XƏBƏRLƏR
| Amerika Ticarət Palatası “Azərbaycan Məktəblərində İqtisadiyyatın Tədrisi” proqramına dəstək məqsədilə vəsait ayırıb |
![]() |
| Dərc olunub: Oct 13 2009 |
| XƏBƏRLƏR >> |
2009-cu ilin sentyabrında Amerika Ticarət Palatasının Azərbaycandakı nümayəndəliyi “Azərbaycan Məktəblərində İqtisadiyyatın Tədrisi” (AMİT) proqramına dəstək məqsədilə 5000 manat (6250 ABŞ dolları) həcmində vəsait ayırmışdır. Həmin vəsait JA Titan TM biznes modelləşdirməsinin, 105 məktəbli üçün Milli İdarəetmə və İqtisadiyyat Yarışının təşkil edilməsi və 6 məktəbli üçün JA İşə Hazırlıq proqramının həyata keçirilməsinə yönəldiləcəkdir.
“Məktəblərdə İqtisadiyyatın Tədrisi Proqramı” StatoilHydro, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD), Chevron, Baker McKenzie və Bakcell şirkətlərinin koalisiyası tərəfindən dəstəklənir. Koalisıyaya qoşularaq, AmCham 2009-2010-cu illər ərzində aşağıdakı vəzifələri icra edəcək proqrama öz töhfəsini verəcək:
- 20 regionda yerləşən 230 orta məktəbdə iqtisadi və biznes tədrisinin dəstəklənməsi
- İqtisadi təhsil vasitəsilə yeni işçi qüvvəsinin inkişafı
- Sahibkarlıq üzrə təlimlərin və sınaq tədris imkanlarının təminatı
- Yuxari sinif şagirdlərinə işə hazırlıq bacarıqlarının öyrədilməsi və karyera seçimi üzrə konsaltinq
- Təlim və praktiki təcrübə vasitəsilə mühüm maliyyə biliklərinin təminatı
- JA “İqtisadiyyat” tədris kursunun Təhsil Nazirliyi tərəfindən keçirilməsi məqsədilə Nazirliyiə lazımı köməyin göstərilməsi
Geri- Xəbərlər arxivi 2009
- Xəbərlər arxivi 2008
- Xəbərlər arxivi 2007
- Xəbərlər arxivi 2006
- Xəbərlər arxivi 2005 |