2007
| BP və tərəfdaş şirkətlər JAA təcrübəsini Bakı icmalarında tətbiq edirlər |
![]() |
| Dərc olunub: Apr 10 2008 |
| 2007 >> |

Yuxarı sinif şagirdlərinin biznes və iqtisadiyyat üzrə tədrisi məqsədilə JA Azərbaycan BP Azərbaycan şirkəti və onun Azəri-Çıraq-Günəşli, Bakı-Tiflis-Ceyhan, Şah-Dəniz və Cənubi Qafqaz neft kəməri layihələri üzrə tərəfdaş şirkətlərindən qrant əldə etmişdir. Qrant sayəsində JAA, Bakı Koridoru zonasına daxil olan orta məktəblərdə “Məktəblərdə biznesin və iqtisadiyyatın tədrisi” (MBİT) proqramını həyata keçirəcək. Proqram, yüksək səviyyəli təlim və mikro-kredit əldə etmək imkanı vasitəsilə sahibkarlığın inkişafına və yeni iş yerlərinin açılmasına kömək edən “İqtisadi imkanlar proqramı”nın (EcOP) tərkibində gerçəkləşir.
EcOP-in məqsədi ölkədə həyata keçirilən mühüm layihələrin tərxisi yolu ilə icmalara kömək etməkdir və bu istiqamətdə BP çalışdığı ərazilərin icmalarına davamlı sosial və iqtisadi inkişaf imkanları təklif edir. Yeni təşəbbüs, Bakı Koridoru zonasında (Sanqaçal terminalından Zıxda yerləşən Şah-Dəniz platformasına qədər) yaşayan icmaları cəlb edəcəkdir.
Proqram Bakının Xətai, Səbayıl və Qaradağ rayonlarını əhadə edir, Sanqaçal, Ümid, Sahil, Şıx, Bibi-heybət, Bayıl və 20-ci sahə qəsəbələrinin 17 icmasını, eləcə də Etimad, Uğur, Ulduz, Nargilə, Həqiqət, Səma, Doğru Yol, İnam, Toxucu və Birlik icmalarını daxil edir.
Istifadə olunan məlumat: www.bp.com/caspian
Geri- Xəbərlər arxivi 2008
- Xəbərlər arxivi 2007
- Xəbərlər arxivi 2006
- Xəbərlər arxivi 2005 |