AZ | EN
   
    SPONSORLAR  
    SEÇƏNƏKLƏR  
    QARŞIDAN GƏLƏN TƏDBİRLƏR
 
 


İyun 2010
“Mobil Telekommunikasiya Biznesinə Giriş” proqramı – “İşə Hazırlıq”
Əlaqələndirici Şəxs:  
Rəşad Xanlarov

İyun 2010
“Universitetə Hazırlıq Kursları” – Son sınaq imtahanları və konsaltinq
Əlaqələndirici Şəxs:  
Seymur Hacıyev

İyul 2010
“Universitetə Hazırlıq Kursları” – Universitetlərə qəbul imtahanları
Əlaqələndirici Şəxs:  
Seymur Hacıyev

İyul 2010
Məktəblilərin Beynəlxalq Ticarət Yarmarkası
Əlaqələndirici Şəxs:  
Rəşad Xanlarov

İyul-Avqust 2010
“Məktəblərdə İqtisadiyyatın Tədrisi Proqramı” – “İşə Hazırlıq”
Əlaqələndirici Şəxs:  
Könül Hüseynova

 
    ABUNƏÇİ OL
 
   
 
    BİZİMLƏ ƏLAQƏ  
 
Cəfər Cabbarlı küç., 44
"Caspian Plaza 1",
7-ci mərtəbə
Bakı - AZ1065, Azərbaycan
Tel/Faks: (994 12) 436 76 48
Mobil: (994 55) 301 05 05
İnternet ünvanı: www.jaazerbaijan.org Əlaqələndirici Şəxs: Könül Hüseynova
 
XƏBƏRLƏR
Biznes nümayəndələrinin təcrübəsi gəncləri sahibkarlıq fəaliyyətinə ruhlandırır
Dərc olunub: Jun 09 2009
XƏBƏRLƏR >>

“Məktəbli Şirkətlər” layihəsinin ən maraqlı və həyəcanlı hissəsi olan “Məktəblinin Biznes Günü” ölkə üzrə bütün məktəbli şirkətlərə öz məhsullarını təqdim etmək və yeni, müasir biznes ideyalarla bölüşmək üçün nadir imkan yaradır. Junior Achievement Azərbaycan təşkilatı tərəfindən hər il keçirilən məktəbli yarmarkasında şagirdlər öz məhsul və xidmətlərini təqdim edir və “İlin Məktəbli Şirkəti” mükafatı uğrunda mübarizə aparırlar. 

May ayının 26-sı, Bakı, İsmayıllı, Kürdəmir, Ağdaş və Yevlax məktəblərini təmsil edən 63 gənc sahibkar Bakıda, “Ambassador” otelində təşkil olunan və Azərbaycanda 4-cü dəfə keçirilən Məktəblinin Biznes Günündə görüşdü. JA Azərbaycan təşkilatı tərəfindən keçirilən tədbir JA “Məktəbli Şirkətlər” layihəsinin yekun hissəsi idi. “Məktəbli Şirkətlər” layihəsi BP və onun AÇG, Şahdəniz, BTC və CQK layihələri üzrə tərəfdaşları, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi, StatoilHydro, Chevron və Baker McKenzie şirkətlərinin maliyyələşdirdiyi və Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə strateji əməkdaşlıq çərçivəsində Junior Achievement Azərbaycan təşkilatı tərəfindən həyata keçirilən “Məktəblərdə İqtisadiyyatın və Biznesin Tədrisi” proqramının tərkib hissəsidir.

2008-ci ilin dekabrında başlanan “Məktəbli Şirkətlər” layihəsinə Bakı, Sumqayıt, Kürdəmir, Yevlax, İsmayıllı, Şirvan, Bərdə, Ağdaş və Mingəçevir məktəblərindən 175 şagird qoşulmuşdur. Proqram dörd mərhələdən ibarət idi: iqtisadiyyat üzrə testlər, biznes planın tərtibatı, biznes planın qiymətləndirilməsi və yekun təqdimat. Layihənin iştirakçıları hazırladıqları biznes planlarını BP, Access Bank, Deloitte Touche, ARD International, MakDermott Kaspian Kontraktorz Ink., MADIA Group, Sənaye İnkişaf Qrupu, Microsoft, Avis, Caspian Compassion Project və Junior Achievement Azərbaycan təşkilatını təmsil edən 13 münsifin nəzərinə təqdim etdilər. Onlayn keçirilən qiymətləndirmə prosesi təqdim olunmuş planların ümumi planlaşdırmasını, mümkünlüyünü, istehsal, marketinq və maliyyə hissəsini nəzərdən keçirirdi. Nəticədə Bakı, İsmayıllı, Yevlax, Kürdəmir və Ağdaş məktəblərindən 21 komanda layihənin son mərhələsinə - məktəbli şirkətlərin yarmarkasına vəsiqə aldı.

Final mərhələ zamanı öz məhsul və şirkətlərini tədbirin qonaqlarına və münsiflər heyətinə təqdim etmək üçün məktəblilər nümayiş stendləri hazırladılar. Şagirdlərin müəssisələrinə sərmayə etmək və bununla ilin məktəbli şirkətini seçmək məqsədilə münsiflər heyətinin hər üzvünə 1700 JA Dolları verilmişdir. Ən yüksək – 3900 dollar toplayan Bakının 164 saylı məktəbinin komandası “İlin Məktəbli Şirkəti” elan edildi, digər 5 komanda aşağıdakı nominasiyalar üzrə qalib gəlib, sertifikat və hədiyyələrlə mükafatlandırıldı:

İlin Məktəbli Şirkəti – Bakı 164 saylı məktəbin “B” komandası

əl işləri, toxunma suvenir və pannoların istehsalı

Məktəbli Şirkət Kuboku və Hewlett-Packard mükafatını əldə etdi

Ən Yenilikçi Məhsul – Bakı 59 saylı məktəb

muncuqla bəzədilmiş suvenirlərin istehsalı və PayPal sistemi ilə onlayn satışı

 Microsoft mükafatını əldə etdi

Mükəmməl Maliyyə Planı – Bakı 164 saylı məktəbin “A” komandası

geniş çeşidli fastfud xidməti

Deloitte Touche mükafatını əldə etdi


 

İstehsal Sahəsində Mükəmməl Biznes İdeya – Kürdəmir r-nu, Karrar kənd məktəbinin “A” komandası

nadir dərman bitkilərinin toplanması və apteklərə təqdim edilməsi

ExxonMobil mükafatını əldə etdi


 
Xidmət Sahəsində Mükəmməl Biznes İdeya – Bakı 222 saylı məktəbin “A” komandası

qayıqla gəzinti və dəniz kənarı kafenin təşkili

Deloitte Touche mükafatını əldə etdi

Yaradıcı Marketinq Strategiyası – Bakı 275 saylı məktəb

müxtəlif naxış və şəkillərlə bəzədilmiş maykaların istehsalı

Access Bank mükafatını əldə etdi

 


 
İlin Könüllüsü – Anar Mahmudov

Junior Achievement təşkilatının Azərbaycandakı fəaliyyətinə

verdiyi əvəzsiz töhfəyə görə təltif edilib

 

Tədbir qaliblərin mükafatlandırması mərasimi ilə başa çatdı. Mərasim zamanı JA Azərbaycan təşkilatı biznes könüllülərinə və münsiflərə öz təşəkkürünü bildirərək, onlara sertifikat və “JAA könüllüsü” maykalarını təltif etdi. Junior Achievement təşkilatının “İlin Könüllüsü” mükafatı təşkilatın Azərbaycandakı fəaliyyətinə xüsusi töhfə verən BP şirkətinin nümayəndəsi Anar Mahmudova təltif edildi.

                         
   
   
                
     

Geri

Xəbərlər arxivi 2009

Xəbərlər arxivi 2008

Xəbərlər arxivi 2007

Xəbərlər arxivi 2006

Xəbərlər arxivi 2005

   

BİZİM HAQDA

 
 
Həyatın iqtisadiyyatını anlamaq üçün, Junior Achievement praktiki təcrübədən istifadə edərək gənclərə kömək edir. Biznes şirkətləri və təlimçilərlə əməkdaşlıqda, Junior Achievement məktəbliləri həqiqi dünya ilə tanış edir, öz daxili potensiallarına nəzər yetirməyə imkan yaradır. Junior Achievement metodları özündə proqram materialı, treninq və dəstəkləyici üsulları birləşdirir. Junior Achievement təhsil və biznes arasındakı müvəffəqiyyətli körpüdür.
 
   

JAA FƏALİYYƏTİNİ DƏSTƏKLƏ

 
   
   

BİZƏ QOŞUL

 
 
2009 cu ilin JAA Könüllülər Təqviminə nəzər yetirin
Könüllü biznes mentoru kimi üzv olun:
Sinifdə dərs aparın, təcrübə təşkil edin və ya şagirdə öz biznesini qurmaqda yardımçı olun.
 
    BİZİM UĞURLARIMIZ
 
 
  Biznes nümayəndələrinin təcrübəsi gəncləri sahibkarlıq fəaliyyətinə ruhlandırır
 
 
  JAA düzgün kredit seçimində istehlakçılara kömək edir
 
 
  JAA təcrübəsi bölgə icmalarının biznes savadını təkmilləşdirir
 
 
  Baker McKenzie JA Azərbaycan məzunlarını işə götürüb
 
 
  JA İqtisadiyyat müəllimi Azərbaycan Respublikası Prezidentinin “Ən yaxşı müəllim” mükafatına layiq görülüb
 
 
  Ümumdünya JA Təşkilatı Birləşmiş Millətlər Təşkilatı tərəfindən xüsusi statusa layiq görüldü
 
 
  40 COMEEP iştirakçısı Nikoyl Bankdan aqrobiznesin inkişafına ayrılan kredit əldə edib
 
 
  JA təşkilatı, ABŞ Prezidentinin maliyyə məsələləri üzrə Məşvərətçi Şurasında təmsil olunub
 
 
  Azərbaycan komandası beynəlxalq biznes yarışında qalib gəlib
 
 
  Şagirdlər peşəkar biznes təcrübəsi əldə edirlər
 
 
  Yeni "Tətbiqi İqtisadiyyat" dərsliyini təqdim edirik
 
 
  İİT təcrübəsi və treninqləri bölgə bizneslərində tətbiq olunur
 
 
   

SİTAT

 
 
Junior Achievement müəllim və məktəbləri konkret proqramlarla təmin edir və şagirdlərə nəzəriyyənin praktikaya keçmə yolunu, sahibkarlığın nə olduğunu anlamağa imkan verir. Bu yolla şagirdlər özlərinə inam və motivasiya əldə edirlər, daha fəal olurlar və komanda daxilində işləməyi öyrənirlər. Bu isə, Avropanın gələcəyi üçün mühüm investisiyadır.

--- Xose Manuel Barroso,
Avropa Komissiyasının Prezidenti

 
   

LİNKLƏR