AZ | EN
   
    SPONSORLAR  
    SEÇƏNƏKLƏR  
    QARŞIDAN GƏLƏN TƏDBİRLƏR
 
 


İyun 2010
“Mobil Telekommunikasiya Biznesinə Giriş” proqramı – “İşə Hazırlıq”
Əlaqələndirici Şəxs:  
Rəşad Xanlarov

İyun 2010
“Universitetə Hazırlıq Kursları” – Son sınaq imtahanları və konsaltinq
Əlaqələndirici Şəxs:  
Seymur Hacıyev

İyul 2010
“Universitetə Hazırlıq Kursları” – Universitetlərə qəbul imtahanları
Əlaqələndirici Şəxs:  
Seymur Hacıyev

İyul 2010
Məktəblilərin Beynəlxalq Ticarət Yarmarkası
Əlaqələndirici Şəxs:  
Rəşad Xanlarov

İyul-Avqust 2010
“Məktəblərdə İqtisadiyyatın Tədrisi Proqramı” – “İşə Hazırlıq”
Əlaqələndirici Şəxs:  
Könül Hüseynova

 
    ABUNƏÇİ OL
 
   
 
    BİZİMLƏ ƏLAQƏ  
 
Cəfər Cabbarlı küç., 44
"Caspian Plaza 1",
7-ci mərtəbə
Bakı - AZ1065, Azərbaycan
Tel/Faks: (994 12) 436 76 48
Mobil: (994 55) 301 05 05
İnternet ünvanı: www.jaazerbaijan.org Əlaqələndirici Şəxs: Könül Hüseynova
 
XƏBƏRLƏR
JA Azərbaycan 2009-cu ilin “İşə Hazırlıq” proqramının başlanmasını elan edir
Dərc olunub: Jun 03 2009
XƏBƏRLƏR >>

Əziz tərəfdaşlar,

Junior Achievement Azərbaycan (JAA) 2009-cu ilin “İşə Hazırlıq” proqramını elan edir və sizi və şirkətinizi bu fəaliyyətdə iştirak eməyə dəvət edir. İldə keçirilən proqram 10 və 11-ci sinif şagirdlərini iş yerlərinə gətirərək, onlara işgüzar mühitdə özlərini sınamaq imkanı verir. 

İştirakçı şagirdlər işə hazırlıq layihələrinin məzunları, eləcə də sahibkarlıq və maliyyə savadı üzrə məktəbli yarışlarının qalibləri sırasından seçilir. Proqramda iştirakınız sizə və şirkətinizə öz gələcək karyeralarının seçimi mərhələsində olan şagirdlər üçün rol modeli olmaq fürsəti verir. “İşə Hazırlıq” proqramının əvvəlki illərinin tərəfdaşları arasında StatoilHydro Azərbaycan, MakDermott Kaspian Kontraktorz, Exxon Azərbaycan, KCA Deutag, Kapital Bank, AİG Kaspian və başqa şirkətlər olmuşdur.

“İşə Hazırlıq” proqramı bir neçə mərhələdən ibarətdir: şagirdin müəllim tərəfindən hazırlanması, biznes mentor tərəfindən aparılan müsahibə, mentorun müşahidəsi ilə keçirilən praktika və proqramın sonunda JAA nümayəndəsi tərəfindən aparılan qiymətləndirmə. Şirkətlərə və iştirakçı şagirdlərə proqram çərçivəsində gündəlik fəaliyyəti və təqvimi daxil edən tədris vəsaiti veriləcək. Həmçinin, bu vəsaitə proqramı asanlaşdırmaq məqsədilə bir neçə forma daxil edilib (tibbi icazə forması, valideynlərin razılıq forması, qiymətləndirmə forması və s.) 

Proqram aşağıdakı fəaliyyətlərdən ibarət olunacaq və iştirakçı şirkətlər təklif olunan praktika növlərindən birini seçməyə dəvət olunurlar:

- 1-aylıq praktika – bu növ praktika zamanı şagird (şagirdlər) məzuniyyətdə olan əməkdaşı əvəz edə bilər yaxud şirkətin işçisinə kömək edə bilər. Köməkedici materiallar JAA tərəfdindən təmin edilir, lakin şirkət öz proqramından istifadə edə bilər.
- 1-həftəlik işə hazırlıq təcrübəsi – bu halda şagird (şagirdlər) şirkətin şöbələrilə tanış edilir və hər şöbədə bir gün işləyir. Köməkedici materiallar JAA tərəfindən təmin edilir.
- 3-günlük işə hazırlıq təcrübəsi – şagird (şagirdlər) şirkətin bir əməkdaşı – biznes mentorla işləyir. Mentor şagirdin iş yerində olduğu vaxt onu müşahidə edir, müvafiq görüşlərdə, ofis işində və biznes naharlarda təcrübəçinin iştirakını təşkil edir. JAA tərəfindən material təmin edilsə də, bu fəaliyyət üçün xüsusi təqvim tələb olunmur, çünki şagird (şagirdlər) gün ərzində mentorla bir işləyir.

Proqramın nəticəsində iştirakçı şagirdlər şəxsi fəaliyyət planı tərtib edəcəklər. 

Şirkətlərə imkan verilir təcrübəçilərin seçimi üçün öz seçim prosedurlarından istifadə etsinlər yaxud da bu işi JAA təşkilatına həvalə etsinlər. Əgər sizin şirkət 2009-cu ilin “İşə Hazırlıq” proqramı çərçivəsində JAA şagirdlərini təcrübəyə götürmək istəyirsə, xahiş edirik iyunun 20-dək www.jaazerbaijan.org veb saytının əsas səhifəsində, 2009 “İşə Hazırlıq” proqramı bölməsində verilmiş onlayn formanı doldurasınız.

Əlavə məlumat üçün Proqram Koordinatoru Könül Hüseynova ilə kenul@jaazerbaijan.org el. poçtu və ya (994 50) 407 6869 nömrəli telefonla əlaqə saxlaya bilərsiniz.

Geri

Xəbərlər arxivi 2009

Xəbərlər arxivi 2008

Xəbərlər arxivi 2007

Xəbərlər arxivi 2006

Xəbərlər arxivi 2005

   

BİZİM HAQDA

 
 
Həyatın iqtisadiyyatını anlamaq üçün, Junior Achievement praktiki təcrübədən istifadə edərək gənclərə kömək edir. Biznes şirkətləri və təlimçilərlə əməkdaşlıqda, Junior Achievement məktəbliləri həqiqi dünya ilə tanış edir, öz daxili potensiallarına nəzər yetirməyə imkan yaradır. Junior Achievement metodları özündə proqram materialı, treninq və dəstəkləyici üsulları birləşdirir. Junior Achievement təhsil və biznes arasındakı müvəffəqiyyətli körpüdür.
 
   

JAA FƏALİYYƏTİNİ DƏSTƏKLƏ

 
   
   

BİZƏ QOŞUL

 
 
2009 cu ilin JAA Könüllülər Təqviminə nəzər yetirin
Könüllü biznes mentoru kimi üzv olun:
Sinifdə dərs aparın, təcrübə təşkil edin və ya şagirdə öz biznesini qurmaqda yardımçı olun.
 
    BİZİM UĞURLARIMIZ
 
 
  Biznes nümayəndələrinin təcrübəsi gəncləri sahibkarlıq fəaliyyətinə ruhlandırır
 
 
  JAA düzgün kredit seçimində istehlakçılara kömək edir
 
 
  JAA təcrübəsi bölgə icmalarının biznes savadını təkmilləşdirir
 
 
  Baker McKenzie JA Azərbaycan məzunlarını işə götürüb
 
 
  JA İqtisadiyyat müəllimi Azərbaycan Respublikası Prezidentinin “Ən yaxşı müəllim” mükafatına layiq görülüb
 
 
  Ümumdünya JA Təşkilatı Birləşmiş Millətlər Təşkilatı tərəfindən xüsusi statusa layiq görüldü
 
 
  40 COMEEP iştirakçısı Nikoyl Bankdan aqrobiznesin inkişafına ayrılan kredit əldə edib
 
 
  JA təşkilatı, ABŞ Prezidentinin maliyyə məsələləri üzrə Məşvərətçi Şurasında təmsil olunub
 
 
  Azərbaycan komandası beynəlxalq biznes yarışında qalib gəlib
 
 
  Şagirdlər peşəkar biznes təcrübəsi əldə edirlər
 
 
  Yeni "Tətbiqi İqtisadiyyat" dərsliyini təqdim edirik
 
 
  İİT təcrübəsi və treninqləri bölgə bizneslərində tətbiq olunur
 
 
   

SİTAT

 
 
Junior Achievement müəllim və məktəbləri konkret proqramlarla təmin edir və şagirdlərə nəzəriyyənin praktikaya keçmə yolunu, sahibkarlığın nə olduğunu anlamağa imkan verir. Bu yolla şagirdlər özlərinə inam və motivasiya əldə edirlər, daha fəal olurlar və komanda daxilində işləməyi öyrənirlər. Bu isə, Avropanın gələcəyi üçün mühüm investisiyadır.

--- Xose Manuel Barroso,
Avropa Komissiyasının Prezidenti

 
   

LİNKLƏR