2007
| AMİT proqramı 230 məktəbdə tədris olunur |
![]() |
| Dərc olunub: Apr 10 2008 |
| 2007 >> |
2007-ci ildə “Məktəblərdə iqtisadiyyatın tədrisi” (AMİT) proqramına Bakı, Sumqayıt, Mingəçevir, Gəncə, Əli Bayramlı, Masallı, Kürdəmir, Naftalan, Şamaxı, Salyan və Aqstafanın yeni 5 kolleci və 45 orta məktəbi cəlb olundu və bununla ölkənin iyirmi altı bölgəsində bazar iqtisadiyyatı layıhələrində iştirak edən məktəblərin sayı 230-a çatdı.
2003-cü ildən etibarən, Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə əməkdaşlıqda, AMİT proqramı JA “İqtisadiyyat” kursunu və yeni tədris metodologiyası istifadə edərək Azərbaycanın orta məktəblərində “İqtisadiyyat” fənnini tətbiq edir. Müəllimləri təlimatlandırmaq məqsədilə AMİT bu il 60 müəllim üçün 17 günlük treninq təşkil etmişdir.  Bu günə qədər AMİT proqramı müxtəlif treninq və praktiki fəaliyyətlər vasitəsilə 62.300-dən yuxarı sinif şagirdinə və 300 müəllimə iqtisadiyyat və biznes aləminə daxil olmaq imkanı yaratmışdır. İqtisadiyyat fənni ilə yanaşı, AMİT məktəblərinin şagirdləri hər il “Məktəbli şirkətlər” layihəsində iştirak edir, qlobal biznes etikasını öyrənir, “Şagirdlərin praktikası” proqramı çərçivəsində karyera haqqında öyrənir, milli və beynəlxalq yarışlarda iqtisadi, idarəçilik və biznes biliklərini sınayırlar.
Geri- Xəbərlər arxivi 2008
- Xəbərlər arxivi 2007
- Xəbərlər arxivi 2006
- Xəbərlər arxivi 2005 |