2006
| JA Azərbaycan Direktorlar Şurası yeniləşdi |
![]() |
| Dərc olunub: Apr 21 2008 |
| 2006 >> |
JA Azərbaycan təşkilatının Direktorlar Şurası fürsətdən istifadə edib, Şuranın keçmiş Sədri cənab Steyn Boqvalda, sədr müavini cənab Deyvid Çörçmana və şura üzvü cənab Nikolas Blauerə təşkilatın Azərbaycandakı fəaliyyətinə verdikləri əvəzsiz töhfəyə görə öz minnətdarlığını bildirir. Bu cənablar, Junior Achievement Azərbaycan təşkilatını hazırkı müvəffəqiyyətə gətirmək üçün öz vaxt və səylərini əsirgəməmişlər. JA Azərbaycan Direktorlar Şurasının və təşkilatın bütün işçiləri adından Deyvid Çörçmana, Steyn Boqvalda və Nikolas Blauerə uğurlar arzulayırıq. JAA, həmçinin, Direktorlar Şurasının yeni üzvlərini - Exxon Mobil-dən xanım Aysel Əsgərovanı, PricewaterhouseCoopers şirkətindən cənab Teymur Abasquliyevi və Avrasiya Fondundan xanım Marqerita Beykeri salamlayır. Biz əminik ki, onların təcrübəsi sayəsində təşkilatımızın fəaliyyəti daha da genişlənib, inkişaf edəcəkdir.
Geri- Xəbərlər arxivi 2008
- Xəbərlər arxivi 2007
- Xəbərlər arxivi 2006
- Xəbərlər arxivi 2005 |