AZ | EN
   
    SPONSORLAR  
    SEÇƏNƏKLƏR  
    QARŞIDAN GƏLƏN TƏDBİRLƏR
 
 

Fevral - İyun 2012
JA İqtisadiyyat dərsləri
Əlaqələndirici Şəxs:

Seymur Hacıyev

Fevral - Oktyabr 2012
İMTB – Tələbələrin seçimi
Əlaqələndirici Şəxs:

Seymur Hacıyev

Fevral - Oktyabr 2012
JA Müvəffəqiyyət Bacarıqları, yuxarı sinif şagirdləri üçün işə hazırlıq təlimi
Əlaqələndirici Şəxs:

Nilüfər Dəmirzadə

Fevral - Oktyabr 2012
JA Biznes Etika, yuxarı sinif şagirdləri üçün işə hazırlıq təlimi
Əlaqələndirici Şəxs:

Könül Hüseynova

Fevral - Oktyabr 2012
JAA-Saipem "İşə Hazırlıq" Layihəsi – Tələbələrin seçimi
Əlaqələndirici Şəxs:

Nilüfər Dəmirzadə

 
    ABUNƏÇİ OL
 
   
 
    BİZİMLƏ ƏLAQƏ  
 
Cəfər Cabbarlı küç., 44
"Caspian Plaza 1", 7-ci mərtəbə
Bakı - AZ1065, Azərbaycan
Tel/Faks: (994 12) 436 76 48
Mobil: (994 55) 301 05 05
İnternet ünvanı: www.jaazerbaijan.org Əlaqələndirici Şəxs:
Könül Hüseynova
 

2007


“Icmaların iqtisadi təhsili” proqramı 9 iştirakçını iş yerlərinə aparır
Dərc olunub: Apr 10 2008
2007 >>

 İyul ayının 16-dan başlayaraq “İcmaların iqtisadi təhsili” proqramı (COMEEP) müvəffəqiyyət qazanmış doqquz nəfər iştirakçısını karyera haqqında ilk mənbədən öyrənmək üçün Bakı, Gəncə və Yevlax şəhərlərində yerləşən iş yerlərinə aparmışdır. COMEEP 2006-cı ildə British Petroleum və tərəfdaş şirkətlərin dəstəyi ilə Junior Achievement Azerbaijan təşkilatı tərəfindən həyata keçirilməyə başlamışdır. Proqram Azərbaycanın 6 mərkəzi və qərb rayonunda yeni yaranan biznes nümayəndələri və icma üzvləri üçün qabaqcıl iqtisadi və biznes təlimlər təşkil edir.

“Peşə təcrübəsi” proqramında iştirak etmək üçün iyun ayında ən çox uğur qazanmış iştirakçılar Junior Achievement Azerbaijan təşkilatına müraciət etmişdilər. Qiymətləndirmə prosesi bitdikdən sonra COMEEP Proqramının doqquz iştirakçısı Azərbaycanın ən iri banklarından biri olan Kapital Bankda və baş qərargahi ABŞ-da yerləşən Praqma şirkətində bir həftədən bir aya qədər davam edəcək Peşə Təcrübəsi Proqramında iştirak etmək imkanı əldə etdilər.

Peşə təcrübəsi proqramı karyera haqqında öyrənmək üçün iştirakçıları real iş dünyasına aparır. Hər iştirakçı həmin şirkətlərin işçilərindən olan karyera məsləhətçisinə təhkim olunmuşdu. Bu müddət ərzində iştirakçılar gündəlik iş prosesində iqtisadiyyatla bağlı, problemlərin həlli ilə bağlı əsas bacarıqlardan necə istifadə olunduğunu, eləcə də komanda işini müşahidə etmişdilər.

Praqma Korporasiyasında keçirilən bir həftəlik internatura zamanı məsləhətçilər iştirakçıları şirkətin yerlərdəki nümayəndəliklərinə aparmış, müştərilərlə görüşlər təşkil etmiş, onlara şirkətdə istifadə olunan xüsusi marketinq və satış strategiyalarını öyrətmiş, onları şöbələrlə tanış etmiş və iştirakçıların işçi heyətinin iclaslarında iştirakını təmin etmişlər. Kapital Bankda keçirilən bir aylıq internatura zamanı iştirakçılar bankın Azərbaycandakı fəaliyyəti, bank işi, sənədləşmə, kredit və ssudalar, hesabatların hazırlanması, kadrlar şöbəsinin işi və ictimai əlaqələrlə bağlı prosedurlar, şöbələrarası iş və informasiya texnologiyalarının quruluşuna dair bilgilər əldə etmişlər. Kürdəmir rayonu Sığırlı kəndinin sakini Saleh Davudov deyir: “Mən özüm mühasib olsam da, işim üçün çox mühüm olan əmanətlər, kreditlər, faiz dərəcələri haqqında kifayət qədər bilik və bacarıqlar əldə etdim. Şirkətimiz mikro-kredit əldə etmək üçün müvafiq instansiyalara müraciət etdikdə bu bilik çox gərəyimiz olacaqdır.” Yevlax rayonundan olan digər interna Eldəniz Məmmədova görə COMEEP-in fəaliyyəti və internatura proqramı onların rayonunda biznes fəaliyyətinə rəvac verəcəkdir. Onun qeyd etdiyi kimi: “Bu təlimlərə qədər biz passivlik hiss edirdik, bu da bilavasitə bilik və bacarıqların çatışmazlığından irəli gəlir. COMEEP təlimlərinin müqabilində bizim kənd camaatı bazarın tədqiqi və bazara daxil olma yolları ilə getdikcə daha çox maraqlanmağa başlamışlar.”

İnternalar avqust ayının 16-ı evə qayıdaraq COMEEP proqramı çərçivəsində fəaliyyətlərini davam etdirirlər.

Geri

Xəbərlər arxivi 2009

Xəbərlər arxivi 2008

Xəbərlər arxivi 2007

Xəbərlər arxivi 2006

Xəbərlər arxivi 2005

   

BİZİM HAQDA

 
 
Həyatın iqtisadiyyatını anlamaq üçün, Junior Achievement praktiki təcrübədən istifadə edərək gənclərə kömək edir. Biznes şirkətləri və təlimçilərlə əməkdaşlıqda, Junior Achievement məktəbliləri həqiqi dünya ilə tanış edir, öz daxili potensiallarına nəzər yetirməyə imkan yaradır. Junior Achievement metodları özündə proqram materialı, treninq və dəstəkləyici üsulları birləşdirir. Junior Achievement təhsil və biznes arasındakı müvəffəqiyyətli körpüdür.
 
   

JAA FƏALİYYƏTİNİ DƏSTƏKLƏ

 
   
   

BİZƏ QOŞUL

 
 
2009 cu ilin JAA Könüllülər Təqviminə nəzər yetirin
Könüllü biznes mentoru kimi üzv olun:
Sinifdə dərs aparın, təcrübə təşkil edin və ya şagirdə öz biznesini qurmaqda yardımçı olun.
 
    BİZİM UĞURLARIMIZ
 
 
  Biznes nümayəndələrinin təcrübəsi gəncləri sahibkarlıq fəaliyyətinə ruhlandırır
 
 
  JAA düzgün kredit seçimində istehlakçılara kömək edir
 
 
  JAA təcrübəsi bölgə icmalarının biznes savadını təkmilləşdirir
 
 
  Baker McKenzie JA Azərbaycan məzunlarını işə götürüb
 
 
  JA İqtisadiyyat müəllimi Azərbaycan Respublikası Prezidentinin “Ən yaxşı müəllim” mükafatına layiq görülüb
 
 
  Ümumdünya JA Təşkilatı Birləşmiş Millətlər Təşkilatı tərəfindən xüsusi statusa layiq görüldü
 
 
  40 COMEEP iştirakçısı Nikoyl Bankdan aqrobiznesin inkişafına ayrılan kredit əldə edib
 
 
  JA təşkilatı, ABŞ Prezidentinin maliyyə məsələləri üzrə Məşvərətçi Şurasında təmsil olunub
 
 
  Azərbaycan komandası beynəlxalq biznes yarışında qalib gəlib
 
 
  Şagirdlər peşəkar biznes təcrübəsi əldə edirlər
 
 
  Yeni "Tətbiqi İqtisadiyyat" dərsliyini təqdim edirik
 
 
  İİT təcrübəsi və treninqləri bölgə bizneslərində tətbiq olunur
 
 
   

SİTAT

 
 
Junior Achievement müəllim və məktəbləri konkret proqramlarla təmin edir və şagirdlərə nəzəriyyənin praktikaya keçmə yolunu, sahibkarlığın nə olduğunu anlamağa imkan verir. Bu yolla şagirdlər özlərinə inam və motivasiya əldə edirlər, daha fəal olurlar və komanda daxilində işləməyi öyrənirlər. Bu isə, Avropanın gələcəyi üçün mühüm investisiyadır.

--- Xose Manuel Barroso,
Avropa Komissiyasının Prezidenti

 
   

LİNKLƏR