AZ | EN
   
    SPONSORLAR  
    SEÇƏNƏKLƏR  
    QARŞIDAN GƏLƏN TƏDBİRLƏR
 
 


İyun 2010
“Mobil Telekommunikasiya Biznesinə Giriş” proqramı – “İşə Hazırlıq”
Əlaqələndirici Şəxs:  
Rəşad Xanlarov

İyun 2010
“Universitetə Hazırlıq Kursları” – Son sınaq imtahanları və konsaltinq
Əlaqələndirici Şəxs:  
Seymur Hacıyev

İyul 2010
“Universitetə Hazırlıq Kursları” – Universitetlərə qəbul imtahanları
Əlaqələndirici Şəxs:  
Seymur Hacıyev

İyul 2010
Məktəblilərin Beynəlxalq Ticarət Yarmarkası
Əlaqələndirici Şəxs:  
Rəşad Xanlarov

İyul-Avqust 2010
“Məktəblərdə İqtisadiyyatın Tədrisi Proqramı” – “İşə Hazırlıq”
Əlaqələndirici Şəxs:  
Könül Hüseynova

 
    ABUNƏÇİ OL
 
   
 
    BİZİMLƏ ƏLAQƏ  
 
Cəfər Cabbarlı küç., 44
"Caspian Plaza 1",
7-ci mərtəbə
Bakı - AZ1065, Azərbaycan
Tel/Faks: (994 12) 436 76 48
Mobil: (994 55) 301 05 05
İnternet ünvanı: www.jaazerbaijan.org Əlaqələndirici Şəxs: Könül Hüseynova
 

2008


Azərbaycanın IX və X sinif şagirdləri Dünya Bazarı və Beynəlxalq Ticarəti öyrənirlər
Dərc olunub: Jan 26 2009
2008 >>

 

 Bakı və Sumqayıt şəhərinin orta məktəb şagirdləri Junior Achievement Azərbaycan təşkilatının Master Card Worldwide korporasiyasının maliyyə dəstəyi ilə həyata keçirdiyi, JA Dünya bazarı proqramı vasitəsilə beynəlxalq ticarəti öyrənirlər. Bu pilot layihə 2007-ci ilin Dekabr ayından etibarən, Junior Achievement Azərbaycan təşkilatına, artıq 2003-cü ildən layihəyə dəstək olan Master Card korporasiyası tərəfindən proqramın tətbiq edilməsi və azərbaycan dilinə tərcümə edilməsi üçün qrantın ayırıldığı andan həyata keçirilir. Master Card Worldwide 12 ölkənin 143.000 şagirdinə beynəlxalq ticarətin və iqtisadi əlaqələrin əsaslarının öyrədilməsi üçün 1 milyon ABŞ dollarına yaxın vəsait ayırıb.

Junior Achievement Azərbaycan iqtisadiyyat müəllimləri üçün proqramın həyata keçirilməsinə, interaktiv dərs üsullarına və JA proqramının müddətlərinə dair Aprel ayının 23-ü sessiya iştirakçılarının təlimini  təşkil etdi. Proqram çərçivəsində İştirak edən bütün müəllim və şagirdlər MasterCard Worldwide və Junior Achievement Azərbaycan tərəfindən materiallarla təmin olunurlar.

 
JA Dünya Bazarı proqramı beynəlxalq ticarətin vacibliyinə, dünya ticarətinin hərəkətverici qüvvələri, habelə ticarətin şagirdlərin gündəlik həyatına təsiretmə yollarına dair təcrübi informasiya təqdim edir. Proqramın əsas məqsədi qlobal iqtisadiyyatın altı aparıcı aspektini araşdırmaqdan ibarətdir. Proqramın altı məşğələsi aşağıdaki aspektlərdən hər birinə yönəldilir: 

-          beynəlxalq bazarlar

-          beynəlxalq hüquq

-          beynəlxalq mədəni mübadilə

-          beynəlxalq insan resurs axını

-          beynəlxalq məlumat axını

-          beynəlxalq maliyyə kapitalının axını  

 Proqramı keçdikdən sonra şagirdlər verilmiş altı vacib aspekti analayaraq, qlobal İqtisadiyyata dair biliklərini gündəlik həyatlarında tətbiq etmək bacarığına yiyələnəcəklər.

 9-11-ci siniflər üçün nəzərdə tutulmuş proqram riyaziyyat, oxu və yazı bacarıqlarına əhəmiyyət verməklə, əsas diqqəti sosial tədrisə yönəltmək məqsədilə hazırlanmışdır. Layihə vasitəsilə şagirdlər əsas biznes və iqtisadi anlayışları öyrənir və dünyada biznes şirkətlərinin necə işlədiklərini aşkar edirlər. Onlar habelə karyera imkanları və maraqlarını araşdırır və maliyyə məsələlərinə dair mühüm prinsipləri öyrənirlər. Altı məşğələdən ibarət olan proqram ərzində şagirdlər müxtəlif rollar ifa edirlər, müxtəlif təcrübi məşğələlər vasitəsilə məktəbdə öyrəndikləri ilə onların iqtisadiyyatımızda uğurlu iştirakı arasındaki əlaqəni daha yaxşı anlayırlar.

 

Geri

Xəbərlər arxivi 2008

Xəbərlər arxivi 2007

Xəbərlər arxivi 2006

Xəbərlər arxivi 2005

   

BİZİM HAQDA

 
 
Həyatın iqtisadiyyatını anlamaq üçün, Junior Achievement praktiki təcrübədən istifadə edərək gənclərə kömək edir. Biznes şirkətləri və təlimçilərlə əməkdaşlıqda, Junior Achievement məktəbliləri həqiqi dünya ilə tanış edir, öz daxili potensiallarına nəzər yetirməyə imkan yaradır. Junior Achievement metodları özündə proqram materialı, treninq və dəstəkləyici üsulları birləşdirir. Junior Achievement təhsil və biznes arasındakı müvəffəqiyyətli körpüdür.
 
   

JAA FƏALİYYƏTİNİ DƏSTƏKLƏ

 
   
   

BİZƏ QOŞUL

 
 
2009 cu ilin JAA Könüllülər Təqviminə nəzər yetirin
Könüllü biznes mentoru kimi üzv olun:
Sinifdə dərs aparın, təcrübə təşkil edin və ya şagirdə öz biznesini qurmaqda yardımçı olun.
 
    BİZİM UĞURLARIMIZ
 
 
  Biznes nümayəndələrinin təcrübəsi gəncləri sahibkarlıq fəaliyyətinə ruhlandırır
 
 
  JAA düzgün kredit seçimində istehlakçılara kömək edir
 
 
  JAA təcrübəsi bölgə icmalarının biznes savadını təkmilləşdirir
 
 
  Baker McKenzie JA Azərbaycan məzunlarını işə götürüb
 
 
  JA İqtisadiyyat müəllimi Azərbaycan Respublikası Prezidentinin “Ən yaxşı müəllim” mükafatına layiq görülüb
 
 
  Ümumdünya JA Təşkilatı Birləşmiş Millətlər Təşkilatı tərəfindən xüsusi statusa layiq görüldü
 
 
  40 COMEEP iştirakçısı Nikoyl Bankdan aqrobiznesin inkişafına ayrılan kredit əldə edib
 
 
  JA təşkilatı, ABŞ Prezidentinin maliyyə məsələləri üzrə Məşvərətçi Şurasında təmsil olunub
 
 
  Azərbaycan komandası beynəlxalq biznes yarışında qalib gəlib
 
 
  Şagirdlər peşəkar biznes təcrübəsi əldə edirlər
 
 
  Yeni "Tətbiqi İqtisadiyyat" dərsliyini təqdim edirik
 
 
  İİT təcrübəsi və treninqləri bölgə bizneslərində tətbiq olunur
 
 
   

SİTAT

 
 
Junior Achievement müəllim və məktəbləri konkret proqramlarla təmin edir və şagirdlərə nəzəriyyənin praktikaya keçmə yolunu, sahibkarlığın nə olduğunu anlamağa imkan verir. Bu yolla şagirdlər özlərinə inam və motivasiya əldə edirlər, daha fəal olurlar və komanda daxilində işləməyi öyrənirlər. Bu isə, Avropanın gələcəyi üçün mühüm investisiyadır.

--- Xose Manuel Barroso,
Avropa Komissiyasının Prezidenti

 
   

LİNKLƏR