XƏBƏRLƏR
| “Qaradağ Sement” ASC və Junior Achievement Azərbaycan təşkilatı Sahil və Ümid qəsəbələrində “İdarəetmə və İqtisadiyyat” üzrə yarış keçirirlər |
![]() |
| Dərc olunub: Oct 20 2011 |
| XƏBƏRLƏR >> |
21 Oktyabr, 2011-ci il – 319 saylı orta məktəb, saat 10.30: “Qaradağ Sement” ASC və Junior Achievement Azərbaycan təşkilatı Sahil və Ümid qəsəbələrinin 6 məktəbinin iştirakilə “İdarəetmə və İqtisadiyyat” üzrə yarış keçirəcəklər. Yarış, Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə strateji əməkdaşlıq çərçivəsində “Qaradağ Sement” ASC və Junior Achievement Azərbaycan təşkilatı tərəfindən həyata keçirilən “Məktəblərdə Biznesin Tədrisi Proqramı”nın tərkib hissəsidir.
Yarış zamanı iştirakçılar modelləşdirilmiş virtual şirkətin baş icraçı meneceri kimi çıxış edərək, məhsulun qiymətini və istehsalın həcmini təyin edib, marketinq xərcləri, kapital qoyuluşu və elmi-tədqiqat işlərinə yönəldilən vəsaitlər üzrə qərarlar qəbul edəcəklər. Qəbul edilən qərarlar komandanın uğuru yaxud itkisi ilə nəticələnə bilər. Tədbir qalib komandaların mükafatlandırma mərasimi ilə başa çatacaq.
2010-cu ilin oktyabr ayında başlanan proqramın vasitəsilə 940 yuxarı sinif şagirdi iqtisadiyyat və biznes sahəsində tədris alır. Proqramda Sahil qəsəbəsindən 253, 273, 228, 319 saylı orta məktəb və 9 saylı xüsusi internat məktəb, Ümid qəsəbəsindən 294 saylı məktəb iştirak edir. Proqramın gedişatında Junior Achievement Azərbaycan tərəfindən 6 müəllim sahibkarlığın əsasları, maliyyə savadı və iqtisadiyyat fənninin tədrisi üzrə təlim alıb, məktəblilər yeni metodologiyanın istifadəsilə biznes yarışı və sahibkarlıq üzrə təlimlərdə iştirak ediblər.
Geri- Xəbərlər arxivi 2009
- Xəbərlər arxivi 2008
- Xəbərlər arxivi 2007
- Xəbərlər arxivi 2006
- Xəbərlər arxivi 2005 |