AZ | EN
   
    SPONSORLAR  
    SEÇƏNƏKLƏR  
    QARŞIDAN GƏLƏN TƏDBİRLƏR
 
 

Fevral - İyun 2012
JA İqtisadiyyat dərsləri
Əlaqələndirici Şəxs:

Seymur Hacıyev

Fevral - Oktyabr 2012
İMTB – Tələbələrin seçimi
Əlaqələndirici Şəxs:

Seymur Hacıyev

Fevral - Oktyabr 2012
JA Müvəffəqiyyət Bacarıqları, yuxarı sinif şagirdləri üçün işə hazırlıq təlimi
Əlaqələndirici Şəxs:

Nilüfər Dəmirzadə

Fevral - Oktyabr 2012
JA Biznes Etika, yuxarı sinif şagirdləri üçün işə hazırlıq təlimi
Əlaqələndirici Şəxs:

Könül Hüseynova

Fevral - Oktyabr 2012
JAA-Saipem "İşə Hazırlıq" Layihəsi – Tələbələrin seçimi
Əlaqələndirici Şəxs:

Nilüfər Dəmirzadə

 
    ABUNƏÇİ OL
 
   
 
    BİZİMLƏ ƏLAQƏ  
 
Cəfər Cabbarlı küç., 44
"Caspian Plaza 1", 7-ci mərtəbə
Bakı - AZ1065, Azərbaycan
Tel/Faks: (994 12) 436 76 48
Mobil: (994 55) 301 05 05
İnternet ünvanı: www.jaazerbaijan.org Əlaqələndirici Şəxs:
Könül Hüseynova
 
PRESS RELİZ
Peşə təhsili məktəblərindən yüz şagird Skills@Work Milli Finalında yarışacaq
Dərc olunub: Jan 30 2010
Press Reliz >>

27-28 yanvar 2010-cu il tarixlərində Junior Achievement Azərbaycan təşkilatı British Council, Azercell Telekom MMC və Microsoft Azərbaycan şirkəti ilə birlikdə Skills@Work Challenge-2010 yarışının milli finalını Grand Hotel Europe mehmanxanasında keçirəcəkdir.

Açılış tədbiri 28 yanvar saat 10.00-da, Grand Hotel Europe-un Bakı zalında başlayır və irəli sürülmüş biznes probleminə ən yaxşı həlli təklif etmək üçün bir-biri ilə yarışacaq 7 peşə-texniki məktəbindən 100 şagirdi bir araya gətirir.

Skills@Work (skilz-ət-vörk – İş üçün bacarıqlar) bütün Cənub-Şərqi Avropa ərazisi və Böyük Britaniyada peşə təhsili və təlimi sektorunda beynəlmiləlçiliyi dəstəkləyən, on səkkiz ölkəni əhatə edən bir layihədir. “Skills@Work vasitəsi ilə nail olmaq istədiyimiz peşə bacarıqlarının inkişafına işəgötürənləri cəlb edərək, sənayenin ehtiyacları ilə təhsil və təlimin vəziyyətini uyğunlaşdırmaqla mövcud çətinlikləri aradan qaldırmaqdır”, Skills@Work layihəsinin meneceri Natiq Hacıyev deyir.

British Council və JA Young Enterprise tərəfindən birgə təşəbbüs kimi həyata keçirilən Skills@Work Challenge gəncləri öz bacarıqlarından işgüzar və innovativ formada istifadə etməyə həvəsləndirməklə, son nəticədə onların işə düzəlmək imkanlarını və sahibkarlıq qabiliyyətlərini artıracaq milli və beynəlxalq yarışdır. Builki yarış eyni zamanda Cənub-Şərqi Avropanın bir çox ölkəsi və Britaniyada keçirilir.

JA Azərbaycan təşkilatının İcraçı direktoru Vüsal Xanlarov qeyd edir ki, Azərbaycanda yarışa hazırlıq 2009-cu ilin oktyabrından başlanmış, seçimlərdə Bakı və Qubadan olan 240 gənc şagirdin sahibkarlıq və komandada işləmə bacarıqları sınaqdan keçirilmişdir. Finala vəsiqə almış 20 komanda bu mərhələdə biznes ideyalarını işləyib hazırlayacaq və öz həllərini münsiflərə təqdim edəcək. Biznes nümayəndələrindən ibarət münsiflər heyəti təklif olunan ideyaları həyata keçirilə bilmə dərəcəsi, yeniliyi və komandanın təqdimat bacarığına əsaslanaraq qiymətləndirəcək. Qalib komanda 21-25 aprel 2010-cu il tarixində Belqrad, Serbiyada keçiriləcək regional Skills@Work Challenge yarışında iştirak etmək imkanı əldə edəcəkdir.

Junior Achievement Azərbaycan və British Council Azərbaycanda Skills@Work Challenge yarışının keçirilməsində əsas partnyor dəstəyinə görə Azercell Telekom MMC şirkətinə və partnyor Microsoft şirkətinə minnətdarlığını bildirirlər.

Geri
   

BİZİM HAQDA

 
 
Həyatın iqtisadiyyatını anlamaq üçün, Junior Achievement praktiki təcrübədən istifadə edərək gənclərə kömək edir. Biznes şirkətləri və təlimçilərlə əməkdaşlıqda, Junior Achievement məktəbliləri həqiqi dünya ilə tanış edir, öz daxili potensiallarına nəzər yetirməyə imkan yaradır. Junior Achievement metodları özündə proqram materialı, treninq və dəstəkləyici üsulları birləşdirir. Junior Achievement təhsil və biznes arasındakı müvəffəqiyyətli körpüdür.
 
   

JAA FƏALİYYƏTİNİ DƏSTƏKLƏ

 
   
   

BİZƏ QOŞUL

 
 
2009 cu ilin JAA Könüllülər Təqviminə nəzər yetirin
Könüllü biznes mentoru kimi üzv olun:
Sinifdə dərs aparın, təcrübə təşkil edin və ya şagirdə öz biznesini qurmaqda yardımçı olun.
 
    BİZİM UĞURLARIMIZ
 
 
  Biznes nümayəndələrinin təcrübəsi gəncləri sahibkarlıq fəaliyyətinə ruhlandırır
 
 
  JAA düzgün kredit seçimində istehlakçılara kömək edir
 
 
  JAA təcrübəsi bölgə icmalarının biznes savadını təkmilləşdirir
 
 
  Baker McKenzie JA Azərbaycan məzunlarını işə götürüb
 
 
  JA İqtisadiyyat müəllimi Azərbaycan Respublikası Prezidentinin “Ən yaxşı müəllim” mükafatına layiq görülüb
 
 
  Ümumdünya JA Təşkilatı Birləşmiş Millətlər Təşkilatı tərəfindən xüsusi statusa layiq görüldü
 
 
  40 COMEEP iştirakçısı Nikoyl Bankdan aqrobiznesin inkişafına ayrılan kredit əldə edib
 
 
  JA təşkilatı, ABŞ Prezidentinin maliyyə məsələləri üzrə Məşvərətçi Şurasında təmsil olunub
 
 
  Azərbaycan komandası beynəlxalq biznes yarışında qalib gəlib
 
 
  Şagirdlər peşəkar biznes təcrübəsi əldə edirlər
 
 
  Yeni "Tətbiqi İqtisadiyyat" dərsliyini təqdim edirik
 
 
  İİT təcrübəsi və treninqləri bölgə bizneslərində tətbiq olunur
 
 
   

SİTAT

 
 
Junior Achievement müəllim və məktəbləri konkret proqramlarla təmin edir və şagirdlərə nəzəriyyənin praktikaya keçmə yolunu, sahibkarlığın nə olduğunu anlamağa imkan verir. Bu yolla şagirdlər özlərinə inam və motivasiya əldə edirlər, daha fəal olurlar və komanda daxilində işləməyi öyrənirlər. Bu isə, Avropanın gələcəyi üçün mühüm investisiyadır.

--- Xose Manuel Barroso,
Avropa Komissiyasının Prezidenti

 
   

LİNKLƏR