru oldu, kiçik bizneslə məşğul olmaq istəyən icma üzvləri 24000 yeni Azərbaycan manatı alaraq*, yeni biznesi qurmağa başladılar. Bu gün bu əyani nəticədir və hamımız üçün yüksək nailiyyətdir.
Ona görə də bu proqramın təşkilatçılarına, təlimçi Sərvər müəllimə və Nazilə xanıma, maliyyə dəstəyi verən BP və tərəfdaş şirkətlərə öz minnətdarlığımızı bildiririk.”
Asif Qurbanov
Səmədabad kənd bələdiyyəsinin sədri
Hüseyn Əliyev
Səmədabad kənd İcra nümayəndəsi
7 mart, 2008-ci il
* JAA qeydi: “İcmaların iqtisadi təhsili” (COMEEP) proqramı BP və tərəfdaş şirkətlərin “İcma yatırımları proqramı” daxilində maliyyələşdirilir və Junior Achievement Azərbaycan tərəfindən həyata keçirilir. Proqram çərçivəsində, fərdi aqrobiznesin yaradılması üçün Yevlax rayonunun Səmədabad kəndindən 40 COMEEP iştirakçısı Nikoyl Bankdan 600 manat kredit götürmüşdür.
Geri- Xəbərlər arxivi 2008
- Xəbərlər arxivi 2007
- Xəbərlər arxivi 2006
- Xəbərlər arxivi 2005 |