AZ | EN
   
    SPONSORLAR  
    SEÇƏNƏKLƏR  
    QARŞIDAN GƏLƏN TƏDBİRLƏR
 
 

Fevral - İyun 2012
JA İqtisadiyyat dərsləri
Əlaqələndirici Şəxs:

Seymur Hacıyev

Fevral - Oktyabr 2012
İMTB – Tələbələrin seçimi
Əlaqələndirici Şəxs:

Seymur Hacıyev

Fevral - Oktyabr 2012
JA Müvəffəqiyyət Bacarıqları, yuxarı sinif şagirdləri üçün işə hazırlıq təlimi
Əlaqələndirici Şəxs:

Nilüfər Dəmirzadə

Fevral - Oktyabr 2012
JA Biznes Etika, yuxarı sinif şagirdləri üçün işə hazırlıq təlimi
Əlaqələndirici Şəxs:

Könül Hüseynova

Fevral - Oktyabr 2012
JAA-Saipem "İşə Hazırlıq" Layihəsi – Tələbələrin seçimi
Əlaqələndirici Şəxs:

Nilüfər Dəmirzadə

 
    ABUNƏÇİ OL
 
   
 
    BİZİMLƏ ƏLAQƏ  
 
Cəfər Cabbarlı küç., 44
"Caspian Plaza 1", 7-ci mərtəbə
Bakı - AZ1065, Azərbaycan
Tel/Faks: (994 12) 436 76 48
Mobil: (994 55) 301 05 05
İnternet ünvanı: www.jaazerbaijan.org Əlaqələndirici Şəxs:
Könül Hüseynova
 
XƏBƏRLƏR
İdarəetmə və İqtisadiyyat üzrə 10-cu Milli Yarışın finalı keçirildi
Dərc olunub: Mar 19 2010
XƏBƏRLƏR >>

Bakı və Ağdaş məktəblərinin 24 şagirdi rəqabətli biznes mühitində sahibkarlıq fəaliyyətinin nə olduğunu təcrübədən keçirdilər. Məktəbliləri bir araya gətirən səbəb 10-cu İllik İdarəetmə və İqtisadiyyat üzrə Milli Yarışın final mərhələsi idi. Junior Achievement Azərbaycan (JAA) təşkilatı tərəfində keçirilən yarış əsas sponsorlar Statoil Abşeron, Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi (USAİD), Chevron Xəzər Ltd. və tərəfdaş sponsorlar Gənclər və İdman Nazirliyi, Baker McKenzie, Amerika Ticarət Palatasının Azərbaycandakı Nümayəndəliyi (AmCham) və Bakcell şirkətinin maliyyələşdirdiyi “Məktəblərdə İqtisadiyyatın Tədrisi Proqramı” çərçivəsində təşkil olunmuşdur.
 
Yarışın sonuncu, final mərhələsi Mart ayının 10-u, “Avropa” mehmanxanasında baş tutdu. Tədbiri çıxış nitqi ilə açıq elan edən JAA təşkilatının İcraçı Direktoru Vüsal Xanlarov “Məktəblərdə İqtisadiyyatın Tədrisi Proqramı”nın 2008-2010-cu illər üzrə təqdimat etdi və iştirakçılara yarış barədə qısa məlumat verdi. Bu ilin yarışı 2009-cu ilin Oktyabr ayında başlanaraq, Bakı, Sumqayıt, Mingəçevir, Ağdaş, Kürdəmir, Yevlax, Şəki və Goranboy rayonlarının 35 məktəbini təmsil edən 152 şagirdi cəlb etmişdir. Biznesin modelləşdirilməsi proqramından istifadə edərək, şagirdlər hipotetik məhsulun rəqabətli sənayesində öz biznes biliklərini tətbiq edirdilər. Virtual şirkətin modelləşdirməsi yolu ilə şagirdlər qiymət, istehsal, marketinq, kapital qoyuluşu və elmi-tədqiqat işlərinə yönəldilən vəsaitlər üzrə qərarlar daxil edirdilər. Verilən qərarlar məktəbli komandanın uğuru yaxud itkisi ilə nəticələnirdi.
   
Yarışın son, ən gərgin mərhələsi zamanı Bakı və Ağdaş rayonunun məktəblərindən səkkiz komanda 10-cu Milli Çempion titulu uğrunda mübarizə aparırdı. Nəticədə, ən yüksək göstəricilərlə Bakının 264 saylı məktəbin şagirdləri yarışda qalib gəldirlər. 

Tədbirdə çıxış edən Scott Taylor (USAİD), Baiba Rubesa (Statoil Abşeron) və Nərmin Bağırova (Gənclər və İdman Nazirliyi) məktəblilərin qərar qəbul etmə, sahibkarlıq və qrup işi bacarıqlarının inkişafında biznes tədrisi layihələrin həyata keçirilməsinin vacibliyini vurğuladılar. Xanım Rubesa-nın sözü ilə “məktəblilərin iqtisadi savadlarını inkişaf etdirmək məqsədilə Statoil şirkəti artıq 2004-cü ildən JA Azərbaycan təşkilatının fəaliyyətini dəstəkləyir. Biz çox şadıq ki, bir neçə il öncə Azərbaycanlı komanda 69 ölkədən 1000 komandaya qalib gəlib, beynəlxalq yarışda 1-ci yerə layiq görülmüşdür və əminəm ki, bu nailiyyət bu gün bura tolplaşan şagirdlərin hamısını ruhlandırmışdır.”     

Yarışdan sonra şagirdlər və tədbirin qonaqları yoldaşlıq yarışında iştirak etməyə dəvət olundular. Hər iştirakçı komanda məktəblilərdən və biznes şirkətlərin nümayəndələrindən ibarət idi. Yoldaşlıq yarışının qalibləri simvolik 1000 “JA Dolları” ilə mükafatlandırıldı.  

Tədbir mükafatlandırma mərasimi ilə başa çatdı. Mərasim zamanı bütün finalçı şagirdlər sponsor şirkətlərdən qiymətli hədiyyələr qazandı. Həmçinin, mərasimdə 2009-cu ilin JA “İşə Hazırlıq Proqramı”nın iştirakçıları və  təcrübə imkanı yaradan Statoil Abşeron, McDermott Caspian Contractors Inc., Access Bank, KCA Deutag və Deloitte & Touche şirkətləri sertifikatlarla təltif olundular. JAA proqramlarına könüllü töhfə verən McDermott Caspian Contractors Inc. şirkətinin nümayəndəsi Tofik Əfəndizadə “Semestrin Könüllüsü Sertifikatı” ilə təltif edildi.


İdarəetmə və İqtisadiyyat üzrə Milli Yarışın qalib komandası Mart ayından İyun ayına kimi davam edən Beynəlxalq JA Titan Yarışında iştirak edəcək.

 


                               
                               
                               
                               
                               
                               
                               

Geri

Xəbərlər arxivi 2009

Xəbərlər arxivi 2008

Xəbərlər arxivi 2007

Xəbərlər arxivi 2006

Xəbərlər arxivi 2005

   

BİZİM HAQDA

 
 
Həyatın iqtisadiyyatını anlamaq üçün, Junior Achievement praktiki təcrübədən istifadə edərək gənclərə kömək edir. Biznes şirkətləri və təlimçilərlə əməkdaşlıqda, Junior Achievement məktəbliləri həqiqi dünya ilə tanış edir, öz daxili potensiallarına nəzər yetirməyə imkan yaradır. Junior Achievement metodları özündə proqram materialı, treninq və dəstəkləyici üsulları birləşdirir. Junior Achievement təhsil və biznes arasındakı müvəffəqiyyətli körpüdür.
 
   

JAA FƏALİYYƏTİNİ DƏSTƏKLƏ

 
   
   

BİZƏ QOŞUL

 
 
2009 cu ilin JAA Könüllülər Təqviminə nəzər yetirin
Könüllü biznes mentoru kimi üzv olun:
Sinifdə dərs aparın, təcrübə təşkil edin və ya şagirdə öz biznesini qurmaqda yardımçı olun.
 
    BİZİM UĞURLARIMIZ
 
 
  Biznes nümayəndələrinin təcrübəsi gəncləri sahibkarlıq fəaliyyətinə ruhlandırır
 
 
  JAA düzgün kredit seçimində istehlakçılara kömək edir
 
 
  JAA təcrübəsi bölgə icmalarının biznes savadını təkmilləşdirir
 
 
  Baker McKenzie JA Azərbaycan məzunlarını işə götürüb
 
 
  JA İqtisadiyyat müəllimi Azərbaycan Respublikası Prezidentinin “Ən yaxşı müəllim” mükafatına layiq görülüb
 
 
  Ümumdünya JA Təşkilatı Birləşmiş Millətlər Təşkilatı tərəfindən xüsusi statusa layiq görüldü
 
 
  40 COMEEP iştirakçısı Nikoyl Bankdan aqrobiznesin inkişafına ayrılan kredit əldə edib
 
 
  JA təşkilatı, ABŞ Prezidentinin maliyyə məsələləri üzrə Məşvərətçi Şurasında təmsil olunub
 
 
  Azərbaycan komandası beynəlxalq biznes yarışında qalib gəlib
 
 
  Şagirdlər peşəkar biznes təcrübəsi əldə edirlər
 
 
  Yeni "Tətbiqi İqtisadiyyat" dərsliyini təqdim edirik
 
 
  İİT təcrübəsi və treninqləri bölgə bizneslərində tətbiq olunur
 
 
   

SİTAT

 
 
Junior Achievement müəllim və məktəbləri konkret proqramlarla təmin edir və şagirdlərə nəzəriyyənin praktikaya keçmə yolunu, sahibkarlığın nə olduğunu anlamağa imkan verir. Bu yolla şagirdlər özlərinə inam və motivasiya əldə edirlər, daha fəal olurlar və komanda daxilində işləməyi öyrənirlər. Bu isə, Avropanın gələcəyi üçün mühüm investisiyadır.

--- Xose Manuel Barroso,
Avropa Komissiyasının Prezidenti

 
   

LİNKLƏR