AZ | EN
   
    SPONSORLAR  
    SEÇƏNƏKLƏR  
    QARŞIDAN GƏLƏN TƏDBİRLƏR
 
 


Yanvar 2010
İşdə bacarıqlar proqramının milli yarışı
Əlaqələndirici Şəxs:  
Könül Hüseynova

Yanvar-İyun 2010
Universitetlərə Hazırlıq Kursları
Əlaqələndirici Şəxs:  
Seymur Hacıyev

Oktyabr 2009 – Fevral 2010
Milli İdarəetmə və İqtisadiyyat Yarışı.
Əlaqələndirici Şəxs:  
Seymur Hacıyev

Fevral 2010
Milli İdarəetmə və İqtisadiyyat Yarışının Finalı
Əlaqələndirici Şəxs:  
Seymur Hacıyev

Noyabr 2009 – Aprel 2010
Məktəbli Şirkətlər Proqramı.
Əlaqələndirici Şəxs:  
Seymur Hacıyev

Mart 2010
Biznes Etika – Milli İnşa Yarışı
Əlaqələndirici Şəxs:  
Könül Hüseynova

Mart 2010
Mobil Telekommunikasiya Biznes təlimi
Əlaqələndirici Şəxs:  
Rəşad Xanlarov

Aprel 2010
Mobil Telekommunikasiya Biznesi - İşə Hazırlıq Proqramı
Əlaqələndirici Şəxs:  
Rəşad Xanlarov

May 2010
Məktəblilərin İllik Biznes Günü
Əlaqələndirici Şəxs:  
Seymur Hacıyev

May 2010
Biznes Etika Elektron Ünvanının Yerləşdirilməsi
Əlaqələndirici Şəxs:  
Urfan Şərifov

 
    ABUNƏÇİ OL
 
   
 
    BİZİMLƏ ƏLAQƏ  
 
Cəfər Cabbarlı küç., 40
"Caspian Business Center",
7-ci mərtəbə
Bakı - AZ1065, Azərbaycan
Tel/Faks: (994 12) 436 76 48
Mobil: (994 55) 301 05 05
İnternet ünvanı: www.jaazerbaijan.org
 

2007


Lider müəllimlərin konfransı Azərbaycanın biznes təlimçiləri üçün yeni imkanlar yaradır
Dərc olunub: Apr 10 2008
2007 >>

 2007-ci ilin 30 noyabr-1 dekabr tarixində Bakıda keçirilən “Lider müəllimlərin konfransı“ 100-ə yaxın iqtisadiyyat müəllimi və işgüzar icmanın nümayəndələrini bir araya toplamışdır. “Məktəblərə iqtisadiyyatın tədrisi” (AMİT) proqramı çərçivəsində təşkil edilən konfrans, Project Harmony və JA Azərbaycan tərəfindən gerçəkləşmişdir.

İlk olaraq 2003-cü ildə təşkil olunan və hər iki ildən bir keçirilən konfrans, orta və peşə məktəb müəllimlərini iqtisadiyyatın tədrisinə kömək edəcək yeni strategiya və üsullarla tanış edir. ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi və JAA Direktorlar şurasının üzvləri, biznes və elmi icmanın iştirakı ilə keçirilən 2007-ci ilin konfransı, iqtisadi tədris, Azərbaycan və ABŞ məktəbləri arasında əlaqələrin inkişafı, şagirdlərin karyera üzrə istiqamətləndirməsi və təhsildə internet vasitələrindən istifadə üzrə sessiyalar daxil edirdi.

 JA Azərbaycan İcraçı Direktoru Vüsal Xanlarov açılış nitqində AMİT proqramının vəzifələrinə toxunaraq, proqramın ölkənin ucqar bölgələrinə genişlənməsinin zəruriliyini bildirmişdir. Tədbirdə çıxış edən USAİD-in Azərbaycan üzrə Koordinatoru cənab Skot Teylor AMİT-in rolunu nəinki şagirdlərin tədrisində, həm də müəllimlərin savadının təkmilləşdirilməsində qeyd etmişdir. Cənab Teylorun sözü ilə “AMİT proqramı Azərbaycanda təlimçilər təbəqəsinin inkişafı üçün yeni imkanlar yaradır. Konfrans müəllimlərə öz uğurlarıla bölüşmək və problemləri birlikdə həll etmək imkanı verir”.

Konfransın xüsusi qonağı – USAİD-in İqtisadiyyat üzrə baş məsləhətçisi, Kaliforniya universitetinin Nobel laureatı professor Arnold Harberqer iqtisadiyyatda dövlətin siyasəti barədə söz açmışdır. “Güclü iqtisadiyyata nail olmaq ölkə üçün uzunmüddətli prosesdir. İqtisadiyyat insan və kapital ehtiyatları tərəfindən yaranın və ölkənin imkanlarını artırmaq üçün yatırımın iqtisadi tədrisə yönəldilməsi zəruridir”, cənab Harberqer bildirmişdir. 

BP şirkətinin nümayəndəsi cənab Ceyhun Kərəmov sosial məsuliyyət məsələlərinin mühümlüyünü qeyd edərək, ölkədə həyata keçirilən ictimai fəaliyyətlərə, o cümlədən təhsil, icmanın inkişafı və ətraf mühitin qorunmasına dair BP şirkətinin dəstəyini təqdim etmişdir. Təqdimat zamanı cənab Kərəmov Azərbaycanın inkişafında AMİT və ona oxşar proqramların əhəmiyyətini xüsusilə vurğulamışdır.

 AMİT proqramının təlimçiləri “Lider müəllimlərin konfransı”nda xüsusi yer tuturdular. Aparıcı AMİT müəllimləri, proqram heyəti və Norveçin Qaçqınlar Şurasının dəyərləndirmə üzrə mütəxəssisi Bəyaz Zeynalova ilə birlikdə beynəlxalq əməkdaşlıq, onlayn iqtisadi layihələrin yaradılması, tədrisdə interaktiv üsulların tətbiqi, şagirdlərin gələcək karyeralarına hazırlanması və proqramın dəyərləndirməsində əldə etdikləri uğurlarla bölüşür, ideyalar irəli sürür və yeni təcrübə təqdim edirdilər. “Konfransda təqdim edilən metodlar, müəllimlərə gəncləri Azərbaycanın iqtisadi və biznes həyatına hazırlamaq üçün olduqca kömək edəcəkdir”, Əli Bayramlı şəhəri, 10 saylı məktəbin iqtisadiyyat müəllimi Sadiq Səmədov təəssüratları ilə bölüşür.  

Konfransın birinci gününün sonunda AMİT proqramında ən yüksək nəticəyə nail olan 9 müəllim dəyərli mükafatla təltif edilmişdir. Həmçinin, HP qlobal biznes yarışında birinci yer tutan, Dövlət Neft Akademiyasından AMİT məzun komandasına xüsusi mükafat təqdim edilmişdir.

Növbəti gün ərzində iştirakçılar beşillik təcrübələrinə nəzər yetirib, müəllimlər arasında əlaqələri daha da gücləndirmək və AMİT proqramının davamını təmin etmək yollarını nəzərdən keçirirdilər. Bunların arasında müəllimlər üçün onlayn forumun və ya xəbər xəttinin yaradılması, “İqtisadiyyat müəllimlərin assosiasiyası”nın yaradılmasının adı çəkilmişdir, hansı ki, ölkə iqtisadiyyatının inkişafına öz töhfəsini verəcəkdir. 

.

Konfrans haqqında mətbuatda dərc olunan məqalələr:

Ayna

http://www.ayna.az/rubric.php?id=27330&dd=1&mo=12&yr=2007

Interfax

http://www.interfax.az/az/index.php?option=com_content&task=view&id=12652&Itemid=38

http://www.interfax.az/az/index.php?option=com_content&task=view&id=12677&Itemid=36

Olaylar

http://olaylar.az/index.php?newsid=1196341555

APA

http://economics.apa.az/news.php?id=60907

Novosti Azerbaijana

http://www.newsazerbaijan.ru/tech/20071130/42042799.html

AzerXeber

http://www.azerxeber.com/xeber/lider-muellimlerin-konfransi-1105324.html 

.

525ci

http://www.525.az/new/2007/11/09/online=13860

.

Azadinform

http://www.azadinform.az/index.php?dn=news&re=print&id=7457


Tədbirin fotoşəkillərini Qalereyada baxa bilərsiniz

Geri

Xəbərlər arxivi 2008

Xəbərlər arxivi 2007

Xəbərlər arxivi 2006

Xəbərlər arxivi 2005

   

BİZİM HAQDA

 
 
Həyatın iqtisadiyyatını anlamaq üçün, Junior Achievement praktiki təcrübədən istifadə edərək gənclərə kömək edir. Biznes şirkətləri və təlimçilərlə əməkdaşlıqda, Junior Achievement məktəbliləri həqiqi dünya ilə tanış edir, öz daxili potensiallarına nəzər yetirməyə imkan yaradır. Junior Achievement metodları özündə proqram materialı, treninq və dəstəkləyici üsulları birləşdirir. Junior Achievement təhsil və biznes arasındakı müvəffəqiyyətli körpüdür.
 
   

JAA FƏALİYYƏTİNİ DƏSTƏKLƏ

 
   
   

BİZƏ QOŞUL

 
 
2009 cu ilin JAA Könüllülər Təqviminə nəzər yetirin
Könüllü biznes mentoru kimi üzv olun:
Sinifdə dərs aparın, təcrübə təşkil edin və ya şagirdə öz biznesini qurmaqda yardımçı olun.
 
    BİZİM UĞURLARIMIZ
 
 
  Biznes nümayəndələrinin təcrübəsi gəncləri sahibkarlıq fəaliyyətinə ruhlandırır
 
 
  JAA düzgün kredit seçimində istehlakçılara kömək edir
 
 
  JAA təcrübəsi bölgə icmalarının biznes savadını təkmilləşdirir
 
 
  Baker McKenzie JA Azərbaycan məzunlarını işə götürüb
 
 
  JA İqtisadiyyat müəllimi Azərbaycan Respublikası Prezidentinin “Ən yaxşı müəllim” mükafatına layiq görülüb
 
 
  Ümumdünya JA Təşkilatı Birləşmiş Millətlər Təşkilatı tərəfindən xüsusi statusa layiq görüldü
 
 
  40 COMEEP iştirakçısı Nikoyl Bankdan aqrobiznesin inkişafına ayrılan kredit əldə edib
 
 
  JA təşkilatı, ABŞ Prezidentinin maliyyə məsələləri üzrə Məşvərətçi Şurasında təmsil olunub
 
 
  Azərbaycan komandası beynəlxalq biznes yarışında qalib gəlib
 
 
  Şagirdlər peşəkar biznes təcrübəsi əldə edirlər
 
 
  Yeni "Tətbiqi İqtisadiyyat" dərsliyini təqdim edirik
 
 
  İİT təcrübəsi və treninqləri bölgə bizneslərində tətbiq olunur
 
 
   

SİTAT

 
 
Junior Achievement müəllim və məktəbləri konkret proqramlarla təmin edir və şagirdlərə nəzəriyyənin praktikaya keçmə yolunu, sahibkarlığın nə olduğunu anlamağa imkan verir. Bu yolla şagirdlər özlərinə inam və motivasiya əldə edirlər, daha fəal olurlar və komanda daxilində işləməyi öyrənirlər. Bu isə, Avropanın gələcəyi üçün mühüm investisiyadır.

--- Xose Manuel Barroso,
Avropa Komissiyasının Prezidenti

 
   

LİNKLƏR