2008
| JA İqtisadiyyat müəllimi Azərbaycan Respublikası Prezidentinin “Ən yaxşı müəllim” mükafatına layiq görülüb |
![]() |
| Dərc olunub: Jan 26 2009 |
| 2008 >> |
2008-ci il sentyabrında JA İqtisadiyyat müəllimi Nailə Əhmədova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının təsis etdiyi “Ən yaxşı müəllim” mükafatına layiq görülmüşdür. Müəllimin ümumi fəaliyyəti, təqdimat bacarığı və tədris metodologiyalarını sınayan müsabiqədə müvəffəqiyyətlə iştirak etmiş xanım Əhmədova mükəmməl pedaqoji bacarıqlarına görə 5 min yeni Azərbaycan manatı məbləğində mükafatla və fəxri diplomla təltif edilmişdir.
Junior Achievement-in Azərbaycandakı fəaliyyətlərinə 2000-ci ildə qoşulan Nailə Əhmədova, həmin ildən etibarən 132 saylı məktəbdə yeni, müasir üsulla təqdim olunan JA İqtisadiyyat fənninin tədrisinə başlamış və yüzlərlə şagirdin iqtisadiyyat və biznesin əsaslarına yiyələnməsinə müvəffəq olmuşdur. Azərbaycan Respublikası Təhsil Nazirinin sərəncamına əsasən, ümumtəhsil məktəblərdə tədris olunan iqtisadiyyat fənni 2003-cü ildə JA İqtisadiyyat ilə əvəz olunmuşdur.
Şəkildə: Dr. Misir Mərdanov, Azərbaycan Respublikasının Təhsil Naziri, və Nailə Əhmədova, JA İqtisadiyyat müəllimi.
Geri- Xəbərlər arxivi 2008
- Xəbərlər arxivi 2007
- Xəbərlər arxivi 2006
- Xəbərlər arxivi 2005 |