AZ | EN
   
    SPONSORLAR  
    SEÇƏNƏKLƏR  
    QARŞIDAN GƏLƏN TƏDBİRLƏR
 
 


İyun 2010
“Mobil Telekommunikasiya Biznesinə Giriş” proqramı – “İşə Hazırlıq”
Əlaqələndirici Şəxs:  
Rəşad Xanlarov

İyun 2010
“Universitetə Hazırlıq Kursları” – Son sınaq imtahanları və konsaltinq
Əlaqələndirici Şəxs:  
Seymur Hacıyev

İyul 2010
“Universitetə Hazırlıq Kursları” – Universitetlərə qəbul imtahanları
Əlaqələndirici Şəxs:  
Seymur Hacıyev

İyul 2010
Məktəblilərin Beynəlxalq Ticarət Yarmarkası
Əlaqələndirici Şəxs:  
Rəşad Xanlarov

İyul-Avqust 2010
“Məktəblərdə İqtisadiyyatın Tədrisi Proqramı” – “İşə Hazırlıq”
Əlaqələndirici Şəxs:  
Könül Hüseynova

 
    ABUNƏÇİ OL
 
   
 
    BİZİMLƏ ƏLAQƏ  
 
Cəfər Cabbarlı küç., 44
"Caspian Plaza 1",
7-ci mərtəbə
Bakı - AZ1065, Azərbaycan
Tel/Faks: (994 12) 436 76 48
Mobil: (994 55) 301 05 05
İnternet ünvanı: www.jaazerbaijan.org Əlaqələndirici Şəxs: Könül Hüseynova
 

2008


AMİT proqramı çərçivəsində “Məktəbli şirkətlər” layihəsi və İqtisadiyyat üzrə milli olimpiadanın nəticələri müəyyən edildi
Dərc olunub: Jan 26 2009
2008 >>

 Fevral ayının 11-i, “Məktəblərdə iqtisadiyyatın tədrisi” proqramı çərçivəsində JA Azərbaycan, “Avropa” mehmanxanasında keçirilən və “Məktəbli şirkətlər” layihəsinin və iqtisadiyyat üzrə milli olimpiadanın final mərhələsinə həsr olunan “Məktəblinin biznes günü” adlı tədbir keçirdi. Tədbir, həmçinin, 2003-cü ildən ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) və fərdi sponsorların maliyyələşdirdiyi, Project Harmony tərəfindən idarə olunan və JA Azərbaycan tərəfindən həyata keçirilən AMİT proqramının başa çatmasına həsr olunmuşdur.

 

Məktəblinin biznes günü, eyni zamanada keçirilən iki fəaliyyəti əhatə edirdi – biznes-planların təqdimatı və şagirdlərin məhsullarının sərgisindən ibarət “Məktəbli şirkətlər” layihəsinin son mərhələsi və iqtisadiyyat üzrə milli olimpiadanın finalı. “Bu növ təşəbbüslərin məqsədi, şagirdlərə biznesin sadəcə alış-veriş yox, yaradıcılıq vasitəsilə şəxsin özünü-reallaşdırma prosesi olduğunu izah etməkdir”, - tədbirin açılışında JAA İcraçı Direktoru Vüsal Xanlarov qeyd etdi.
Hər il keçirilən “Məktəbli şirkətlər” layihəsi, 1000 AMİT şagirdin iqtisadiyyat və biznes bacarıqlarını sınayan testlə başlanmışdır. Yüksək nəticəyə nail olan 225 şagird layihənin növbəti mərhələsinə keçib, “Biznesin əsasları” və “Biznes planların yazılması” üzrə onlayn təlimlərdə iştirak etmişdir. Yerli və beynəlxalq biznes icması nümayəndələrinin keçirdiyi təlimlər vasitəsilə şagirdlər, biznesin mahiyyəti, məhsuldarlıq amilləri, işgüzar qərarların qəbul edilməsi, rəqabət, bazarın təqqiqatı, ehtiyacların qiymətləndirməsi və biznes-planların yazılma qaydalarını öyrənirdilər. Mentorlar, həmçinin, şagirdlərlə biznesin təşkil olunmasında və biznes strategiyalarını daha dərindən anlamağa kömək edəcək şəxsi təcrübələrilə bölüşürdülər.
Layihənin son mərhələsində şagirdlər, öz biznes-plan və nümunəvi məhsullarını USAİD, JAA Direktorlar şurası, yerli və beynəlxalq şirkətlərin nümayəndələrindən ibarət münsiflər heyətinə təqdim etdilər. Hər təqdimatın sonunda, şagirdlərin biznes fəaliyyətlərinin nə qədər davamlı olacağını qiymətləndirmək məqsədilə münsiflər sual verir, öz iradlarını bildirirdilər. Kəskin müsabiqənin sonunda Bakının 160, 164 və Sumqayıtın 11 saylı məktəblərini təmsil edən üç komanda, bizneslərini başlamaq üçün 500, 250 və 100 ABŞ dolları həcmində başlanğıc vəsait əldə etdilər.
Tətbiqi iqtisadiyyat üzrə milli olimpiadaya iqtisadiyyat üzrə olkənin ən güclü 380 şagirdi qoşulmuşdur. Məktəbli komandalar qiymət, istehsal vahidi, marketinq strategiyaları və elmi tədqiqatlara ayrılan vəsaitlər üzrə qərarlar verməklə mübarizə aparırdılar. Verilən qərarlar komandanın göstərici əmsalına təsir edirdi. Qrup yarışlarında qalib gələn hər səkkiz komanda olimpiadanın qalibini müəyyən edən final mərhələsində görüşdü. Müəllim tərəfindən təlim alan məktəbli komandalara həmçinin, AMİT proqramının məzunları da kömək edirdi. Milli olimpiadanın davamı olaraq finalçılar, HP korporasiyası və Ümumdünya JA təşkilatı tərəfindən keçirilən beynəlxalq biznes yarışında iştirak etmək imkanı əldə etdilər.
Tədbirdə çıxış edən USAİD-in Azərbaycan üzrə koordinatoru cənab Skot Teylorun sözü ilə “təlimçilərin yuxarı sinif proqramlarına maliyyə biliyin və iqtisadiyyatın daxil etmələri, və tədrisin həyati təcrübə ilə təkmilləşdirməsi üçün yeni imkanların tədqiq etmələri son dərəcədə vacibdir. Şagirdlər şəxsi dəyərlər və həyati bacarıqlar əldə edir, məhsuldarlığı artıran, eləcə də daha çox təcrübə ilə təmin edən iş yerlərinin müxtəlifliyini dəyərləndirirlər”. Cənab Teylor, Junior Achievement Azərbaycan və Project Harmony təşkilatlarını ölkənin 26 bölgəsində 230 məktəbi təmsil edən 94000 şagirdə iqtisadi və biznes biliklərini çatdıran AMİT proqramının uğurla başa çatması ilə təbrik edərək, “dünya bazarında rəqabət aparmaq üçün Azərbaycanda savadlı kadrların yetişdirilməsi”ndə onların rolunu yüksək qiymətləndirdi.


 

 Mətbuatda dərc olunan məqalələr:

 Day.Az
http://www.day.az/news/society/107243.html

 

The 1st News
http://www.1news.az/articles.php?item_id=20080208044656744&sec_id=4


Interfax
http://www.interfax.az/index.php?option=com_content&task=view&id=16488&Itemid=38


Avciya News
http://www.avciya.org/cgi-bin/e-cms/vis/vis.pl?s=001&p=0113&n=000333&g


Movqe
http://www.movqe-az.com/2008/02/09/anons=2


Novosti Azerbaijana
http://www.novosti.az/international/20080211/42149937.html


ANS
http://www.ans.az/index.php?nid=59410
http://www.ans-dx.com/print59410.html


APA
http://economics.apa.az/news.php?id=63389


AzadInfrom
http://azadinform.az/index.php?dn=news&re=print&id=8983


Okey.az
http://okey.az/index.php?newsid=2880


Azeri.ru
http://azeri.ru/papers/news-azerbaijan/13030/


Azertaj
www.azertag.com

 


Voice of America
http://www.voanews.com/azerbaijani/Aze-iqtisadiolimpiada.cfm

 


Azerbaijan News
http://www.azerizv.az/article.php?id=12517

Geri

Xəbərlər arxivi 2008

Xəbərlər arxivi 2007

Xəbərlər arxivi 2006

Xəbərlər arxivi 2005

   

BİZİM HAQDA

 
 
Həyatın iqtisadiyyatını anlamaq üçün, Junior Achievement praktiki təcrübədən istifadə edərək gənclərə kömək edir. Biznes şirkətləri və təlimçilərlə əməkdaşlıqda, Junior Achievement məktəbliləri həqiqi dünya ilə tanış edir, öz daxili potensiallarına nəzər yetirməyə imkan yaradır. Junior Achievement metodları özündə proqram materialı, treninq və dəstəkləyici üsulları birləşdirir. Junior Achievement təhsil və biznes arasındakı müvəffəqiyyətli körpüdür.
 
   

JAA FƏALİYYƏTİNİ DƏSTƏKLƏ

 
   
   

BİZƏ QOŞUL

 
 
2009 cu ilin JAA Könüllülər Təqviminə nəzər yetirin
Könüllü biznes mentoru kimi üzv olun:
Sinifdə dərs aparın, təcrübə təşkil edin və ya şagirdə öz biznesini qurmaqda yardımçı olun.
 
    BİZİM UĞURLARIMIZ
 
 
  Biznes nümayəndələrinin təcrübəsi gəncləri sahibkarlıq fəaliyyətinə ruhlandırır
 
 
  JAA düzgün kredit seçimində istehlakçılara kömək edir
 
 
  JAA təcrübəsi bölgə icmalarının biznes savadını təkmilləşdirir
 
 
  Baker McKenzie JA Azərbaycan məzunlarını işə götürüb
 
 
  JA İqtisadiyyat müəllimi Azərbaycan Respublikası Prezidentinin “Ən yaxşı müəllim” mükafatına layiq görülüb
 
 
  Ümumdünya JA Təşkilatı Birləşmiş Millətlər Təşkilatı tərəfindən xüsusi statusa layiq görüldü
 
 
  40 COMEEP iştirakçısı Nikoyl Bankdan aqrobiznesin inkişafına ayrılan kredit əldə edib
 
 
  JA təşkilatı, ABŞ Prezidentinin maliyyə məsələləri üzrə Məşvərətçi Şurasında təmsil olunub
 
 
  Azərbaycan komandası beynəlxalq biznes yarışında qalib gəlib
 
 
  Şagirdlər peşəkar biznes təcrübəsi əldə edirlər
 
 
  Yeni "Tətbiqi İqtisadiyyat" dərsliyini təqdim edirik
 
 
  İİT təcrübəsi və treninqləri bölgə bizneslərində tətbiq olunur
 
 
   

SİTAT

 
 
Junior Achievement müəllim və məktəbləri konkret proqramlarla təmin edir və şagirdlərə nəzəriyyənin praktikaya keçmə yolunu, sahibkarlığın nə olduğunu anlamağa imkan verir. Bu yolla şagirdlər özlərinə inam və motivasiya əldə edirlər, daha fəal olurlar və komanda daxilində işləməyi öyrənirlər. Bu isə, Avropanın gələcəyi üçün mühüm investisiyadır.

--- Xose Manuel Barroso,
Avropa Komissiyasının Prezidenti

 
   

LİNKLƏR