PRESS RELİZ
| Peşə təhsili məktəblərindən yüz şagird Skills@Work Milli Finalında yarışacaq |
![]() |
| Dərc olunub: Apr 04 2009 |
| Press Reliz >> |
Milli Finala xoş gəlmişsiniz!
Junior Achievement Azərbaycan təşkilatı British Council ilə birlikdə Skills@Work Challenge yarışının milli finalını Grand Hotel Europe mehmanxanasında keçirəcək.
Tədbir saat 10.00-da, Bakı zalında başlayır və irəli sürülmüş biznes probleminə ən yaxşı həlli təklif etmək üçün bir-biri ilə yarışacaq 100 şagirdlə təmsil olunan 11 peşə-texniki məktəbini bir araya gətirir. Bütün media nümayəndələri tədbirdə iştirak etməyə dəvət olunur.
Skills@Work bütün Cənub-Şərqi Avropa ərazisi və Böyük Britaniyada peşə təhsili və təlimi sektorunda beynəlmiləlçiliyi dəstəkləyən, on səkkiz ölkəni əhatə edən bir layihədir. “Skills@Work vasitəsi ilə nail olmaq istədiyimiz peşə bacarıqlarının inkişafına işəgötürənləri cəlb edərək, sənayenin ehtiyacları ilə təhsil və təlimin vəziyyətini uyğunlaşdırmaqla uzun müddət mövcud olan sistem çətinliklərini aradan qaldırmaqdır”, British Council-ın Azərbaycan üzrə direktoru xanım Nikol lə Os de Lalüvye deyir.
British Council və JA Young Enterprise tərəfindən birgə təşəbbüs kimi həyata keçirilən Skills@Work Challenge gəncləri öz bacarıqlarından işgüzar və innovativ formada istifadə etməyə həvəsləndirməklə, son nəticədə onların işə düzəlmək imkanlarını və sahibkarlıq qabiliyyətlərini artıracaq milli və beynəlxalq yarışdır. Builki yarış eyni zamanda Cənub-Şərqi Avropanın doqquz ölkəsi və Britaniyada keçirilir.
JA Azərbaycan təşkilatının İcraçı direktoru Vüsal Xanlarov qeyd edir ki, Azərbaycanda yarış 2008-ci ilini oktyabrından başlanmış, seçimlərdə Bakı, Sumqayıt, Gəncə, Quba, Mingəçevir və Lənkərandan olan 300-dən çox şagirdin sahibkarlıq və komandada işləmə bacarıqları sınaqdan keçirilmişdir. Finala vəsiqə almış 20 komanda bu mərhələdə biznes ideyalarını işləyib hazırlayacaq və öz həllərini münsiflərə təqdim edəcək. Biznes nümayəndələrindən ibarət münsiflər heyəti təklif olunan ideyaları həyata keçirilə bilmə dərəcəsi, yeniliyi və komandanın təqdimat bacarığına əsaslanaraq qiymətləndirəcək. Qalib komanda 12 mart 2009-cu il tarixində Bolqarıstan, Sofiyada keçiriləcək regional Skills@Work Challenge yarışında iştirak etmək imkanı əldə edəcək.
Junior Achievement Azərbaycan və British Council Skills@Work Challenge yarışının Azərbaycanda keçirilməsinə sponsor yardımı etdiyinə görə Microsoft şirkətinə minnətdarlıq bildirirlər.
Geri |