AZ | EN
   
    SPONSORLAR  
    SEÇƏNƏKLƏR  
    QARŞIDAN GƏLƏN TƏDBİRLƏR
 
 

Fevral - İyun 2012
JA İqtisadiyyat dərsləri
Əlaqələndirici Şəxs:

Seymur Hacıyev

Fevral - Oktyabr 2012
İMTB – Tələbələrin seçimi
Əlaqələndirici Şəxs:

Seymur Hacıyev

Fevral - Oktyabr 2012
JA Müvəffəqiyyət Bacarıqları, yuxarı sinif şagirdləri üçün işə hazırlıq təlimi
Əlaqələndirici Şəxs:

Nilüfər Dəmirzadə

Fevral - Oktyabr 2012
JA Biznes Etika, yuxarı sinif şagirdləri üçün işə hazırlıq təlimi
Əlaqələndirici Şəxs:

Könül Hüseynova

Fevral - Oktyabr 2012
JAA-Saipem "İşə Hazırlıq" Layihəsi – Tələbələrin seçimi
Əlaqələndirici Şəxs:

Nilüfər Dəmirzadə

 
    ABUNƏÇİ OL
 
   
 
    BİZİMLƏ ƏLAQƏ  
 
Cəfər Cabbarlı küç., 44
"Caspian Plaza 1", 7-ci mərtəbə
Bakı - AZ1065, Azərbaycan
Tel/Faks: (994 12) 436 76 48
Mobil: (994 55) 301 05 05
İnternet ünvanı: www.jaazerbaijan.org Əlaqələndirici Şəxs:
Könül Hüseynova
 
PRESS RELİZ
Azərbaycan məktəbliləri beynəlxalq biznes yarışının finalına vəsiqə alıblar
Dərc olunub: Jul 21 2009
Press Reliz >>

Azərbaycan Dövlət Neft Akademiyasını və Bakının 95 saylı məktəbini təmsil edən tələbə və şagirdlər 14-cü Beynəlxalq HP Qlobal Biznes Yarışının (HPGBC) finalına vəsiqə qazanıblar. Hər il təşkil olunan nüfuzlu HPGBC yarışı Ümumdünya Junior Achievement Təşkilatı tərəfindən keçirilir. Final görüşü Avqustun 16-20-si Braziliyanın San Paolo şəhərində keçiriləcək. Azərbaycanda HPGBC yarışı StatoilHydro Azərbaycan, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD), Chevron Xəzər, Baker McKenzie, Amerika Ticarət Palatası və Bakcell tərəfindən maliyyələşdirilən, Junior Achievement Azərbaycan təşkilatı tərəfindən həyata keçirilən “Məktəblərdə İqtisadiyyatın Tədrisi Proqramı” çərçivəsində təşkil olunur.
       
Azərbaycan Respublikası Təhsil Nazirliyində 10 İyul, saat 10.00-da keçiriləcək mərasimdə finalçı gənclər, Nazir Misir Mərdanov tərəfindən sertifikatlarla təltif olunacaqlar. Mərasimdə StatoilHydro Azərbaycan, USAİD, Chevron Xəzər və digər şirkətlərin nümayəndələri iştirak edəcək. Tədbirə bütün media agentlikləri dəvət olunur.
 
JA Azərbaycan təşkilatı 2000-ci ildən etibarən yüzlərlə Azərbaycan məktəblilərinin milli və beynəlxalq biznes yarışlarında iştiraklarına imkan yaratmışdır. HP Qlobal Biznes Yarışı kompüter proqramı əsasında keçirilir. Bu proqram vasitəsilə məktəbli və tələbə iştirakçılar virtual istehsal müəssisələrinin baş icraçı rəhbəri rolunu ifadə edərək, yüksək göstəricilər üzrə mübarizə aparırlar. İştirakçı komandalar şirkətlərinin mənfəətli və davamlı olduğunu əks etdirən qərarlar qəbul edir, mənfəət, satış və bazar payı göstəricilərində rəqiblərini üstələməyə çalışırlar. Komandalar qiymət təyin edir, istehsalın həcmini və kapital qoyuluşunu müəyyən edir, marketinq, xeyriyyəçilik və elmi-tədqiqat işləri üçün büdcə planlaşdırır. Fevral ayında başlanan bu ilin yarışına dünya üzrə 300 komanda qoşulmuşdur. İlkin iki mərhələnin nəticəsi olaraq Azərbaycan, Çin, Rusiya, Polşa və Qazaxstanı təmsil edən səkkiz komanda 2009-cu ilin HPGBC yarışının qalibini müəyyən edəcək final mərhələyə vəsiqə əldə ediblər.

 

Junior Achievement proqramlarının iştirakçısı olan Azərbaycan məktəbliləri HPGBC yarışında 2005-ci ildən uğurla iştirak edirlər: 2005-ci il – dünya üzrə 8-ci yer, 2006-cı il – 3-cü yer, 2007-ci il – 1-ci yer, 2008-ci il – 6-cı yer.

Geri
   

BİZİM HAQDA

 
 
Həyatın iqtisadiyyatını anlamaq üçün, Junior Achievement praktiki təcrübədən istifadə edərək gənclərə kömək edir. Biznes şirkətləri və təlimçilərlə əməkdaşlıqda, Junior Achievement məktəbliləri həqiqi dünya ilə tanış edir, öz daxili potensiallarına nəzər yetirməyə imkan yaradır. Junior Achievement metodları özündə proqram materialı, treninq və dəstəkləyici üsulları birləşdirir. Junior Achievement təhsil və biznes arasındakı müvəffəqiyyətli körpüdür.
 
   

JAA FƏALİYYƏTİNİ DƏSTƏKLƏ

 
   
   

BİZƏ QOŞUL

 
 
2009 cu ilin JAA Könüllülər Təqviminə nəzər yetirin
Könüllü biznes mentoru kimi üzv olun:
Sinifdə dərs aparın, təcrübə təşkil edin və ya şagirdə öz biznesini qurmaqda yardımçı olun.
 
    BİZİM UĞURLARIMIZ
 
 
  Biznes nümayəndələrinin təcrübəsi gəncləri sahibkarlıq fəaliyyətinə ruhlandırır
 
 
  JAA düzgün kredit seçimində istehlakçılara kömək edir
 
 
  JAA təcrübəsi bölgə icmalarının biznes savadını təkmilləşdirir
 
 
  Baker McKenzie JA Azərbaycan məzunlarını işə götürüb
 
 
  JA İqtisadiyyat müəllimi Azərbaycan Respublikası Prezidentinin “Ən yaxşı müəllim” mükafatına layiq görülüb
 
 
  Ümumdünya JA Təşkilatı Birləşmiş Millətlər Təşkilatı tərəfindən xüsusi statusa layiq görüldü
 
 
  40 COMEEP iştirakçısı Nikoyl Bankdan aqrobiznesin inkişafına ayrılan kredit əldə edib
 
 
  JA təşkilatı, ABŞ Prezidentinin maliyyə məsələləri üzrə Məşvərətçi Şurasında təmsil olunub
 
 
  Azərbaycan komandası beynəlxalq biznes yarışında qalib gəlib
 
 
  Şagirdlər peşəkar biznes təcrübəsi əldə edirlər
 
 
  Yeni "Tətbiqi İqtisadiyyat" dərsliyini təqdim edirik
 
 
  İİT təcrübəsi və treninqləri bölgə bizneslərində tətbiq olunur
 
 
   

SİTAT

 
 
Junior Achievement müəllim və məktəbləri konkret proqramlarla təmin edir və şagirdlərə nəzəriyyənin praktikaya keçmə yolunu, sahibkarlığın nə olduğunu anlamağa imkan verir. Bu yolla şagirdlər özlərinə inam və motivasiya əldə edirlər, daha fəal olurlar və komanda daxilində işləməyi öyrənirlər. Bu isə, Avropanın gələcəyi üçün mühüm investisiyadır.

--- Xose Manuel Barroso,
Avropa Komissiyasının Prezidenti

 
   

LİNKLƏR