2007
| Azərbaycan komandası beynəlxalq biznes yarışının qalibi elan edildi |
![]() |
| Dərc olunub: Apr 10 2008 |
| 2007 >> |
"Məktəblərdə iqtisadiyyatın tədrisi" proqramının məzunu olan və Azərbaycan Dövlət Neft Akademiyasını təmsil edən tələbə komandası 12-ci Hewlett Packard Global Business Challenge (HPGBC) beynəlxalq yarışının dünya çempionu adını qazandı. Praqada keçirilən yekun yarış Kanada, Litva, Argentina, Rusiya, Çin və Azərbaycanın ən güclü iqtisadi və biznes şagirdlərini bir ayara topladı.
2003-cü ildən etibarən AMİT proqramı sayəsində 750 məktəbli yarışda iştirak edib və son iki il ərzində bu, Azərbaycanlı komandalarının yarışın finalına çıxması ilə nəticələnib - 2006-cı ildə Bakı məktəbinin komandası dünya üzrə üçüncü olmuşdur. Ümumdünya Junior Achievement təşkilatı və Hewlett-Packard korporasiyası tərəfindən təşkil olunan yarış, dünya üzrə minlərlə şagird və tələbələrə biznes lideri rolunu öhdələrinə götürməklə hipotetik şirkətlər yaratmaq və onları müvəffəqiyyətə doğru aparmağa imkan verir. Fevral ayından başlayaraq komandalar iyirmi bir perioddan ibarət yarışa qoşulub, məhsulun qiyməti, miqdarı, sərmayə qoyuluşu, marketinq, elmi tədqiqatlara ayrılan vəsait və xeyriyyəçilik üzrə qərarlar qəbul edirdilər. Səkkiz AMİT komandası yarımfinala, Dövlət Neft Akademiyası komandası və Bakının 95 nömrəli məktəbinin komandası finala vəsiqə almışlar.
Təltifetmə mərasimində AMİT məzunu komandasının üzvləri İrina Lesnyak və Azər İsmayılov 3000 ABŞ dolları məbləğində mükafat aldı və certifikatla təltif olundu. Komandasının strategiyasını Azər İsmayılov bu sözlərlə izah etdi: "Yarış boyu biz hazırkı bazarın tələblərinə cavab verən qərarlar qəbul etməyə çalışırdıq. Həqiqi biznes bazarın vəziyyətini, istehlakçıların ehtiyacını, şirkətin imkan və həcmini, istehsal xərclərini və şirkətin hesabatında göstərilən digər amilləri nəzərə almalıdır. Bütün bunlar və perspektivi görmək bacarığımız bizə qalib gəlməyə kömək etdi".
Geri- Xəbərlər arxivi 2008
- Xəbərlər arxivi 2007
- Xəbərlər arxivi 2006
- Xəbərlər arxivi 2005 |