AZ | EN
   
    SPONSORLAR  
    SEÇƏNƏKLƏR  
    QARŞIDAN GƏLƏN TƏDBİRLƏR
 
 


İyun 2010
“Mobil Telekommunikasiya Biznesinə Giriş” proqramı – “İşə Hazırlıq”
Əlaqələndirici Şəxs:  
Rəşad Xanlarov

İyun 2010
“Universitetə Hazırlıq Kursları” – Son sınaq imtahanları və konsaltinq
Əlaqələndirici Şəxs:  
Seymur Hacıyev

İyul 2010
“Universitetə Hazırlıq Kursları” – Universitetlərə qəbul imtahanları
Əlaqələndirici Şəxs:  
Seymur Hacıyev

İyul 2010
Məktəblilərin Beynəlxalq Ticarət Yarmarkası
Əlaqələndirici Şəxs:  
Rəşad Xanlarov

İyul-Avqust 2010
“Məktəblərdə İqtisadiyyatın Tədrisi Proqramı” – “İşə Hazırlıq”
Əlaqələndirici Şəxs:  
Könül Hüseynova

 
    ABUNƏÇİ OL
 
   
 
    BİZİMLƏ ƏLAQƏ  
 
Cəfər Cabbarlı küç., 44
"Caspian Plaza 1",
7-ci mərtəbə
Bakı - AZ1065, Azərbaycan
Tel/Faks: (994 12) 436 76 48
Mobil: (994 55) 301 05 05
İnternet ünvanı: www.jaazerbaijan.org Əlaqələndirici Şəxs: Könül Hüseynova
 

2008


Avropa Sahibkarlıq Forumu
Dərc olunub: Jan 26 2009
2008 >>

Brüssel- İyun 27, 2008; JA-YE Avropa və Microsoft ilk birgə Sahibkarlıq Forumunu təşkil etdilər. Avropa parlamentində, Avropa Parlamentinin üzvü və JA Rumıniyanın Prezidenti Mr. Deniel Deyanunun başçılığı ilə keçirilmiş forumda 120 nəfər iştirak edib. Sahibkarıq Forumu əsasən biznesin başlanılması doğru karyera seçimidirmi sualı qarşısında olan sabahın novator və biznes rəhbərlərinin ruhlandırılmasına yönəldilmişdi.

 

İştirakçı siyahısı Biznes Week.com-dan Endi Reynhard tərəfindən tərtib olunmuşdur. Bütün iştirakçılar sahibkarlığı cavan yaşlardan öyrənməyin vacibliyini və başlanğıcın yüksək dərəcədə olması iqtisadiyyat artımının başlıca səbəbi olmasını xüsusilə vurğuladılar.

 Avropa Parlamentinin üzvü Deniel Deyanu, qeyd etdi ki, sahibkarlıq heç bir şeydən çəkinmədən idare edilmənin və seçim etmənin azadlığıdır, və buna görə də demokratik cəmiyyətin kritik elementidir. Bundan əlavə, o bildirdi ki, “Avropa ilə müqayisədə Birləşmiş Ştatlarda müəyyən, daha aşağı vergilərin mövcud olması, daha güclü sahibkarlıq mədəniyyətinin olması və ABŞ-da insanların riskə daha meyilli olmaları baxımından, və bu kimi münasibətlərdə rəqabət baxımından üstünlüyə malikdirlər”. Deniel Deyanu həmçinin “mənəvi dəyərlərin ( etibar, düzgünlük, vicdan və s.) yaxşı biznes mühiti üçün, yaxşı cəmiyyət üçün vacibliyini qeyd etdi”.

 DG müəssisəsində KOS Rəqabətliyinə  Promouşn Şöbəsinin direktoru Meyv Rut “Avropa üçün Kiçik Biznes Aktı”, habelə “Gənc Sahibkarlar üçün Erasmus” pilot proqramını təqdim etmişdir. Avropada Kiçik Biznes haqqında Aktının əsas məqsədlərindən biri Avropada sahibkarlıq mədəniyyətinin formalaşdırılmasından ibarətdir. O, Avropanın daha çox sahibkar yönümlü olmasına və baza vəziyyətlərini yaxşılaşdırmaqla, onların bizneslərinin çiçəklənməsinə nail olmaq üçün Avropanın kiçik və orta bizneslərinin ehtiyaclarını qarşılamaq məqsədini daşıyır. AB Komissiyasının “Gənc Sahibkarlar üçün Erasmus” pilot proqramının köməyi ilə yenicə yaranmış bizneslərin təsisçilərinin bir neçə aylığa xaricə getmək və qaldıqları ölkədəki təcrübəli sahibkardan mentorluq almaq imkanına malikdirlər.

 Microsoft şirkətinin Avropada və dünyada Yeni Yaranmaqda olan Bizneslər və İnnovasiyalar Strategiyasına rəhbərlik edən Kler O’Halloran Microsoftun bu yaxınlarda TiE və Avropa Biznes Mələkləri Şəbəkəsi kimi təşkilatlarla élan etdiyi əməkdaşlığın növbəti nəsli yeni proqram təminatı müəssisəsini yaratmağa və sonra sahibkarlar və erkən fazadakı şirkətlərə texnologiya, kapital, insan ehtiyatları və bazarlara təkmil çıxışın təmin edilməsinə dəstək verməyə ruhlandırmaq üçün nəzərdə tutulduğundan danışdı.  Yerli Proqram Təminatı İqtisadiyyatı Təşəbbüsünə uyğun olaraq Microsoft birgə innovasiyaları təlqin etmək və Avropada rəqabət ruhunun aparıcı qüvvəsi ola biləcək təkmil bacarıq və iş yerlərinin yaradılması və təhsilin transformasiya edilməsi üçün ictimai sektor, sənaye birlikləri və Akademiya ilə tərəfdaşlıq edir. Xanım O’Halloran qeyd etmişdir ki, “innovasiyaları təlqin etmək dedikdə əslində “ideyaları bəsləmək” və bu ideyaları bazara çıxartmaq və qlobal səviyyədə uğur qazanmaq üçün prosesi asanlaşdırmaq nəzərdə tutulur”.

 Britaniya Konsulluğundan olan  Viki Tipton auditoriyaya Cənub Şərq Avropa və Birləşmiş Krallıq peşə məktəblərinə sahibkarlığa təkan vermək məqsədi daşıyan onların Skills@Work Proqramını təqdim etdi. Bu məzmunda, Xanım Tipton professional və texniki bacarıqlara bir əlavə olaraq sahibkarlıq biliklərinin vacibliyini xüsusilə qeyd etdi. Bunlar biznes ideyalarının bazar tələblərinə uyğun yaranmaları üçün əhəmiyyətlidir və buna görə də uğurludur.

 Və sonda, amma sonuncu olmayan, 31 yaşlı Working Day Ltd-nın sahibi (Latvia) Tomas Barilo, öz sahibkarlıq təcrübəsini auditoriya ilə bölüşdü və vurğuladı ki, “gənc sahibkarların uğurlu sahibkar olmaları üçün, nəyə doğru getmələri haqqında aydın düşüncələri olmalı və inandırıcı alıcıya doğru istiqamətli olmalıdırlar”.

 Ətraflı məlumat üçün, xahiş edirik Dayana Filiplə əlaqə saxlayın, diana@ja-ye.org

 Redaktorun qeydləri

JA-YE Avropa (www.ja-ye.org) 2007-ci ildə 40 ölkənin 2,6 milliom şagirdini əhatə edən Avropanın ən böyük sahibkarlıq təhsil proqramlarının təchizatçısıdır. İş adamları, institutlar, fondlar və fərdi şəxslər tərəfindən maliyyələşdirilən JA-YE, ictimai və fərdi sektorları birləşdirərək, ibtidai, orta və erkən universitet tələbələrinə işgüzarlıq, sahibkarlıq, biznes və iqtisadiyyatı təcrübə yolu ilə öyrədərək yüksək keyfiyyətli təhsil proqramları ilə  təmin edir. JA-YE-nin Şirkət Proqramı, Avropa Komissiyasının Sahibkarlıq Müdiriyyətinin Generalı tərəfindən “Sahibkarlıq Təhsilində Ən Yaxşı Təcrübə” kimi qəbul edilib.

Geri

Xəbərlər arxivi 2008

Xəbərlər arxivi 2007

Xəbərlər arxivi 2006

Xəbərlər arxivi 2005

   

BİZİM HAQDA

 
 
Həyatın iqtisadiyyatını anlamaq üçün, Junior Achievement praktiki təcrübədən istifadə edərək gənclərə kömək edir. Biznes şirkətləri və təlimçilərlə əməkdaşlıqda, Junior Achievement məktəbliləri həqiqi dünya ilə tanış edir, öz daxili potensiallarına nəzər yetirməyə imkan yaradır. Junior Achievement metodları özündə proqram materialı, treninq və dəstəkləyici üsulları birləşdirir. Junior Achievement təhsil və biznes arasındakı müvəffəqiyyətli körpüdür.
 
   

JAA FƏALİYYƏTİNİ DƏSTƏKLƏ

 
   
   

BİZƏ QOŞUL

 
 
2009 cu ilin JAA Könüllülər Təqviminə nəzər yetirin
Könüllü biznes mentoru kimi üzv olun:
Sinifdə dərs aparın, təcrübə təşkil edin və ya şagirdə öz biznesini qurmaqda yardımçı olun.
 
    BİZİM UĞURLARIMIZ
 
 
  Biznes nümayəndələrinin təcrübəsi gəncləri sahibkarlıq fəaliyyətinə ruhlandırır
 
 
  JAA düzgün kredit seçimində istehlakçılara kömək edir
 
 
  JAA təcrübəsi bölgə icmalarının biznes savadını təkmilləşdirir
 
 
  Baker McKenzie JA Azərbaycan məzunlarını işə götürüb
 
 
  JA İqtisadiyyat müəllimi Azərbaycan Respublikası Prezidentinin “Ən yaxşı müəllim” mükafatına layiq görülüb
 
 
  Ümumdünya JA Təşkilatı Birləşmiş Millətlər Təşkilatı tərəfindən xüsusi statusa layiq görüldü
 
 
  40 COMEEP iştirakçısı Nikoyl Bankdan aqrobiznesin inkişafına ayrılan kredit əldə edib
 
 
  JA təşkilatı, ABŞ Prezidentinin maliyyə məsələləri üzrə Məşvərətçi Şurasında təmsil olunub
 
 
  Azərbaycan komandası beynəlxalq biznes yarışında qalib gəlib
 
 
  Şagirdlər peşəkar biznes təcrübəsi əldə edirlər
 
 
  Yeni "Tətbiqi İqtisadiyyat" dərsliyini təqdim edirik
 
 
  İİT təcrübəsi və treninqləri bölgə bizneslərində tətbiq olunur
 
 
   

SİTAT

 
 
Junior Achievement müəllim və məktəbləri konkret proqramlarla təmin edir və şagirdlərə nəzəriyyənin praktikaya keçmə yolunu, sahibkarlığın nə olduğunu anlamağa imkan verir. Bu yolla şagirdlər özlərinə inam və motivasiya əldə edirlər, daha fəal olurlar və komanda daxilində işləməyi öyrənirlər. Bu isə, Avropanın gələcəyi üçün mühüm investisiyadır.

--- Xose Manuel Barroso,
Avropa Komissiyasının Prezidenti

 
   

LİNKLƏR