AZ | EN
   
    SPONSORLAR  
    SEÇƏNƏKLƏR  
    QARŞIDAN GƏLƏN TƏDBİRLƏR
 
 

Fevral - İyun 2012
JA İqtisadiyyat dərsləri
Əlaqələndirici Şəxs:

Seymur Hacıyev

Fevral - Oktyabr 2012
İMTB – Tələbələrin seçimi
Əlaqələndirici Şəxs:

Seymur Hacıyev

Fevral - Oktyabr 2012
JA Müvəffəqiyyət Bacarıqları, yuxarı sinif şagirdləri üçün işə hazırlıq təlimi
Əlaqələndirici Şəxs:

Nilüfər Dəmirzadə

Fevral - Oktyabr 2012
JA Biznes Etika, yuxarı sinif şagirdləri üçün işə hazırlıq təlimi
Əlaqələndirici Şəxs:

Könül Hüseynova

Fevral - Oktyabr 2012
JAA-Saipem "İşə Hazırlıq" Layihəsi – Tələbələrin seçimi
Əlaqələndirici Şəxs:

Nilüfər Dəmirzadə

 
    ABUNƏÇİ OL
 
   
 
    BİZİMLƏ ƏLAQƏ  
 
Cəfər Cabbarlı küç., 44
"Caspian Plaza 1", 7-ci mərtəbə
Bakı - AZ1065, Azərbaycan
Tel/Faks: (994 12) 436 76 48
Mobil: (994 55) 301 05 05
İnternet ünvanı: www.jaazerbaijan.org Əlaqələndirici Şəxs:
Könül Hüseynova
 

2005


AMİT proqramı lider müəllimləri bir araya topladı
Dərc olunub: Apr 16 2008
2005 >>

Noyabrın 10-11-də Azərbaycanın müxtəlif bölgələrindən olan 100 müəllim, JA Azərbaycan və Project Harmony təşkilatlarının keçirdiyi “Azərbaycan Məktəblərində İqtisadiyyatın Tədrisi Proqramının Lider Müəllimlərin Konfransı”nda öz təcrübələri ilə bölüşmək və iqtisadiyyatın tədrisi proqramını təcrübədən keçirmək imkanı əldə etdilər. ABŞ-ın Azərbaycandakı səfiri cənab Rino L. Harniş, Azərbaycan Respublikasının Təhsil Naziri cənab Misir Mərdanov, ABŞ BİA təşkilatının ölkə üzrə əlaqələndiricisi cənab Ceyms L. Qoqqin, yerli və xarici iş adamları və mətbuat nümayəndələri tədbirdə iştirak etdilər.

İki-günlük konfransda iştirakçılar iqtisadiyyat və biznesin tədrisi üzrə təlimlərdə, dəyirmi masa müzakirələrində yaxından iştirak etdilər və interaktiv fəaliyyət növlərində qrup işi və liderlik bacarıqlarını sınadılar. Tədbirin açılışında çıxış edən Misir Mərdanov, Səfir Harniş və JAA Direktorlar Şurasının üzvü Nikolas Blauer JAA “Azərbaycan Məktəblərində İqtisadiyyatın Tədrisi” proqramına göstərdikləri dəstəyi vurğulayaraq, Azərbaycanın inkişaf edən iqtisadiyyatı üçün iqtisadi və biznes biliklərinin əhəmiyyətindən bəhs etdilər. Açılış nitqindən sonra JAA İcraçı direktoru Vüsal Xanlarov AMİT proqramı haqqında məlumat verərək, proqramın fəaliyyətinə yerli iş adamlarının cəlb olunması perspektivini xüsusi olaraq vurğuladı.

“Azərbaycanın orta məktəblərində JA İqtisadiyyat proqramının tədrisinin əhəmiyyəti” sessiyası tətbiqi iqtisadiyyat üzrə milli olimpiada, “Məktəbli şirkətlər”, HP Global Buisiness Challenge yarışı və “Qlobal Biznes etika” kimi JA layihələrindən bəhs edirdi. “JA iqtisadiyyat proqramı iqtisadiyyat dərslərinin interaktiv metodla keçirilməsində mənbə rolunu oynayır. Şagirdlərimiz iqtisadi nəzəriyyəni öyrənir və simulyasiya tapşırıqlarında öz bilik və bacarıqlarından istifadə etmək imkanı əldə edirlər”, JAA treneri Nailə Əhmədova belə şərh etdi, “Bu iqtisadiyyat proqramı həqiqətən də gəncləri gələcək həyata hazırlayır”.

Biznes Mühiti və Biznes Etika adlı təqdimatda PricewaterhouseCoopers şirkətinin baş meneceri Teymur Abasquliyev Azərbaycanın iqtisadi vəziyyəti haqqında aydın mənzərə yaratdı, xarici investorları ölkəmizə cəlb edən əsas amilləri sadaladı və biznes etikasının əhəmiyyətindən bəhs etdi. Project Harmony təşkilatının təqdimatları zamanı iştirakçılar uğurlu onlayn layihə aparıcısı olmaq üçün əsas bacarıqlara yiyələndilər.

Tədbirin bağlanış mərasimi zamanı iştirakçılar konfrans seminarlarını uğurla başa vurduqları münasibətilə sertifikatlarla təltif olundular. “Konfrans bizlərə dərslərimizdə tətbiq edə biləcəyimiz yeni strategiya və texonlogiyaları öyrətdi və ən başlıcası yenin fikirlər axınını daha da canlandırdı”, Bakının İntellekt Liseyinin müəllimi Zarema Almazova dedi. JA Azərbaycan təşkilatı onlayn və oflayn fəaliyyət növlərinin köməyilə müəllimlər şəbəkəsi yaratmaq missiyasını davam etdirəcək.

Geri

Xəbərlər arxivi 2009

Xəbərlər arxivi 2008

Xəbərlər arxivi 2007

Xəbərlər arxivi 2006

Xəbərlər arxivi 2005

   

BİZİM HAQDA

 
 
Həyatın iqtisadiyyatını anlamaq üçün, Junior Achievement praktiki təcrübədən istifadə edərək gənclərə kömək edir. Biznes şirkətləri və təlimçilərlə əməkdaşlıqda, Junior Achievement məktəbliləri həqiqi dünya ilə tanış edir, öz daxili potensiallarına nəzər yetirməyə imkan yaradır. Junior Achievement metodları özündə proqram materialı, treninq və dəstəkləyici üsulları birləşdirir. Junior Achievement təhsil və biznes arasındakı müvəffəqiyyətli körpüdür.
 
   

JAA FƏALİYYƏTİNİ DƏSTƏKLƏ

 
   
   

BİZƏ QOŞUL

 
 
2009 cu ilin JAA Könüllülər Təqviminə nəzər yetirin
Könüllü biznes mentoru kimi üzv olun:
Sinifdə dərs aparın, təcrübə təşkil edin və ya şagirdə öz biznesini qurmaqda yardımçı olun.
 
    BİZİM UĞURLARIMIZ
 
 
  Biznes nümayəndələrinin təcrübəsi gəncləri sahibkarlıq fəaliyyətinə ruhlandırır
 
 
  JAA düzgün kredit seçimində istehlakçılara kömək edir
 
 
  JAA təcrübəsi bölgə icmalarının biznes savadını təkmilləşdirir
 
 
  Baker McKenzie JA Azərbaycan məzunlarını işə götürüb
 
 
  JA İqtisadiyyat müəllimi Azərbaycan Respublikası Prezidentinin “Ən yaxşı müəllim” mükafatına layiq görülüb
 
 
  Ümumdünya JA Təşkilatı Birləşmiş Millətlər Təşkilatı tərəfindən xüsusi statusa layiq görüldü
 
 
  40 COMEEP iştirakçısı Nikoyl Bankdan aqrobiznesin inkişafına ayrılan kredit əldə edib
 
 
  JA təşkilatı, ABŞ Prezidentinin maliyyə məsələləri üzrə Məşvərətçi Şurasında təmsil olunub
 
 
  Azərbaycan komandası beynəlxalq biznes yarışında qalib gəlib
 
 
  Şagirdlər peşəkar biznes təcrübəsi əldə edirlər
 
 
  Yeni "Tətbiqi İqtisadiyyat" dərsliyini təqdim edirik
 
 
  İİT təcrübəsi və treninqləri bölgə bizneslərində tətbiq olunur
 
 
   

SİTAT

 
 
Junior Achievement müəllim və məktəbləri konkret proqramlarla təmin edir və şagirdlərə nəzəriyyənin praktikaya keçmə yolunu, sahibkarlığın nə olduğunu anlamağa imkan verir. Bu yolla şagirdlər özlərinə inam və motivasiya əldə edirlər, daha fəal olurlar və komanda daxilində işləməyi öyrənirlər. Bu isə, Avropanın gələcəyi üçün mühüm investisiyadır.

--- Xose Manuel Barroso,
Avropa Komissiyasının Prezidenti

 
   

LİNKLƏR