AZ | EN
   
    SPONSORLAR  
    SEÇƏNƏKLƏR  
    QARŞIDAN GƏLƏN TƏDBİRLƏR
 
 


İyun 2010
“Mobil Telekommunikasiya Biznesinə Giriş” proqramı – “İşə Hazırlıq”
Əlaqələndirici Şəxs:  
Rəşad Xanlarov

İyun 2010
“Universitetə Hazırlıq Kursları” – Son sınaq imtahanları və konsaltinq
Əlaqələndirici Şəxs:  
Seymur Hacıyev

İyul 2010
“Universitetə Hazırlıq Kursları” – Universitetlərə qəbul imtahanları
Əlaqələndirici Şəxs:  
Seymur Hacıyev

İyul 2010
Məktəblilərin Beynəlxalq Ticarət Yarmarkası
Əlaqələndirici Şəxs:  
Rəşad Xanlarov

İyul-Avqust 2010
“Məktəblərdə İqtisadiyyatın Tədrisi Proqramı” – “İşə Hazırlıq”
Əlaqələndirici Şəxs:  
Könül Hüseynova

 
    ABUNƏÇİ OL
 
   
 
    BİZİMLƏ ƏLAQƏ  
 
Cəfər Cabbarlı küç., 44
"Caspian Plaza 1",
7-ci mərtəbə
Bakı - AZ1065, Azərbaycan
Tel/Faks: (994 12) 436 76 48
Mobil: (994 55) 301 05 05
İnternet ünvanı: www.jaazerbaijan.org Əlaqələndirici Şəxs: Könül Hüseynova
 

2008


Gənc sahibkarlar mükafatlandırıldı
Dərc olunub: Jan 26 2009
2008 >>

 

 2008-ci ilin iyun ayının 20-si, Bakının Səbayıl, Qaradağ və Xətai rayonlarından olan 10 məktəbli komanda Junior Achievement Azərbaycan təşkilatının  “Məktəbli Şirkətlər” layihəsi çərçivəsində təşkil etdiyi sərgidə öz bizneslərini təqdim etdilər. Layihə British Petroleum və tərəfdaş şirkətlərin maliyyələşdirdiyi, Bakı koridoru zonasını əhatə edən “Məktəblərdə İqtisadiyyatın və Biznesin Tədrisi” proqramı çərçivəsində keçirilmişdir.

 

Aprel ayında başlanan “Məktəbli Şirkətlər” layihəsinin 2008 ilin yaz sessiyasına Bakının Səbayıl, Qaradağ və Xətai rayonlarının 100 şagirdi qoşularaq, şirkətin yaradılması və idarə edilməsinin əsas prinsiplərini öyrənirdilər. PricewaterhouseCoopers şirkətinin peşəkar təlimçilərin dəstəyilə, şagirdlər onlayn təlimlərdə iştirak edib, davamlı biznes planın yazılması üçün lazımı bilikləri əldə edərək öz məktəbləri daxilində məktəbli şirkətlər yaratmışlar.

 “Avropa” mehmanxanasında keçirilən layihənin final mərhələsində 203, 162, 50, 51, 116, 319, 294, 163, 63 və 14 saylı internat məktəbinin komandaları öz biznes plan və məhsullarını işgüzar icmanın və JA Direktoral Şurasının nümayəndələrindən ibarət münsiflər heyətinin nəzərinə təqdim etdilər. Şagirdlərin idarə etdiyi şirkətlər müxtəlif məhsul istehsalı və xidmət növləri təklif edirdi. Bunların sırasında rayonlara səfərlərin təşkili, turizm şirkəti, foto studiya, əlilliyi olan uşaqlar üçün nəqliyyat xidməti, ağac məmulatları  istehsalı, milli ornamentli əl işləri, məktəb kafesi və məktəb kinoteatrı təqdim olunmuşdur. Münsiflər şagirdlərin təqdimatlarına biznes ideyanın mümkünlüyü, maliyyə planı, risk və sığortanın nəzərə alınması və təqdimat bacarığı əsasında qiymət verirdilər. “Məktəbli Şirkətlər” və ona oxşar layihələr şagirdlərdə məktəb yaşından başlayaraq biznes bacarığının aşkarlanmasında və tətbiq edilməsində mühüm rol oynayır. Şagirdlərin bu gün bizə təqdim etdikləri ideyalar adət edilmiş əşyalara yeni, maraqlı baxışla heyrətləndirirdi; adət olunanı yeni işıqda görmək qabilliyyəti biznesdə çox vacib bacarıqdır və səni kütlədən ayırır”, bu sözləri McDermott Kaspian Kontraktor şirkətindən olan münsif cənab Tomas Or vurğuladı.  

 Tədbirin sonunda keçirilən mükafatlandırma mərasimində JA Azərbaycan təşkilatının İcraçı Direktoru Vüsal Xanlarov layihədə iştirak edən şagirdlərə, müəllimlərə və könüllü mentorlara təşəkkür edərək, layihənin onlarda özünə-inam hisslərinin artmasına kömək etdiyinə əmin olduğunu bildirdi. Qiymətləndirmənin nəticəsi əsasında Bakının 203 saylı məktəbin rayon səfərlərinin təşkili ideyası qələbə qazanaraq, 1-ci yeri əldə etmişdir. Taxta məhsullarının hazırlanması və modernləşdirilmiş məktəb masasının təqdimatına görə 116 saylı məktəb 2-ci yerə, foto şəkil studiyasının təşkilinə görə 51 saylı məktəb isə 3-cü yerə layiq görülmüşdür. Layihənin qaliblərinə qiymətli hədiyyələrlə yanaşı, JA “İşə Hazırlıq” proqramında iştirak etmək hüququ və bizneslərin yerlərdə necə işlədiyini müşahidə etmək imkanı yaradılmışdır.

 

Geri

Xəbərlər arxivi 2008

Xəbərlər arxivi 2007

Xəbərlər arxivi 2006

Xəbərlər arxivi 2005

   

BİZİM HAQDA

 
 
Həyatın iqtisadiyyatını anlamaq üçün, Junior Achievement praktiki təcrübədən istifadə edərək gənclərə kömək edir. Biznes şirkətləri və təlimçilərlə əməkdaşlıqda, Junior Achievement məktəbliləri həqiqi dünya ilə tanış edir, öz daxili potensiallarına nəzər yetirməyə imkan yaradır. Junior Achievement metodları özündə proqram materialı, treninq və dəstəkləyici üsulları birləşdirir. Junior Achievement təhsil və biznes arasındakı müvəffəqiyyətli körpüdür.
 
   

JAA FƏALİYYƏTİNİ DƏSTƏKLƏ

 
   
   

BİZƏ QOŞUL

 
 
2009 cu ilin JAA Könüllülər Təqviminə nəzər yetirin
Könüllü biznes mentoru kimi üzv olun:
Sinifdə dərs aparın, təcrübə təşkil edin və ya şagirdə öz biznesini qurmaqda yardımçı olun.
 
    BİZİM UĞURLARIMIZ
 
 
  Biznes nümayəndələrinin təcrübəsi gəncləri sahibkarlıq fəaliyyətinə ruhlandırır
 
 
  JAA düzgün kredit seçimində istehlakçılara kömək edir
 
 
  JAA təcrübəsi bölgə icmalarının biznes savadını təkmilləşdirir
 
 
  Baker McKenzie JA Azərbaycan məzunlarını işə götürüb
 
 
  JA İqtisadiyyat müəllimi Azərbaycan Respublikası Prezidentinin “Ən yaxşı müəllim” mükafatına layiq görülüb
 
 
  Ümumdünya JA Təşkilatı Birləşmiş Millətlər Təşkilatı tərəfindən xüsusi statusa layiq görüldü
 
 
  40 COMEEP iştirakçısı Nikoyl Bankdan aqrobiznesin inkişafına ayrılan kredit əldə edib
 
 
  JA təşkilatı, ABŞ Prezidentinin maliyyə məsələləri üzrə Məşvərətçi Şurasında təmsil olunub
 
 
  Azərbaycan komandası beynəlxalq biznes yarışında qalib gəlib
 
 
  Şagirdlər peşəkar biznes təcrübəsi əldə edirlər
 
 
  Yeni "Tətbiqi İqtisadiyyat" dərsliyini təqdim edirik
 
 
  İİT təcrübəsi və treninqləri bölgə bizneslərində tətbiq olunur
 
 
   

SİTAT

 
 
Junior Achievement müəllim və məktəbləri konkret proqramlarla təmin edir və şagirdlərə nəzəriyyənin praktikaya keçmə yolunu, sahibkarlığın nə olduğunu anlamağa imkan verir. Bu yolla şagirdlər özlərinə inam və motivasiya əldə edirlər, daha fəal olurlar və komanda daxilində işləməyi öyrənirlər. Bu isə, Avropanın gələcəyi üçün mühüm investisiyadır.

--- Xose Manuel Barroso,
Avropa Komissiyasının Prezidenti

 
   

LİNKLƏR