XƏBƏRLƏR
| Azərbaycan Mərkəzi Bankı JAA üzvləri üçün "Karyera Günü" keçirib |
![]() |
| Dərc olunub: Jul 27 2010 |
| XƏBƏRLƏR >> |
Azərbaycan Mərkəzi Bankı Junior Achievement Azerbaijan təşkilatı ilə birlikdə ali məktəb tələbələrinin iqtisadi savadlılığının artırılması məqsədilə “Karyera Günü” təşkil edib. Tədbirdə Azərbaycan Dövlət Neft Akademiyasının və Azərbaycan İqtisad Universitetinin Junior Achievement Azerbaijan təşkilatının üzvü olan 20-dən artıq tələbəsi iştirak edib.
Tələbələrə Mərkəzi Bankın ölkə iqtisadiyyatındakı rolu, bankın struktur bölmələri, onların iş prinsipləri haqda məlumat verilib.
Mərkəzi Bankın Tədqiqatlar və İnkişaf Mərkəzi, İnsan Resursları, Beynəlxalq əlaqələr, Kredit Təşkilatlarının Fəaliyyətinə Nəzarət və Kommunikasiya departamentlərinin rəhbərləri tərəfindən tələbələrə Azərbaycanda bankçılıq tarixi, Mərkəzi Bankın əsas funksiyaları, qlobal iqtisadi böhran zamanı atılan preventiv addımlar, bütövlükdə Azərbaycanın bank sisteminin inkişafı üçün həyata keçirilən layihələr haqda ətraflı məlumat verilib.
Tədbirin proqramına uyğun olaraq müvafiq departamenlərin işi haqda məlumat təqdimatlar formasında nümayiş etdirildikdən sonra tələbələr sual-cavab sessiyasında da iştirak ediblər. Maraqlı diskussiya şəklində davam edən görüşdə iştirakçılar Mərkəzi Bankda karyera qurmaq imkanları ilə də tanış oldular. Onlara Mərkəzi Bankın müxtəlif departamentlərində internatura keçmək haqda məlumat verildikdən sonra, bu layihədə iştirak etmək üçün müraciət formaları paylanılıb.
Geri- Xəbərlər arxivi 2009
- Xəbərlər arxivi 2008
- Xəbərlər arxivi 2007
- Xəbərlər arxivi 2006
- Xəbərlər arxivi 2005 |