XƏBƏRLƏR
| Saipem Azərbaycan və Junior Achievement Azərbaycan təşkilatı JA “İşə Hazırlıq” Layihəsinə tələbə seçiminin başlanmasını elan edir |
![]() |
| Dərc olunub: Dec 16 2011 |
| XƏBƏRLƏR >> |
Junior Achievement Azərbaycan təşkilatı 2012-ci ilin JA “İşə Hazırlıq” Layihəsinin həyata keçirilməsinə başlayır. Bununla bağlı dekabr ayının 21-i, saat 13.30-da Azərbaycan Dövlət Neft Akademiyasında rəsmi mərasim keçiriləcəkdir. Tədbir, Neft Akademiyasının 462 saylı auditoriyasında təşkil olunacaqdır. İşə hazırlıq təlimi və karyera perspektivləri sahəsində təcrübi sessiyalardan ibarət olan layihə müxtəlif qrup tələbələrin ehtiyaclarını təmin edir. “Müvəffəqiyyət Bacarıqları” təlimi və “İşə Hazırlıq” praktiki proqramı təqdim edən layihə Dövlət Neft Akademiyasının 4-cü kurs bakalavr və 2-ci kurs magistratura tələbələri üçün nəzərdə tutulub. Layihəyə seçilən tələbələrə karyeranın qurulması və inkişafı üzrə təlim keçiriləcək, ən uğurlu iştirakçılar Saipem Azərbaycan şirkətində praktika keçmək imkanı əldə edəcəklər.
Geri- Xəbərlər arxivi 2009
- Xəbərlər arxivi 2008
- Xəbərlər arxivi 2007
- Xəbərlər arxivi 2006
- Xəbərlər arxivi 2005 |