AZ | EN
   
    SPONSORLAR  
    SEÇƏNƏKLƏR  
    QARŞIDAN GƏLƏN TƏDBİRLƏR
 
 

Fevral - İyun 2012
JA İqtisadiyyat dərsləri
Əlaqələndirici Şəxs:

Seymur Hacıyev

Aprel 2012
İdarəetmə və İqtisadiyyat Üzrə Milli Yarış - Final
Əlaqələndirici Şəxs:

Seymur Hacıyev

Aprel - May 2012
MDƏP - Tələbələrin seçimi
Əlaqələndirici Şəxs:

Seymur Hacıyev

Aprel 2012
Banklar fəaliyyətdə - Tələbələrin təlimi
Əlaqələndirici Şəxs:

Seymur Hacıyev

Aprel - İyun 2012
JAA-Saipem "İşə Hazırlıq" Layihəsi - Praktika proqramı
Əlaqələndirici Şəxs:

Nilüfər Dəmirzadə

 
    ABUNƏÇİ OL
 
   
 
    BİZİMLƏ ƏLAQƏ  
 
Cəfər Cabbarlı küç., 44
"Caspian Plaza 1", 7-ci mərtəbə
Bakı - AZ1065, Azərbaycan
Tel/Faks: (994 12) 436 76 48
Mobil: (994 55) 301 05 05
İnternet ünvanı: www.jaazerbaijan.org Əlaqələndirici Şəxs:
Könül Hüseynova
E-poçt: info@jaazerbaijan.org
 
XƏBƏRLƏR
Bakcell və Junior Achievement Azərbaycan “Tələbələrin İşə Hazırlığı Proqramı”nın iştirakçılarına sertifikatlar təltif etdi
Dərc olunub: Aug 27 2011
XƏBƏRLƏR >>

Azərbaycanın Ilk Mobil Operatoru olan Bakcell şirkəti, Alcatel-Lucent Azərbaycan və Junior Achievement Azərbaycan (JAA) təşkilatı “İşə Hazırlıq” proqramının 15 iştirakçısını sertifikatlarla təltif etdi. Layihə, Bakcell şirkətinin dəstəyilə və Alcatel-Lucent Azərbaycan şirkəti ilə tərəfdaşlıq çərçivəsində Junior Achievement Azərbaycan təşkilatı tərəfindən həyata keçirilən “Mobil Telekommunikasiya Biznesinə Giriş” proqramı çərçivəsində reallaşır. 

Bakcell-in Baş icraçı direktoru cənab Riçard Şirer tələbələri işə hazırlıq proqramını uğurla bitirdiklərinə görə təbrik edərək, onlara təhsildə və gələcək karyeralarında uğurlar arzulayıb. “Biz istəyirik ki, gənclərimiz telekommunikasiya biznesi haqqında daha çox öyrənsinlər. Bakcell-də keçirilən işə hazırlıq proqramı mobil rabitə şirkətinin necə işlədiyini müşahidə etmək üçün tələbələrə verilmiş əvəzolunmaz bir füsətdir”, deyə cənab Şirer bildirdi.

Junior Achievement Azərbaycan təşkilatının İcraçı direktoru Rəşad Xanlarov təcrübə imkanlarına görə tələbələr adından Bakcell şirkətinə təşəkkürünü bildirdi. “İşə Hazırlıq proqramı zamanı iştirakçılar şirkətin strukturu və mövcud karyera imkanları barədə öyrəndi və ən əsası, müxtəlif peşələrə sahib olmaq üçün lazımi bilik və bacarıqlara yiyələndilər. Bakcell şirkətinin peşəkar mütəxəssislərinin birbaşa nəzarəti altında tələbələr onlara verilən tapşırıqları yerinə yetirir və korporativ mühitə qatılırdılar. Nəticədə onlar gələcək karyera seçimlərini daha yaxşı edə biləcəklər”, deyə cənab Xanlarov vurğuladı.

Xatırladaq ki, Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Qafqaz və Xəzər universitetlərini təmsil edən 45 tələbə proqramda iştirak etmək üçün seçilib. Proqram çərçivəsində tələbələr işə hazırlıq, biznes etikası və mobil telekommunikasiya sənayesi üzrə ixtisaslaşmış təlimlərdə iştirak ediblər. Təlim proqramı Bakcell, Alcatel-Lucent və JAA təşkilatının birgə hazırladığı və mobil telekommunikasiya ilə daha yaxından tanış edən innovasiyalı material əsasında təşkil olunub. Ən uğurlu 15 tələbə Bakcell şirkətində təcrübə proqramında iştirak etmək və telekommunikasiya biznesində karyera haqqında öyrənmək imkanı qazanıb.














Bakcell
Bakcell
Bakcell
Trend
Trend
Trend 
1News
APA
APA
APA
Azadinform
Azerbaijan Business Center
Azerbaijan Business Center
Azer-News
Modern.az
Azertag
Ekspress.az
Qafqazinfo.az
Lent.az
Navigator.az
Novostimira.com
Ilk10
Yenilik.az
Redtram
100storon
ITWorld.az
Merkez
Yeni Azerbaycan
Yeni Musavat
Zerkalo
Gun.az
News.az
 

 

Geri

Xəbərlər arxivi 2009

Xəbərlər arxivi 2008

Xəbərlər arxivi 2007

Xəbərlər arxivi 2006

Xəbərlər arxivi 2005

   

BİZİM HAQDA

 
 
Həyatın iqtisadiyyatını anlamaq üçün, Junior Achievement praktiki təcrübədən istifadə edərək gənclərə kömək edir. Biznes şirkətləri və təlimçilərlə əməkdaşlıqda, Junior Achievement məktəbliləri həqiqi dünya ilə tanış edir, öz daxili potensiallarına nəzər yetirməyə imkan yaradır. Junior Achievement metodları özündə proqram materialı, treninq və dəstəkləyici üsulları birləşdirir. Junior Achievement təhsil və biznes arasındakı müvəffəqiyyətli körpüdür.
 
   

JAA FƏALİYYƏTİNİ DƏSTƏKLƏ

 
   
   

BİZƏ QOŞUL

 
 
2009 cu ilin JAA Könüllülər Təqviminə nəzər yetirin
Könüllü biznes mentoru kimi üzv olun:
Sinifdə dərs aparın, təcrübə təşkil edin və ya şagirdə öz biznesini qurmaqda yardımçı olun.
 
    BİZİM UĞURLARIMIZ
 
 
  Biznes nümayəndələrinin təcrübəsi gəncləri sahibkarlıq fəaliyyətinə ruhlandırır
 
 
  JAA düzgün kredit seçimində istehlakçılara kömək edir
 
 
  JAA təcrübəsi bölgə icmalarının biznes savadını təkmilləşdirir
 
 
  Baker McKenzie JA Azərbaycan məzunlarını işə götürüb
 
 
  JA İqtisadiyyat müəllimi Azərbaycan Respublikası Prezidentinin “Ən yaxşı müəllim” mükafatına layiq görülüb
 
 
  Ümumdünya JA Təşkilatı Birləşmiş Millətlər Təşkilatı tərəfindən xüsusi statusa layiq görüldü
 
 
  40 COMEEP iştirakçısı Nikoyl Bankdan aqrobiznesin inkişafına ayrılan kredit əldə edib
 
 
  JA təşkilatı, ABŞ Prezidentinin maliyyə məsələləri üzrə Məşvərətçi Şurasında təmsil olunub
 
 
  Azərbaycan komandası beynəlxalq biznes yarışında qalib gəlib
 
 
  Şagirdlər peşəkar biznes təcrübəsi əldə edirlər
 
 
  Yeni "Tətbiqi İqtisadiyyat" dərsliyini təqdim edirik
 
 
  İİT təcrübəsi və treninqləri bölgə bizneslərində tətbiq olunur
 
 
   

SİTAT

 
 
Junior Achievement müəllim və məktəbləri konkret proqramlarla təmin edir və şagirdlərə nəzəriyyənin praktikaya keçmə yolunu, sahibkarlığın nə olduğunu anlamağa imkan verir. Bu yolla şagirdlər özlərinə inam və motivasiya əldə edirlər, daha fəal olurlar və komanda daxilində işləməyi öyrənirlər. Bu isə, Avropanın gələcəyi üçün mühüm investisiyadır.

--- Xose Manuel Barroso,
Avropa Komissiyasının Prezidenti

 
   

LİNKLƏR

 
   
Copyright © 2005-2012. All Rights Reserved.