10-11 Noyabr, 2005-ci ildə Junior Achievement Azərbaycan (JAA) və Project Harmony təşkilatları, Azərbaycan Məktəblərində İqtisadiyyatın Tədris (AMİT) proqramında iştirak edən tədrisçilər üçün, Lider Muəllimlərin Konfransını keçirəcəklər. Bakı şəhərindən və regionlardan, ümumilikdə, 100 nəfər müəllimin iştirak edəcəyi və Avropa mehmanxanasında keçiriləcək iki-günlük konfrans, biznes və iqtisadiyyat təhsili və Azərbaycan və ABŞ məktəbləri arasında əməkdaşlığın inkişafı mövzularına həsr olunacaq. Keçiriləcək sessiyalar zamanı həmçinin iqtisadiyyat dərslərinin inkişafı üçün kompüterlərdən və internetdən istifadə üsulları göstəriləcək. Bununla konfrans yeni nəsil tədrisçilərin hazırlanması üçün yeni kadrlar inkişaf etdirəcək.
Tədbirdə Azərbaycan Respublikası Təhsil Naziri, ABŞ-ın Azərbaycandakı səfiri, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin nümayəndələri, beynəlxalq və yerli iş adamları və mediya nümayəndələri iştirak edəcəklər.
Junior Achievement Azərbaycan təşkilatı, AMİT proqramını həyata keçirən, mənfəət-güdməyən qeyri-hökümət təşkilatdır. JAA öz fəaliyyətinə 2000-ci ildə proqramında 10 məktəbin iştirakı ilə başlamışdır. Sonradan ABŞ Beynəlxalq İnkişaf Agentliyinin və şəxsi donorların maliyyə dəstəyi ilə, AMİT şəbəkəsinə daxil olan məktəblərin sayını 80 məktəbə çatdırıb və Azərbaycanın 10 rayon və şəhərlərində fəaliyyətini davam etdirmişdi. 2004-cü ildə daha 25 orta məktəb AMİT-in şəbəkəsinə daxil olub. 2005-2008-ci illər ərzində AMİT Azərbaycanın daha 140 orta məktəblərində fəaliyyətə başlayacaq.
Son illər ərzində JA Azərbaycan, Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə əlaqələri daha da gücləndirmişdir. Bunun nəticəsi olaraq, Təhsil Nazirliyi AMİT proqramında iştirak edən orta məktəblərdə iqtisadiyyat dərslərində AMİT-in tədris proqramından istifadə olunmasına şərait yaratmışdır. JAA, həmçinin, Azərbaycanda uğurla fəaliyyət göstərən, ABŞ-ın Project Harmony, beynəlxalq qeyri-hökümət təşkilatı ilə sıx əməkdaşlıq edir. Bu təşkilatla əməkdaşlıqda həyata keçirilən AMİT proqramından artıq 15.000-dən çox 10 və 11-ci sinif şagirdləri bəhrələniblər. Proqrama müəllimlər üçün iqtisadiyyatın tədrisi, tələbələr üçün tədbiqi iqtisadiyyat, “Qlobal biznes etika”, “Məktəbli şirkətlər”, HP Qlobal biznes yarışı, İqtisadiyyat və menecmentin modelləşdirilməsi üzrə milli olimpiada daxildir.