2008
| Azərbaycan Respublikası Təhsil Nazirliyi JA proqramlarına dəstək olaraq əmr verib |
![]() |
| Dərc olunub: Jan 26 2009 |
| 2008 >> |

Azərbaycan Respublikası Təhsil Naziri Cənab Misir Mərdanovun, 17 iyul 2008-ci il tarixli “Azərbaycan Respublikasının orta məktəblərində İqtisadiyyatın Tədrisi” haqqında Əmri Junior Achievement fəaliyyətinin həyata keçirilməsini dəstəkləyir. Əmrə əsasən, Ağdaş, Ucar, Kürdəmir, Yevlax və Göranboy rayonlarının 15 məktəbinin 10-cu sinif şagirdləri, JA Tətbiqi İqtisadiyyat kurrikulumu əsasında və milli və beynəlxalq yarışlarda iştirak edərək iqtisadiyyat və biznesi öyrənən, 225 məktəb və 10 kolleci özünə daxil edən bir şəbəkəyə qoşuldular. Junior Achievement Azərbaycan təşkilatı BP və tərəfdaş şirkətlərin maliyyə dəstəkləri ilə JA Proqramına daxil edilən 15 məktəbi müəllimlər üçün təlimlər, Azərbaycan, İngilis və Rus dillərində dərsliklər və elektron materiallarla təmin edəcək.
Təhsil Nazirliyinin 17 iyul 2008-ci il tarixli Əmrinə daxil olan məktəblərin siyahısı ilə aşağıda tanış ola bilərsiniz:
Ağdaş rayonu –
Yuxarı Ləki kənd məktəbi
Güvə kənd məktəbi
Ucar rayonu –
Qaradağlı kənd məktəbi
Kürdəmir rayonu –
Karrar kənd məktəbi
Atakişili kənd məktəbi
Ərşəli kənd məktəbi
Çöhranlı kənd məktəbi
Yevlax rayonu –
8 saylı Yevlax Şəhər Məktəbi
4 saylı Yevlax Şəhər Məktəbi
Səmədabad kənd məktəbi
Nərimanabad kənd məktəbi
Göranboy rayonu –
1 saylı Borsunlu kənd məktəbi
Eyvazlılar kənd məktəbi
Çinli-Boluslu kənd məktəbi
Nadirkənd kənd məktəbi
Geri- Xəbərlər arxivi 2008
- Xəbərlər arxivi 2007
- Xəbərlər arxivi 2006
- Xəbərlər arxivi 2005 |