AZ | EN
   
    SPONSORLAR  
    SEÇƏNƏKLƏR  
    QARŞIDAN GƏLƏN TƏDBİRLƏR
 
 

Fevral - İyun 2012
JA İqtisadiyyat dərsləri
Əlaqələndirici Şəxs:

Seymur Hacıyev

Fevral - Oktyabr 2012
İMTB – Tələbələrin seçimi
Əlaqələndirici Şəxs:

Seymur Hacıyev

Fevral - Oktyabr 2012
JA Müvəffəqiyyət Bacarıqları, yuxarı sinif şagirdləri üçün işə hazırlıq təlimi
Əlaqələndirici Şəxs:

Nilüfər Dəmirzadə

Fevral - Oktyabr 2012
JA Biznes Etika, yuxarı sinif şagirdləri üçün işə hazırlıq təlimi
Əlaqələndirici Şəxs:

Könül Hüseynova

Fevral - Oktyabr 2012
JAA-Saipem "İşə Hazırlıq" Layihəsi – Tələbələrin seçimi
Əlaqələndirici Şəxs:

Nilüfər Dəmirzadə

 
    ABUNƏÇİ OL
 
   
 
    BİZİMLƏ ƏLAQƏ  
 
Cəfər Cabbarlı küç., 44
"Caspian Plaza 1", 7-ci mərtəbə
Bakı - AZ1065, Azərbaycan
Tel/Faks: (994 12) 436 76 48
Mobil: (994 55) 301 05 05
İnternet ünvanı: www.jaazerbaijan.org Əlaqələndirici Şəxs:
Könül Hüseynova
 
XƏBƏRLƏR
"Bakcell" azərbaycanlı tələbələri sertifikatla mükafatlandırıb
Dərc olunub: Jul 21 2010
XƏBƏRLƏR >>

Azərbaycanın ilk mobil operatoru "Bakcell", Azərbaycanın texniki universitetlərdə təhsil alan 15 tələbəni "Mobil telekommunikasiyaya giriş" üzrə təlim kursunu bitirdiklərinə görə sertifikatla mükafatlandırıb.

Bakı Dövlət Universitetinin tələbəsi Ayaz Abdullayev və Azərbaycan Dövlət Neft Akademiyasının tələbəsi Almaz İbrahimova təlim müddətində yüksək göstəricilər əldə etdiklərinə görə, iyulun 20-23-də İtaliyanın Kaqliari şəhərində keçiriləcək "JA Gənc Işgüzar Avropa" adlı beynəlxalq ticarət sərgisində iştirak etmək imkanı qazanıblar.

Sertifikatların təqdimetmə mərasimində "Bakcell"in baş direktoru xanım İneke Botter təlim kursunu bitirmələri münasibətilə tələbələri təbrik edib.

"Biz ən bacarıqlı 15 tələbə ilə işləməyimizdən çox məmnunuq. Onlar "Bakcell"də "İş təcrübəsi" adlı proqram vasitəsilə telekommunikasiya sahəsində karyera imkanlarını yaxından öyrəniblər. Bu proqram mütəxəssislərin işlərini müşahidə etməyə, onlarla əməkdaşlıq qurmağa və eyni zamanda, telekommunikasiya biznesi haqqında praktik təsəvvür yaratmağa imkan verdi", - deyə xanım Botter bildirib.

"Bakcell" ilə tərəfdaşlığımız sayəsində, "Junior Achievement Azerbaijan" (JAA) Azərbaycan dilində eksklüziv bir məhsul - "Mobil telekommunikasiyaya giriş" adlı praktik əlavə vəsait hazırladı", - deyə JAA təşkilatının icraçı-direktoru Vüsal Xanlarov bildirib.

2009-cu ilin avqustunda "Bakcell" gənclərin işə hazırlıq və işgüzarlıq sahələrində maarifləndirilməsi üzrə dünyanın nüfuzlu təşkilatlarından biri - "Junior Achievement Azerbaijan" təşkilatı ilə birgə yeni proqram təşəbbüsü ilə çıxış etdi. Proqramın məqsədi Azərbaycanın texniki universitetlərinin bakalavr pilləsində təhsil alan tələbələrin "Bakcell"də işə hazırlıq, karyeraya dair təlim və şirkətdə iş təcrübəsi ilə tanış olmasıdır.

Layihədə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Qafqaz Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetinin üçüncü və dördüncü kurslarında təhsil alan 54 tələbə iştirak edib. Layihə tələbələrin işə cəlb olunmaları, işə hazırlıq üzrə təlim, "Mobil telekommunikasiyaya giriş" üzrə təlim, "Yerində iş təcrübəsi" və beynəlxalq ticarət sərgisi daxil olmaqla, 5 mərhələdən ibarətdir.

"Bakcell" və "Junior Achievement Azerbaijan"ın gənclərin işə hazırlığı və işgüzarlıq qabiliyyətlərinin öyrədilməsi müştərək proqramı, həmçinin, "Bakcell"in digər məhsulları və xidmətləri haqqında ətraflı məlumatı www.bakcell.com internet səhifəsinə daxil olmaqla və ya 555-ə zəng etməklə ala bilərsiniz.

Geri

Xəbərlər arxivi 2009

Xəbərlər arxivi 2008

Xəbərlər arxivi 2007

Xəbərlər arxivi 2006

Xəbərlər arxivi 2005

   

BİZİM HAQDA

 
 
Həyatın iqtisadiyyatını anlamaq üçün, Junior Achievement praktiki təcrübədən istifadə edərək gənclərə kömək edir. Biznes şirkətləri və təlimçilərlə əməkdaşlıqda, Junior Achievement məktəbliləri həqiqi dünya ilə tanış edir, öz daxili potensiallarına nəzər yetirməyə imkan yaradır. Junior Achievement metodları özündə proqram materialı, treninq və dəstəkləyici üsulları birləşdirir. Junior Achievement təhsil və biznes arasındakı müvəffəqiyyətli körpüdür.
 
   

JAA FƏALİYYƏTİNİ DƏSTƏKLƏ

 
   
   

BİZƏ QOŞUL

 
 
2009 cu ilin JAA Könüllülər Təqviminə nəzər yetirin
Könüllü biznes mentoru kimi üzv olun:
Sinifdə dərs aparın, təcrübə təşkil edin və ya şagirdə öz biznesini qurmaqda yardımçı olun.
 
    BİZİM UĞURLARIMIZ
 
 
  Biznes nümayəndələrinin təcrübəsi gəncləri sahibkarlıq fəaliyyətinə ruhlandırır
 
 
  JAA düzgün kredit seçimində istehlakçılara kömək edir
 
 
  JAA təcrübəsi bölgə icmalarının biznes savadını təkmilləşdirir
 
 
  Baker McKenzie JA Azərbaycan məzunlarını işə götürüb
 
 
  JA İqtisadiyyat müəllimi Azərbaycan Respublikası Prezidentinin “Ən yaxşı müəllim” mükafatına layiq görülüb
 
 
  Ümumdünya JA Təşkilatı Birləşmiş Millətlər Təşkilatı tərəfindən xüsusi statusa layiq görüldü
 
 
  40 COMEEP iştirakçısı Nikoyl Bankdan aqrobiznesin inkişafına ayrılan kredit əldə edib
 
 
  JA təşkilatı, ABŞ Prezidentinin maliyyə məsələləri üzrə Məşvərətçi Şurasında təmsil olunub
 
 
  Azərbaycan komandası beynəlxalq biznes yarışında qalib gəlib
 
 
  Şagirdlər peşəkar biznes təcrübəsi əldə edirlər
 
 
  Yeni "Tətbiqi İqtisadiyyat" dərsliyini təqdim edirik
 
 
  İİT təcrübəsi və treninqləri bölgə bizneslərində tətbiq olunur
 
 
   

SİTAT

 
 
Junior Achievement müəllim və məktəbləri konkret proqramlarla təmin edir və şagirdlərə nəzəriyyənin praktikaya keçmə yolunu, sahibkarlığın nə olduğunu anlamağa imkan verir. Bu yolla şagirdlər özlərinə inam və motivasiya əldə edirlər, daha fəal olurlar və komanda daxilində işləməyi öyrənirlər. Bu isə, Avropanın gələcəyi üçün mühüm investisiyadır.

--- Xose Manuel Barroso,
Avropa Komissiyasının Prezidenti

 
   

LİNKLƏR