AZ | EN
   
    SPONSORLAR  
    SEÇƏNƏKLƏR  
    QARŞIDAN GƏLƏN TƏDBİRLƏR
 
 

Fevral - İyun 2012
JA İqtisadiyyat dərsləri
Əlaqələndirici Şəxs:

Seymur Hacıyev

Fevral - Oktyabr 2012
İMTB – Tələbələrin seçimi
Əlaqələndirici Şəxs:

Seymur Hacıyev

Fevral - Oktyabr 2012
JA Müvəffəqiyyət Bacarıqları, yuxarı sinif şagirdləri üçün işə hazırlıq təlimi
Əlaqələndirici Şəxs:

Nilüfər Dəmirzadə

Fevral - Oktyabr 2012
JA Biznes Etika, yuxarı sinif şagirdləri üçün işə hazırlıq təlimi
Əlaqələndirici Şəxs:

Könül Hüseynova

Fevral - Oktyabr 2012
JAA-Saipem "İşə Hazırlıq" Layihəsi – Tələbələrin seçimi
Əlaqələndirici Şəxs:

Nilüfər Dəmirzadə

 
    ABUNƏÇİ OL
 
   
 
    BİZİMLƏ ƏLAQƏ  
 
Cəfər Cabbarlı küç., 44
"Caspian Plaza 1", 7-ci mərtəbə
Bakı - AZ1065, Azərbaycan
Tel/Faks: (994 12) 436 76 48
Mobil: (994 55) 301 05 05
İnternet ünvanı: www.jaazerbaijan.org Əlaqələndirici Şəxs:
Könül Hüseynova
 
PRESS RELİZ
JA Azərbaycan Təşkilatı MetLife Fondu tərəfindən qranta layiq görülmüşdür
Dərc olunub: Jul 29 2009
Press Reliz >>

Bakı, Azərbaycan – MetLife Fondu Junior Achievement Azərbaycan təşkilatına JA Tətbiqi İqtisadiyyat proqramının Azərbaycan dilinə tərcüməsi və adaptasiyası üçün maliyyə yardımı ayırmışdır. Proqram orta məktəb şagirdlərinə əsas iqtisadi anlayışlar, onların dünya bazarlardakı rolu, dövlətin bazar iqtisadiyyatında daşıdığı  rol, iqtisadi prinsiplərin biznes qərarlarındakı rolu haqqında ətraflı məlumat verir. MetLife Fondu JA Tətbiqi İqtisadiyyat proqramının inkişafı və həyata keçirilməsi üçün əsas maliyyə yardımı ilə təmin edir. 

Bu il MetLife Fondunun ayırdığı qrantı dörd ölkədə fəaliyyət göstərən təşkilat almışdır. JA Azərbaycan təşkilatı ilə yanaşı qranta layiq görülən digər üç təşkilat Junior Achievement Kolumbiya, Junior Achievement Meksika və Junior Achievement Makedoniya olmuşdur.

Junior Achievement Azərbaycan təşkilatının ölkə üzrə icraçı direktoru Vüsal Xanlarov çıxışı zamanı qeyd etmişdir ki, “JA Tətbiqi İqtisadiyyat” proqramı təcrübi vasitələrdən istifadə edərək şagirdlərə mürəkkəb mövzuların qavranılmasında, onların daha rahat anlaşılmasında yardımcı olur. Junior Achievement təşkilatının bu kimi proqramları şagirdləri işgüzar mühitdə daha effektiv mübarizə aparmağa və eyni zamanda beynəlxaq bazarda uğurla iştirak etmək üçün hazırlayır.”

MetLife Fondunun prezidenti Dennis White çıxışı zamanı JA Azərbaycan təşkilatının gənclər üçün həyata keçirdiyi maliyyə savadı, işə hazırlıq bacarıqları və sahibkarlıq ətrafında olan öhdəliklərini bölüşdüyünü vurğuladı. “Biz JA Azərbaycan təşkilatının gənclərin dünya bazarında müvəffəqiyyətli olmağa hazırlayan “JA Tətbiqi İqtisadiyyat” proqramının tərcüməsi və adaptasiyası üçün maliyyə ayırmaqdan məmnunuq.”

Ümumdünya JA Təşkilatı haqqında
 
Junior Achievement şagirdləri dünya iqtisadiyyatında müvəffəqiyyətli olmağa həvəsləndirən və hazırlayan dünyanın ən böyük təşkilatlarından biridir. Sahib olduğu könüllü şəbəkəsi ilə JA şagirdlər üçün əsas üç istiqamətdə fəaliyyət göstərən məktəbdə və məktəbdən kənar proqramlar təşkil edir: işə-hazırlıq, sahibkarlıq və maliyyə savadı.

MetLife Fondu haqqında
 
MetLife Fondu 1976-cı ildə özünün uzun müddət davam edən ənənəvi korporativ ianələri və cəmiyyətdəki iştirakını dəstəkləmək üçün MetLife şirkəti tərəfindən yaradılmışdır. Fond sağlamlıq, təhsil, ictimai və mədəni proqramları dəstəkləyir və maliyyə yardımı ayırır. Fond JA proqramlarını 1979 cu ildən bəri dəstəkləyir. Fond “JA Tətbiqi İqtisadiyyat” proqramına maliyyə dəstəyi ayırmaqla yanaşı, həmçinin səkkiz JA üzvünü proqram və fəaliyyətdə yenilik və üstünlük prinsiplərinə görə təltif edən JA üçün sahibaklıq adlı mükafata da sponsorluq edib. Ətraflı məlumat üçün: www.metlife.org

Vəsait orta məktəblərdə tətbiqi iqtisadiyyat sahəsində yeni tədris proqramı üçün ayrılmışdır

Əlavə məlumat üçün:
Hökümə Babayeva
(+99412) 436-7648
hokuma@jaazerbaijan.org

Geri
   

BİZİM HAQDA

 
 
Həyatın iqtisadiyyatını anlamaq üçün, Junior Achievement praktiki təcrübədən istifadə edərək gənclərə kömək edir. Biznes şirkətləri və təlimçilərlə əməkdaşlıqda, Junior Achievement məktəbliləri həqiqi dünya ilə tanış edir, öz daxili potensiallarına nəzər yetirməyə imkan yaradır. Junior Achievement metodları özündə proqram materialı, treninq və dəstəkləyici üsulları birləşdirir. Junior Achievement təhsil və biznes arasındakı müvəffəqiyyətli körpüdür.
 
   

JAA FƏALİYYƏTİNİ DƏSTƏKLƏ

 
   
   

BİZƏ QOŞUL

 
 
2009 cu ilin JAA Könüllülər Təqviminə nəzər yetirin
Könüllü biznes mentoru kimi üzv olun:
Sinifdə dərs aparın, təcrübə təşkil edin və ya şagirdə öz biznesini qurmaqda yardımçı olun.
 
    BİZİM UĞURLARIMIZ
 
 
  Biznes nümayəndələrinin təcrübəsi gəncləri sahibkarlıq fəaliyyətinə ruhlandırır
 
 
  JAA düzgün kredit seçimində istehlakçılara kömək edir
 
 
  JAA təcrübəsi bölgə icmalarının biznes savadını təkmilləşdirir
 
 
  Baker McKenzie JA Azərbaycan məzunlarını işə götürüb
 
 
  JA İqtisadiyyat müəllimi Azərbaycan Respublikası Prezidentinin “Ən yaxşı müəllim” mükafatına layiq görülüb
 
 
  Ümumdünya JA Təşkilatı Birləşmiş Millətlər Təşkilatı tərəfindən xüsusi statusa layiq görüldü
 
 
  40 COMEEP iştirakçısı Nikoyl Bankdan aqrobiznesin inkişafına ayrılan kredit əldə edib
 
 
  JA təşkilatı, ABŞ Prezidentinin maliyyə məsələləri üzrə Məşvərətçi Şurasında təmsil olunub
 
 
  Azərbaycan komandası beynəlxalq biznes yarışında qalib gəlib
 
 
  Şagirdlər peşəkar biznes təcrübəsi əldə edirlər
 
 
  Yeni "Tətbiqi İqtisadiyyat" dərsliyini təqdim edirik
 
 
  İİT təcrübəsi və treninqləri bölgə bizneslərində tətbiq olunur
 
 
   

SİTAT

 
 
Junior Achievement müəllim və məktəbləri konkret proqramlarla təmin edir və şagirdlərə nəzəriyyənin praktikaya keçmə yolunu, sahibkarlığın nə olduğunu anlamağa imkan verir. Bu yolla şagirdlər özlərinə inam və motivasiya əldə edirlər, daha fəal olurlar və komanda daxilində işləməyi öyrənirlər. Bu isə, Avropanın gələcəyi üçün mühüm investisiyadır.

--- Xose Manuel Barroso,
Avropa Komissiyasının Prezidenti

 
   

LİNKLƏR