AZ | EN
   
    SPONSORLAR  
    SEÇƏNƏKLƏR  
    QARŞIDAN GƏLƏN TƏDBİRLƏR
 
 

Fevral - İyun 2012
JA İqtisadiyyat dərsləri
Əlaqələndirici Şəxs:

Seymur Hacıyev

Aprel 2012
İdarəetmə və İqtisadiyyat Üzrə Milli Yarış - Final
Əlaqələndirici Şəxs:

Seymur Hacıyev

Aprel - May 2012
MDƏP - Tələbələrin seçimi
Əlaqələndirici Şəxs:

Seymur Hacıyev

Aprel 2012
Banklar fəaliyyətdə - Tələbələrin təlimi
Əlaqələndirici Şəxs:

Seymur Hacıyev

Aprel - İyun 2012
JAA-Saipem "İşə Hazırlıq" Layihəsi - Praktika proqramı
Əlaqələndirici Şəxs:

Nilüfər Dəmirzadə

 
    ABUNƏÇİ OL
 
   
 
    BİZİMLƏ ƏLAQƏ  
 
Cəfər Cabbarlı küç., 44
"Caspian Plaza 1", 7-ci mərtəbə
Bakı - AZ1065, Azərbaycan
Tel/Faks: (994 12) 436 76 48
Mobil: (994 55) 301 05 05
İnternet ünvanı: www.jaazerbaijan.org Əlaqələndirici Şəxs:
Könül Hüseynova
E-poçt: info@jaazerbaijan.org
 
XƏBƏRLƏR
Sahil və Ümid məktəblərində “İdarəetmə və İqtisadiyyat” üzrə yarış keçirildi
Dərc olunub: Nov 03 2011
XƏBƏRLƏR >>

Oktyabr, 2011-ci il – “Qaradağ Sement” ASC və Junior Achievement Azərbaycan təşkilatı Sahil və Ümid qəsəbələrinin 5 məktəbinin iştirakilə “İdarəetmə və İqtisadiyyat” üzrə yarış keçirdilər. Yarış, Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə strateji əməkdaşlıq çərçivəsində “Qaradağ Sement” ASC və Junior Achievement Azərbaycan təşkilatı tərəfindən həyata keçirilən “Məktəblərdə Biznesin Tədrisi Proqramı”nın tərkibində reallaşır.

Qaradağ rayonunun 273, 294, 228, 319 və 9 saylı xüsusi internat məktəbini təmsil edən 10 komanda iki qrup daxilində mübarizə aparırdı. Yarış zamanı iştirakçılar modelləşdirilmiş virtual şirkətin baş icraçı meneceri kimi çıxış edərək, məhsulun qiymətini və istehsalın həcmini təyin edir, marketinq xərcləri, kapital qoyuluşu və elmi-tədqiqat işlərinə yönəldilən vəsaitlər üzrə qərarlar qəbul edirdilər. Qəbul edilən qərarlar komandanın uğuru yaxud itkisi ilə nəticələnirdi.
 

Altı dövrdən ibarət yarışın nəticəsində 319 və 228 saylı məktəbləri təmsil edən iki komanda hər qrup üzrə qalib elan edildi. Bütün iştirakçı şagirdlər və qalib komandalar “Qaradağ Sement” ASC-i tərəfindən mükafatlar qazandı.

“JA Titan” yarışı məktəblilərin liderlilik və məntiqi düşüncə qabiliyyətlərinin inkişafı üçün gözəl bir vasitədir. Yarışda iştirak etdiyimə çox sevinirəm və Junior Achievement təşkilatına komanda daxilində işləmək və biliklərimizi sınamaq üçün verilən bu imkana görə təşəkkürümü bildirirəm”, - 319 saylı məktəbin şagirdi Arzu Qurbanova deyir. “Sahibkarlıq və rəqabət bacarığından savayı, “JA Titan” proqramı məktəblilərin intellektual səviyyəsini artırır və düşünülmüş, əsaslı qərarlar verməyə kömək edir”, - deyərək 228 saylı məktəbin 10-cu sinif şagirdi Aysel Mirzəzadə öz təəssüratlarıyla bölüşür. 
  

2010-cu ilin oktyabr ayında başlanan proqramın vasitəsilə 940 yuxarı sinif şagirdi iqtisadiyyat və biznes sahəsində tədrisini davam etdirir. Proqramda Sahil qəsəbəsindən 253, 273, 228, 319 saylı orta məktəb və 9 saylı xüsusi internat məktəb, Ümid qəsəbəsindən 294 saylı məktəb iştirak edir. Proqramın gedişatında Junior Achievement Azərbaycan təşkilatı tərəfindən 6 müəllim sahibkarlığın əsasları, maliyyə savadı və iqtisadiyyat fənninin tədrisi üzrə təlim alıb, məktəblilər yeni metodologiyanın istifadəsilə biznes yarışı və sahibkarlıq üzrə təlimlərdə iştirak ediblər.

Garadagh
1News

Mediaforum
Navigator.az
ICT news
Today.az
Rambler
Rambler
Azerbaijan Business Center
123.az

 

Geri

Xəbərlər arxivi 2009

Xəbərlər arxivi 2008

Xəbərlər arxivi 2007

Xəbərlər arxivi 2006

Xəbərlər arxivi 2005

   

BİZİM HAQDA

 
 
Həyatın iqtisadiyyatını anlamaq üçün, Junior Achievement praktiki təcrübədən istifadə edərək gənclərə kömək edir. Biznes şirkətləri və təlimçilərlə əməkdaşlıqda, Junior Achievement məktəbliləri həqiqi dünya ilə tanış edir, öz daxili potensiallarına nəzər yetirməyə imkan yaradır. Junior Achievement metodları özündə proqram materialı, treninq və dəstəkləyici üsulları birləşdirir. Junior Achievement təhsil və biznes arasındakı müvəffəqiyyətli körpüdür.
 
   

JAA FƏALİYYƏTİNİ DƏSTƏKLƏ

 
   
   

BİZƏ QOŞUL

 
 
2009 cu ilin JAA Könüllülər Təqviminə nəzər yetirin
Könüllü biznes mentoru kimi üzv olun:
Sinifdə dərs aparın, təcrübə təşkil edin və ya şagirdə öz biznesini qurmaqda yardımçı olun.
 
    BİZİM UĞURLARIMIZ
 
 
  Biznes nümayəndələrinin təcrübəsi gəncləri sahibkarlıq fəaliyyətinə ruhlandırır
 
 
  JAA düzgün kredit seçimində istehlakçılara kömək edir
 
 
  JAA təcrübəsi bölgə icmalarının biznes savadını təkmilləşdirir
 
 
  Baker McKenzie JA Azərbaycan məzunlarını işə götürüb
 
 
  JA İqtisadiyyat müəllimi Azərbaycan Respublikası Prezidentinin “Ən yaxşı müəllim” mükafatına layiq görülüb
 
 
  Ümumdünya JA Təşkilatı Birləşmiş Millətlər Təşkilatı tərəfindən xüsusi statusa layiq görüldü
 
 
  40 COMEEP iştirakçısı Nikoyl Bankdan aqrobiznesin inkişafına ayrılan kredit əldə edib
 
 
  JA təşkilatı, ABŞ Prezidentinin maliyyə məsələləri üzrə Məşvərətçi Şurasında təmsil olunub
 
 
  Azərbaycan komandası beynəlxalq biznes yarışında qalib gəlib
 
 
  Şagirdlər peşəkar biznes təcrübəsi əldə edirlər
 
 
  Yeni "Tətbiqi İqtisadiyyat" dərsliyini təqdim edirik
 
 
  İİT təcrübəsi və treninqləri bölgə bizneslərində tətbiq olunur
 
 
   

SİTAT

 
 
Junior Achievement müəllim və məktəbləri konkret proqramlarla təmin edir və şagirdlərə nəzəriyyənin praktikaya keçmə yolunu, sahibkarlığın nə olduğunu anlamağa imkan verir. Bu yolla şagirdlər özlərinə inam və motivasiya əldə edirlər, daha fəal olurlar və komanda daxilində işləməyi öyrənirlər. Bu isə, Avropanın gələcəyi üçün mühüm investisiyadır.

--- Xose Manuel Barroso,
Avropa Komissiyasının Prezidenti

 
   

LİNKLƏR

 
   
Copyright © 2005-2012. All Rights Reserved.