2010-cu ilin 21-25 aprel tarixlərində Bül-Bül adına musiqi məktəbinin şagirdləri Belqradda təşkil olunmuş «Skills@Work Challenge» beynəlxalq yarışında iştirak edən 11 Avropa ölkəsindən olan 130 həmyaşıdlarına qoşulmuşdur. Peşə məktəblərinin şagirdləri üçün yerli müsabiqə “Azercell Telekom” MMC və Microsoft Azərbaycan şirkətlərinin dəstəyilə British Council Azərbaycan təşkilatı tərəfindən 2009-cu ilin oktyabrından 2010-cu ilin yanvar ayınadək təşkil olunmuşdur.
Skills@Work Challenge – həm milli, həm də beynəlxalq səviyyədə keçirilən bir müsabiqədir. Müsabiqə gəncləri sponsor şirkətinin verdiyi biznes tapşırıqları həll etmək üçün öz bacarıqlarından istifadə etməyə həvəsləndirir. Nəticə etibarı ilə, müsabiqə tələbələrin iş qabiliyyətini və sahibkarlıq bacarıqlarını artırmağa imkan verir. Azərbaycanda 2010-cu ilin yanvar ayında keçirilmiş yerli yarışda müxtəlif texniki peşə məktəblərindən 100 şagird iştirak etmişdir. Azərbaycanda keçirilmiş yarışın qalibi olan Bül-Bül adına musiqi məktəbini təmsil edən komanda Serbiyanın paytaxtı Belqradda keçirilən yarışda beynəlxalq tələbə komandalarının tərkibində yarışmışdır.
Belqraddakı müsabiqə çərçivəsində Azərbaycanlı tələbələr Bolqarıstan, Rumıniya, Kipr, Slovakiya, Litva, İsrail, Gürcüstan, Macarıstan, Türkiyə, Serbiya və Makedoniyadan olan yaşıdları ilə birgə müəllimlər və tələbələr üçün effektiv xidmətləri təmin edə biləcək uğurlu məktəb sistemləri üçün nəzərdə tutulmuş strategiyaların qurulması üzərində işləyirdilər. Qeyd etmək lazımdır ki, münsiflər innovativ, məqsədəuyğun və faydalı həllərə daha çox üstünlük verirdilər. Bundan əlavə, münsiflər komandların ideyalarını sınaqdan keçirmək üçün onlardan biznes strategiyasını hazırlayıb, onu mümkün qədər inandırıcı şəkildə təqdim etmək tapşırığını vermişdir. Auditoriya onların diqqətini cəlb etmək üçün gənc təqdimatçıların göstərdikləri qabiliyyətindən təəssüratlanmışdır.
Həyatın iqtisadiyyatını anlamaq üçün, Junior Achievement praktiki təcrübədən istifadə edərək gənclərə kömək edir. Biznes şirkətləri və təlimçilərlə əməkdaşlıqda, Junior Achievement məktəbliləri həqiqi dünya ilə tanış edir, öz daxili potensiallarına nəzər yetirməyə imkan yaradır. Junior Achievement metodları özündə proqram materialı, treninq və dəstəkləyici üsulları birləşdirir. Junior Achievement təhsil və biznes arasındakı müvəffəqiyyətli körpüdür.
Junior Achievement müəllim və məktəbləri konkret proqramlarla təmin edir və şagirdlərə nəzəriyyənin praktikaya keçmə yolunu, sahibkarlığın nə olduğunu anlamağa imkan verir. Bu yolla şagirdlər özlərinə inam və motivasiya əldə edirlər, daha fəal olurlar və komanda daxilində işləməyi öyrənirlər. Bu isə, Avropanın gələcəyi üçün mühüm investisiyadır.
--- Xose Manuel Barroso, Avropa Komissiyasının Prezidenti