XƏBƏRLƏR
| Mərkəzi Bank və Junior Achievement Azərbaycan təşkilatı tələbələrin maliyyə savadının artırılmasına dair növbəti treninqlərə başlayır |
![]() |
| Dərc olunub: Dec 14 2011 |
| XƏBƏRLƏR >> |
Azərbaycan Respublikasının Mərkəzi Bankı və Junior Achievement Azərbaycan təşkilatı ölkə məktəblərində iqtisadiyyatın tədrisi proqramı çərçivəsində “Banklar fəaliyyətdə” adlı layihəsini uğurla davam etdirir. “Bankçılığın əsasları və Mərkəzi Bankın bank sistemində rolu” mövzusunda olan treninqlər Mərkəzi Bankın Tədqiqatlar və İnkişaf Mərkəzində (TİM) 2011-ci ilin dekabrın 12-dən 16-dək keçiriləcəkdir.
Mərkəzi Bankın Kommunikasiya departamenti, TİM və JAA-in təşkilatçılığı ilə keçirilən bu treninqlərin məqsədi ali məktəb tələbələrinin bank sahəsi üzrə biliklərinin artırılmasıdır. Treninqlərdə Azərbaycan Dövlət İqtisad Universiteti, eləcə də, Bakı Dövlət və Qafqaz Universitetlərinin iqtisadiyyat fakültələrinin müsabiqə yolu ilə seçilmiş 25 tələbəsi iştirak edir.
Mərkəzi Bankın mütəxəssisləri tərəfindən keçirilən 5 günlük treninqlərdə tələbələrə mərkəzi bankçılıq, bank sisteminin strukturu, bankların iqtisadiyyatda rolu, bank tənzimlənməsi və s. məsələlər haqqında ətraflı məlumatlar veriləcəkdir. Qeyd edək ki, “Banklar Fəaliyyətdə” adlı layihə Azərbaycan Məktəblərində İqtisadiyyatın Tədrisi Proqramı çərçivəsində keçirilir və hazırki təlim bu çərçivədə həyata keçirilən artıq 3-cü tədbirdir. Treninq proqramının sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq.
Press coverage:
Geri- Xəbərlər arxivi 2009
- Xəbərlər arxivi 2008
- Xəbərlər arxivi 2007
- Xəbərlər arxivi 2006
- Xəbərlər arxivi 2005 |