USAİD-in maliyyələşdirdiyi Azərbaycan Məktəblərində İqtisadiyyatın Tədrisi proqramı çərçivəsində 2004-cü ildən mindən artıq yuxarı sinif şagirdi QBE vasitəsilə biznes və həyati dəyərləri öyrənmişdir. Bu il Lənkəran və Sumqayıt məktəblərinin iki şagirdi İlkiz İskəndərli və Ceyhun Mənsumov ən yaxşı inşa əsərinin müəllifi kimi Azərbaycanı konfransda təmsil edirdilər. Şagirdlər müxtəlif mədəniyyətlərdə “etika” anlayışında oxşar və fərqli cəhətləri müzakirə edən bir sıra treninq sessiyasında, interaktiv oyun və mühazirələrdə iştirak etdilər. Hər iki şagird Azərbaycandakı biznes mühit üzrə təqdimat apardı və ölkəmizdəki hazırkı bazar və işgüzar münasibətlər barədə iştirakçılara məlumat verdi. “Həmyaşıdlarımızla birlikdə biz işçi ilə rəhbər arasındakı münasibətləri, korporativ etika, transmilli şirkətlərin elastik siyasəti və digər mövzuları müzakirə edir, mürəkkəb etik problemlərin həllini tapmağa çalışırdıq”, - vətənə dönərkən İlkiz bölüşdü.
JA Azərbaycan “Qlobal biznes etika” proqramını 2006/2007-ci tədris ili üçün davam etdirəcək. Hazırda, proqramın 2006-ci il payız sessiyasında Bakı, Sumqayıt, Türkan qəsəbəsi, Bərdə, İsmayıllı və Yevlax məktəblərindən 416 şagird və 14 müəllim iştirak edir.
Oktyabrın 27-28-i tarixində Məktəblərdə İqtisadiyyatın Tədrisi proqramı çərçivəsində Azərbaycan şagirdlərı biznes etika, mədəniyyət arası münasibətləri və biznes idarəçiliyin mahiyyətini Orta Asiya və Cənubi Qafqaz ölkələrindən olan həmyaşıdları ilə müzakirə etdilər. Qazaxstanın Almatı şəhərində keçirilən “Qlobal biznes etika” (QBE) konfransında beynəlxalq inşa müsabiqəsində qalib gəlmiş iyirmi şagird və proqram administratorları iştirak edirdi.
QBE proqramı ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən maliyyələşdirilir və Junior Achievement Azərbaycan təşkilatı tərəfindən həyata keçirilir. On iki həftəlik tədris kursu bütün məktəbliləri etik dilemmaları müzakirə etməyə dəvət edir. Sessiyanın sonunda Beynəlxalq İnşa Müsabiqəsi keçirilir və müsabiqənin qalibləri hər il təşkil olunan beynəlxalq Biznes Etika konfransında iştirak edirlər.
Həyatın iqtisadiyyatını anlamaq üçün, Junior Achievement praktiki təcrübədən istifadə edərək gənclərə kömək edir. Biznes şirkətləri və təlimçilərlə əməkdaşlıqda, Junior Achievement məktəbliləri həqiqi dünya ilə tanış edir, öz daxili potensiallarına nəzər yetirməyə imkan yaradır. Junior Achievement metodları özündə proqram materialı, treninq və dəstəkləyici üsulları birləşdirir. Junior Achievement təhsil və biznes arasındakı müvəffəqiyyətli körpüdür.
Junior Achievement müəllim və məktəbləri konkret proqramlarla təmin edir və şagirdlərə nəzəriyyənin praktikaya keçmə yolunu, sahibkarlığın nə olduğunu anlamağa imkan verir. Bu yolla şagirdlər özlərinə inam və motivasiya əldə edirlər, daha fəal olurlar və komanda daxilində işləməyi öyrənirlər. Bu isə, Avropanın gələcəyi üçün mühüm investisiyadır.
--- Xose Manuel Barroso, Avropa Komissiyasının Prezidenti