Azərbaycan Əlaqələr və Mübadilə proqramının əməkdaşlığı ilə Məktəblərdə İqdisadiyyatın Tədrisi proqramı Amerika və Azərbaycandan – İndianadan West Noble High School, Floridadan Lake Mary High School, Sumqayıtdan 15 saylı Məktəb və İsmayıılıdan 1 saylı Məktəbin 131 şagirdini qlobal bazarda reklam işini öyrənmək məqsədilə “Qlobal reklam işi” layihəsində birləşdirdi. “Qlobal reklam işi” layihəsinin ilk mərhələsində iştirakçılara eyni məhsulları seçib onların qəzetdə, jurnalda, televiziyada, və İnternetdə reklamını nəzərdən keçirtmək və analiz edərək mədəni zövqdə fərqi və oxşarlığı anlamaq üçün beynəlxalq nümumələri ilə müqayisə etmək tapşırığı verildi. Amerikanlı şagirdlərdən birinin qeyd etdiyi kimi, “Bir çox reklamlar qlobal auditoriyaya yönəlib. Bir ferq var ki, məhsul cavan və ya yaşlı insanlara aid ola bilər. Bəzi reklamlar konkret ölkəyə yönəlib çünki bu, yerli xidmət növünün reklamıdır.”
Araşdırma zamanı qazanlıan bilikdən istifadə edərək şagirdlər öyrəndikləri nəzəriyyəni həyata keçirtdilər və layihənin növbəti mərhələsinə uyğun olaraq üç məhsula reklam hazırladılar. Bu üç məhsul Nivea şampunu, Plazma ekranli TV və “Guitar Hero” video oyunudur. “Coca-Cola”şirkətinin müxtəlif vaxtlarda və ölkələrdə fərqli olan media strategiyasını nümunə kimi istifadə edərək layihə iştirakçıları reklam yaratdılar və onu www.jaazerbaijan.org/partnership websaytında yerləşdirdilər. Bu websaytda həmçinin layihə zamanı çəkilən şəkillər və layihənin addım addım təsviri yer alıb.
“Qlobal reklam işi” Junior Achievement Azərbaycan və Project Harmony təşkilatlarının birlikdə yaratdığı multi-modul iqtisadi əməkdaşlıq kurrikulumunun bir hissəsidir. “Qlobal reklam işi” layihəsi bazar tədqiqatı, biznes başlanması üçün kapital, və fond birjası mövzularında layihələrlə davam edəcək. “Bazar Tədqiqatı” layihəsində Amerika və Azərbaycan məktəbliləri öz bazarlarını tədqiq edəcəklər və öz əməkdaşlarının bazarına hansı məhsulu çıxarmağı təyin edəcəklər. “Bazar Tədqiqatı” layihəsi Fevral, 2007-də başlayacaq. İştirak üçün maraqlanan müəllimlər Turan Talıbovaya turan@projectharmony.az ünvanına müraciət edə bilərlər.
Həyatın iqtisadiyyatını anlamaq üçün, Junior Achievement praktiki təcrübədən istifadə edərək gənclərə kömək edir. Biznes şirkətləri və təlimçilərlə əməkdaşlıqda, Junior Achievement məktəbliləri həqiqi dünya ilə tanış edir, öz daxili potensiallarına nəzər yetirməyə imkan yaradır. Junior Achievement metodları özündə proqram materialı, treninq və dəstəkləyici üsulları birləşdirir. Junior Achievement təhsil və biznes arasındakı müvəffəqiyyətli körpüdür.
Junior Achievement müəllim və məktəbləri konkret proqramlarla təmin edir və şagirdlərə nəzəriyyənin praktikaya keçmə yolunu, sahibkarlığın nə olduğunu anlamağa imkan verir. Bu yolla şagirdlər özlərinə inam və motivasiya əldə edirlər, daha fəal olurlar və komanda daxilində işləməyi öyrənirlər. Bu isə, Avropanın gələcəyi üçün mühüm investisiyadır.
--- Xose Manuel Barroso, Avropa Komissiyasının Prezidenti