Junior Achievement Azərbaycan təşkilatı 17 İyun 2005-ci il tarixində “Hyatt Regency” mehmanxanasının Bakı zalında Azərbaycanlı komandaların Hewlett Packard Global Business Challenge beynəlxalq yarışında uğurlu çıxışı münasibətilə tədbir keçirdi. JAA təşkilatı artıq beş ildir ki Azərbaycan məktəblərinin Hewlett Packard Global Business Challenge (HPGBC) beynəlxalq yarışında iştirakını təmin edir. JAA hər il “Tətbiqi İqtisadiyyat üzrə Milli Olimpiada”da yarışan, Azərbaycanın müxtəlif bölgələrindən (Bakı, Abşeron, Sumqayıt, Lənkəran və İsmayıllı) olan komandaları beynəlxalq yarışa hazırlamaq məqsədilə respublika miqyaslı yarış keçirir.
30 Azərbaycan komandası 2005-ci ilin fevral ayından HPGBC beynəlxalq yarışında işirak edir. O vaxtdan İyun ayına kimi JAA həmin komandalar üçün məsləhət saatı keçirmişdir. Komandalar iqtisadiyyatı tətbiq etmək, menecmentlə bağlı mühüm qərarlar qəbul etmək və modelləşdirilmiş biznes şəraiti yaratmaqla özlərinin virtual bizneslərini təsis edirlər. Onlar qiymət, istehsal, marketinq, sərmayə və elmi tədqiqat işlərinin xərcləri ilə bağlı qərarlar qəbul edirlər. Modelləşdirmənin, biznes dövriyyəsi hesab edilən hər bir mərhələsində şagird kompaniyalar daha səmərəli biznes qərarları qəbul etmək məqsədilə, sənaye və kompaniya hesabatlarına nəzər salır, maliyyə və digər məlumatları təhlil edirlər. Kompaniyaların əldə etdikləri gəlir onların hər qrupdakı mövqeyini əks etdirir. Gəlir nə qədər çox olarsa, mövqe bir o qədər yüksək olur.
Bununla əlaqədar olaraq, Borçalı komandası yarımfinala çıxmışdır. JAA treneri Nailə Əhmədova Azərbaycanlı komandaların uğur və bacarıqlarını nəzərə alaraq bildirdi ki, bizim komandalar bu illər ərzində müsbət nəticələr nümayiş etdirmişlər; onlar yarışlarda bütün qüvvələrini səfərbər etməklə liderlik əldə etmişlər. 95 saylı məktəbin komanda kapitanı Azər İsmayılov isə qürur hissilə bildirdi ki, onun komandası yarışda artıq iki dəfə işirak etmiş və məharətlə yarışmışdılar. O, bu il də komandalarımızın gözəl oyun nümayiş etdirəcəyini bildirdi və onların hamısına uğurlar arzuladı.Geri
Həyatın iqtisadiyyatını anlamaq üçün, Junior Achievement praktiki təcrübədən istifadə edərək gənclərə kömək edir. Biznes şirkətləri və təlimçilərlə əməkdaşlıqda, Junior Achievement məktəbliləri həqiqi dünya ilə tanış edir, öz daxili potensiallarına nəzər yetirməyə imkan yaradır. Junior Achievement metodları özündə proqram materialı, treninq və dəstəkləyici üsulları birləşdirir. Junior Achievement təhsil və biznes arasındakı müvəffəqiyyətli körpüdür.
Junior Achievement müəllim və məktəbləri konkret proqramlarla təmin edir və şagirdlərə nəzəriyyənin praktikaya keçmə yolunu, sahibkarlığın nə olduğunu anlamağa imkan verir. Bu yolla şagirdlər özlərinə inam və motivasiya əldə edirlər, daha fəal olurlar və komanda daxilində işləməyi öyrənirlər. Bu isə, Avropanın gələcəyi üçün mühüm investisiyadır.
--- Xose Manuel Barroso, Avropa Komissiyasının Prezidenti