AZ | EN
   
    SPONSORLAR  
    SEÇƏNƏKLƏR  
    QARŞIDAN GƏLƏN TƏDBİRLƏR
 
 


İyun 2010
“Mobil Telekommunikasiya Biznesinə Giriş” proqramı – “İşə Hazırlıq”
Əlaqələndirici Şəxs:  
Rəşad Xanlarov

İyun 2010
“Universitetə Hazırlıq Kursları” – Son sınaq imtahanları və konsaltinq
Əlaqələndirici Şəxs:  
Seymur Hacıyev

İyul 2010
“Universitetə Hazırlıq Kursları” – Universitetlərə qəbul imtahanları
Əlaqələndirici Şəxs:  
Seymur Hacıyev

İyul 2010
Məktəblilərin Beynəlxalq Ticarət Yarmarkası
Əlaqələndirici Şəxs:  
Rəşad Xanlarov

İyul-Avqust 2010
“Məktəblərdə İqtisadiyyatın Tədrisi Proqramı” – “İşə Hazırlıq”
Əlaqələndirici Şəxs:  
Könül Hüseynova

 
    ABUNƏÇİ OL
 
   
 
    BİZİMLƏ ƏLAQƏ  
 
Cəfər Cabbarlı küç., 44
"Caspian Plaza 1",
7-ci mərtəbə
Bakı - AZ1065, Azərbaycan
Tel/Faks: (994 12) 436 76 48
Mobil: (994 55) 301 05 05
İnternet ünvanı: www.jaazerbaijan.org Əlaqələndirici Şəxs: Könül Hüseynova
 

2006


AMİT məktəbli komandası dünyanın ilk üç komandası sırasında
Dərc olunub: Apr 21 2008
2006 >>

“Azərbaycan məktəblərində iqtisadiyyatın tədrisi” (AMİT) proqramı çərçivəsində Bakının Zəngi liseyinin məktəbli komandası Hewlett-Packard Global Business Challenge (HPGBC) beynəlxalq iqtisadi yarışında 68 ölkənin 1000 komandası arasında uğurla çıxış edərək, üçüncü yeri əldə etmişdi. Bu komanda 2006-cı il avqust ayının 14-18-də ABŞ-ın Kaliforniya ştatında yerləşən, Kupertino şəhərində keçirilən yarışın final mərhələsində Ukrayna, Rusiya, Estoniya, Kanada və Çindən olan səkkiz komanda ilə mübarizə aparmışdır.

2000-ci ildən etibarən USAİD-in və fərdi sponsorların dəstəyilə Junior Achievement Azərbaycan təşkilatı hər il 150-dən artıq məktəblinin iqtisadi və biznes biliklərini sınamaq məqsədilə, onların HPGBC yarışında iştiraklarını təmin edir. Yarış Hewlett-Packard Korporasiyasının sponsorluğu ilə Junior Achievement Worldwide tərəfindən hər il təşkil olunur.

2006-cı ilin fevral ayından başlayaraq, 30 AMİT komandası öz təlimçiləri ilə birgə dünyanın 100-ə yaxın komandaları ilə birlikdə modelləşdirilmiş biznesin virtual dünyasına daxil olmuşdular. Gərgin rəqabət şəraitində beş ay davam edən yarışda, AMİT proqramının iştirakçıları verilən bazar şərtlərini nəzərə alaraq məhsulun qiyməti, istehsal həcmi, marketinq, investisiya və elmi-tədqiqat işləri üzrə qərarlar qəbul etmişlər. Azərbaycandan yarışda təmsil olunan 30 komandadan 21-i yarışın yarımfinalında və bir komanda finalda iştirak etməyə müvəffəq olmuşdur. JA Azərbaycan təşkilatı üçün həmçinin şərəfli hal odur ki, təşkilatın həyata keçirdiyi proqramların məzunu Estoniya komandasına təlim keçməyə dəvət olunmuşdur və bunun sayəsində komanda yarışın final mərhələsinə vəsiqə alaraq 4-cü yeri əldə etmişdir.

Bu nailiyyətləri qeyd etmək məqsədilə Junior Achievement Azərbaycan iyul ayının 25-i ABŞ səfirliyi, USAİD, Azərbaycan Respublikası Təhsil Nazirliyinın nümayəndələri, JA Azərbaycan Direktorlar Şurasının üzvləri və media nümayəndələrinin iştirakı ilə tədbir keçirmişdir. Tədbirdə çıxış edən JAA Direktorlar Şurasının üzvü, Baker & McKenzie şirkətinin direktoru cənab Deniyel Metyuz qeyd etmişdir ki, “JA Azərbaycan şagirdlərinin və məzunlarının müvəffəqiyyəti Azərbaycanda iqtisadiyyat və biznes tədrisinin təkmilləşdirilməsində və ölkənin biznesi sektoru üçün yeni nəslin yetişdirilməsində JA Azərbaycan-ın səylərini aydın şəkildə nümayiş etdirir”.

2006/2007-ci tədris ilində USAİD və fərdi donorların dəstəyilə JA Azərbaycan AMİT şagirdlərinin HPGBC yarışında iştiraklarına köməklik etməyə davam edəcək.

l

Geri

Xəbərlər arxivi 2008

Xəbərlər arxivi 2007

Xəbərlər arxivi 2006

Xəbərlər arxivi 2005

   

BİZİM HAQDA

 
 
Həyatın iqtisadiyyatını anlamaq üçün, Junior Achievement praktiki təcrübədən istifadə edərək gənclərə kömək edir. Biznes şirkətləri və təlimçilərlə əməkdaşlıqda, Junior Achievement məktəbliləri həqiqi dünya ilə tanış edir, öz daxili potensiallarına nəzər yetirməyə imkan yaradır. Junior Achievement metodları özündə proqram materialı, treninq və dəstəkləyici üsulları birləşdirir. Junior Achievement təhsil və biznes arasındakı müvəffəqiyyətli körpüdür.
 
   

JAA FƏALİYYƏTİNİ DƏSTƏKLƏ

 
   
   

BİZƏ QOŞUL

 
 
2009 cu ilin JAA Könüllülər Təqviminə nəzər yetirin
Könüllü biznes mentoru kimi üzv olun:
Sinifdə dərs aparın, təcrübə təşkil edin və ya şagirdə öz biznesini qurmaqda yardımçı olun.
 
    BİZİM UĞURLARIMIZ
 
 
  Biznes nümayəndələrinin təcrübəsi gəncləri sahibkarlıq fəaliyyətinə ruhlandırır
 
 
  JAA düzgün kredit seçimində istehlakçılara kömək edir
 
 
  JAA təcrübəsi bölgə icmalarının biznes savadını təkmilləşdirir
 
 
  Baker McKenzie JA Azərbaycan məzunlarını işə götürüb
 
 
  JA İqtisadiyyat müəllimi Azərbaycan Respublikası Prezidentinin “Ən yaxşı müəllim” mükafatına layiq görülüb
 
 
  Ümumdünya JA Təşkilatı Birləşmiş Millətlər Təşkilatı tərəfindən xüsusi statusa layiq görüldü
 
 
  40 COMEEP iştirakçısı Nikoyl Bankdan aqrobiznesin inkişafına ayrılan kredit əldə edib
 
 
  JA təşkilatı, ABŞ Prezidentinin maliyyə məsələləri üzrə Məşvərətçi Şurasında təmsil olunub
 
 
  Azərbaycan komandası beynəlxalq biznes yarışında qalib gəlib
 
 
  Şagirdlər peşəkar biznes təcrübəsi əldə edirlər
 
 
  Yeni "Tətbiqi İqtisadiyyat" dərsliyini təqdim edirik
 
 
  İİT təcrübəsi və treninqləri bölgə bizneslərində tətbiq olunur
 
 
   

SİTAT

 
 
Junior Achievement müəllim və məktəbləri konkret proqramlarla təmin edir və şagirdlərə nəzəriyyənin praktikaya keçmə yolunu, sahibkarlığın nə olduğunu anlamağa imkan verir. Bu yolla şagirdlər özlərinə inam və motivasiya əldə edirlər, daha fəal olurlar və komanda daxilində işləməyi öyrənirlər. Bu isə, Avropanın gələcəyi üçün mühüm investisiyadır.

--- Xose Manuel Barroso,
Avropa Komissiyasının Prezidenti

 
   

LİNKLƏR