AZ | EN
   
    SPONSORLAR  
    SEÇƏNƏKLƏR  
    QARŞIDAN GƏLƏN TƏDBİRLƏR
 
 

Fevral - İyun 2012
JA İqtisadiyyat dərsləri
Əlaqələndirici Şəxs:

Seymur Hacıyev

Fevral - Oktyabr 2012
İMTB – Tələbələrin seçimi
Əlaqələndirici Şəxs:

Seymur Hacıyev

Fevral - Oktyabr 2012
JA Müvəffəqiyyət Bacarıqları, yuxarı sinif şagirdləri üçün işə hazırlıq təlimi
Əlaqələndirici Şəxs:

Nilüfər Dəmirzadə

Fevral - Oktyabr 2012
JA Biznes Etika, yuxarı sinif şagirdləri üçün işə hazırlıq təlimi
Əlaqələndirici Şəxs:

Könül Hüseynova

Fevral - Oktyabr 2012
JAA-Saipem "İşə Hazırlıq" Layihəsi – Tələbələrin seçimi
Əlaqələndirici Şəxs:

Nilüfər Dəmirzadə

 
    ABUNƏÇİ OL
 
   
 
    BİZİMLƏ ƏLAQƏ  
 
Cəfər Cabbarlı küç., 44
"Caspian Plaza 1", 7-ci mərtəbə
Bakı - AZ1065, Azərbaycan
Tel/Faks: (994 12) 436 76 48
Mobil: (994 55) 301 05 05
İnternet ünvanı: www.jaazerbaijan.org Əlaqələndirici Şəxs:
Könül Hüseynova
 

2006


Junior Achievement Azərbaycan icmalarda biznesə dair maarifləndirmə təlimlərini həyata keçirir

Junior Achievement Azərbaycan British Petroleum şirkətinin və tərəfdaş şirkətlərin maliyyələşdirdiyi İcmaların iqtisadi təhsili proqramının (COMEEP) 1-ci mərhələsinin icrasına başlamışdır. COMEEP-in məqsədi orta məktəb şagirdləri, universitet və texnikum tələbələri və məzunları, yeni yaranan biznes nümayəndələri və digər maraqlanan icma üzvləri üçün iqtisadi təlim təşkil etməklə biznes işçi qüvvəsini inkişaf etdirməkdən ibarətdir.COMEEP Yevlax, Kürdəmir, Ucar, Ağdaş, Samux və Ağstafa rayonlarından 9 icma mərkəzi seçəcəkdir. Bu icmalar vasitəsilə proqram 18 icma üzvü üçün Təlimçilərin Təlimi (TOT) və orta məktəb şagirdləri, universitet və texnikum tələbələri və məzunları, yeni yaranan biznes nümayəndələri və digər maraqlanan icma üzvləri...



Amerika və Azərbaycan gəncləri qloballaşdırılmış dünyada reklam işini öyrənir

Azərbaycan Əlaqələr və Mübadilə proqramının əməkdaşlığı ilə Məktəblərdə İqdisadiyyatın Tədrisi proqramı Amerika və Azərbaycandan – İndianadan West Noble High School, Floridadan Lake Mary High School, Sumqayıtdan 15 saylı Məktəb və İsmayıılıdan 1 saylı Məktəbin 131 şagirdini qlobal bazarda reklam işini öyrənmək məqsədilə “Qlobal reklam işi” layihəsində birləşdirdi. “Qlobal reklam işi” layihəsinin ilk mərhələsində iştirakçılara eyni məhsulları seçib onların qəzetdə, jurnalda, televiziyada, və İnternetdə reklamını nəzərdən keçirtmək və analiz edərək mədəni zövqdə fərqi və oxşarlığı anlamaq üçün beynəlxalq nümumələri ilə müqayisə etmək tapşırığı verildi. Amerikanlı şagirdlərdən birinin qeyd etdiyi kimi, “Bir çox reklamlar qlobal auditoriyaya yönəlib. Bir ferq var ki...



AMİT məktəblərinə 7000 “İqtisadiyyat” dərsliyi paylanıldı

2006-cı ilin yay və payız mövsümündə Junior Achievement Azərbaycan Bakı, Gəncə, Sumqayıt, İsmayıllı, Yevlax, Göyçay, Quba və Lənkəran səhərlərində AMİT proqramına yeni-qoşulmuş əlli məktəbinə 7000 “İqtisadiyyat” dərsliyi payladı. 10 və 11-ci siniflərdə iqtisadiyyat dərsində istifadə ediləcək tədris materialı Statoil Azərbaycan, Exxon Mobil Azərbaycan Əməliyyat Şirkəti, Chevron Azərbaycan və KCA Deutag Caspian şirkətlərinin maliyyə dəstəyilə Azərbaycan və rus dilində çap olunub. AMİT məktəblərində iqtisadiyyat fənninin keçməsi üçün JA “İqtisadiyyat” dərsliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən nümunəvi vasitə kimi təsdiq edilib. 2000-ci ildən etibarən 180 məktəbə JA Azərbaycan tərəfindən 25 mindən artıq dərslik...



AMİT şagirdləri Qazaxstanda “Qlobal biznes etika” konfransında iştirak etdilər

Oktyabrın 27-28-i tarixində Məktəblərdə İqtisadiyyatın Tədrisi proqramı çərçivəsində Azərbaycan şagirdlərı biznes etika, mədəniyyət arası münasibətləri və biznes idarəçiliyin mahiyyətini Orta Asiya və Cənubi Qafqaz ölkələrindən olan həmyaşıdları ilə müzakirə etdilər. Qazaxstanın Almatı şəhərində keçirilən “Qlobal biznes etika” (QBE) konfransında beynəlxalq inşa müsabiqəsində qalib gəlmiş iyirmi şagird və proqram administratorları iştirak edirdi.QBE proqramı ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən maliyyələşdirilir və Junior Achievement Azərbaycan təşkilatı tərəfindən həyata keçirilir. On iki həftəlik tədris kursu bütün məktəbliləri etik dilemmaları müzakirə etməyə dəvət edir. Sessiyanın sonunda Beynəlxalq İnşa Müsabiqəsi keçirilir və müsabiqənin qalibləri...



JA Azərbaycan 2005/06 tədris ili üçün AMİT proqramının nəticələrini yekunlaşdırdı

Oktyabrın 27-də, “Park İnn – Azərbaycan” mehmanxanasında Junior Achievement Azərbaycan təşkilatı Azərbaycan Məktəblərində İqtisadiyyatın Tədrisi (AMİT) proqramı tələbələrinin beynəlxalq müsabiqələrdə və iş təcrübəsi proqramında uğurlu iştiraklarına həsr olunmuş mətbuat konfransı keçirdi. 2003-ci ildən ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi və fərdi sponsorlar tərəfindən maliyyələşdirilən AMİT proqramı qabaqçıl təlim metodologiyası və praktiki təcrübə vasitəsilə ölkənin orta məktəblərində biznes və iqtisadiyyatı tədris edir.2006-cı ildə AMİT fəaliyyətinə yeddi bölgədən əlavə 50 məktəb qoşuldu və beləliklə, iqtisadiyyat və biznesin tədrisinə iyirmi bölgədən 180 məktəb cəlb olundu. Proqramın iqtisadiyyat, sahibkarlıq, biznesin idarəolunması və etika üzrə treninq...



Peşakar biznesmenlər AMİT şagirdlərinə sahibkarlıq dərsi keçirlər

Junior Achievement Azərbaycan 2006/2007-ci dərs ili üçün AMİT proqramı çərçivəsində “Məktəbli şirkətlər” layihəsini başladı. “Məktəbli şirkətlər” Azərbaycanın orta məktəb şagirdlərinə sahibkarlıq anlayışını çatdırır və yaratdıqları özəl şirkətin biznes planını yazmaqla nəzəri iqtisadi və sahibkarlıq biliklərini tətbiq etməyə kömək edir. Yerli biznes icmalarından könüllü məsləhətçilərin köməkliyi ilə “Məktəbli Şirkətlər” layihəsi şagirdlərə iqdisadiyyatın əsasları və biznes təhsili verir. Aktual biznes plan yaratmaqla şagirdlər təkcə biznesin necə həyata keçirildiyini öyrənmirlər, həmçinin onlar virtual olaraq şəxsi bizneslərini yaradır, səhmdar və ya şirkətin idarəetmə şurasının üzvü olmaqla biznes qərarlar qəbul edir, biznes planlar işləyib hazırlayır və maliyyə problemlərini həll edirlər...



JA Azərbaycan Direktorlar Şurası yeniləşdi

JA Azərbaycan təşkilatının Direktorlar Şurası fürsətdən istifadə edib, Şuranın keçmiş Sədri cənab Steyn Boqvalda, sədr müavini cənab Deyvid Çörçmana və şura üzvü cənab Nikolas Blauerə təşkilatın Azərbaycandakı fəaliyyətinə verdikləri əvəzsiz töhfəyə görə öz minnətdarlığını bildirir. Bu cənablar, Junior Achievement Azərbaycan təşkilatını hazırkı müvəffəqiyyətə gətirmək üçün öz vaxt və səylərini əsirgəməmişlər. JA Azərbaycan Direktorlar Şurasının və təşkilatın bütün işçiləri adından Deyvid Çörçmana, Steyn Boqvalda və Nikolas Blauerə uğurlar arzulayırıq.JAA, həmçinin, Direktorlar Şurasının yeni üzvlərini - Exxon Mobil-dən...



Junior Achievement təcrübəsi Azərbaycan məktəblilərini şəxsi biznesi yaratmağa ruhlandırır

Şahin Qəhrəmanzadə və Ayaz Əfəndiyev iş adamı olmaq qərarına gəlmişlər, lakin özlərinin etirafına görə, “uğurlu biznes adamı üçün hansı bilik və qabiliyyətlərin vacib olmasını bilmirdilər”. Hazırda onlar JAA proqramlarını bitirdikdən sonra Almaniya və Rusiyadan olan tərəfdaşları ilə birgə çox uğurlu “Nyustayl” (www.newstyle.ws) veb dizayn şirkətini idarə edirlər.JAA təşkilatının 2000-ci ildən fəaliyyət göstərdiyi Bakının 6 saylı məktəbinin məzunları Şahin və Ayaz, iqtisadiyyat fənnini 2004-cü ildə onuncu sinifdə oxuyarkən keçməyə başlamışlar. “Əvvəllər biz güman edirdik ki, biznes yalnız alış-veriş deməkdir, amma Junior Achievement layihələri bizə mürəkkəb işgüzar əlaqələrin tamamilə yeni bir dünyasını göstərdi”, - Şahin deyir. Hər iki şagird JA “İqtisadiyyat” fənninin gələcək sahibkar roluna hazırlaşmaq...



JAA şagirdləri təşkilatın tərəfdaş şirkətlərində iş təcrübəsinə yiyələnirlər

2006-cı ilin may-avqust ayları ərzində Junior Achievement (JAA) Azərbaycan təşkilatı “Peşə təcrübəsi proqramı” (PTP) vasitəsilə 9 ən uğurlu şagirdlərə təşkilatın əməkdaşlıq etdiyi şirkətlərdə həqiqi işgüzar mühitdə peşə təcrübəsi əldə etmək imkanı yaratmışdı. Hər il JA Azərbaycan təşkilatının “Məktəbli şirkətlər”, “MESE – İqtisadiyyat və menecment üzrə milli olimpiada” və “Qlobal Biznes etika” proqramlarında iştirak edən və qalib gələn 20 tələbə təşkilatın tərəfdaş şirkətlərində peşə təcrübəsi əldə etmək imkanı qazanır.Peşə təcrübəsi proqramı çərçivəsində hər tələbənin fəaliyyətinə təcrübə keçirilən şirkətin mütəxəssisi nəzarət edir. Proqram vasitəsilə iştirakçılar birgə işləməyi və iş üçün zəruri bilik və bacarıqları əldə edir, gündəlik iş zamanı qarşıya çıxan problemlərin həlli yollarını öyrənirlər. Bu təcrübə sayəsində iştirakçılar biznesdə uğur qazanmaq üçün tələb olunan yeni bilikləri öyrənir, müşahidə etdikləri fəaliyyətin şəxsi qiymətləndirməsini...



AMİT məktəbli komandası dünyanın ilk üç komandası sırasında

“Azərbaycan məktəblərində iqtisadiyyatın tədrisi” (AMİT) proqramı çərçivəsində Bakının Zəngi liseyinin məktəbli komandası Hewlett-Packard Global Business Challenge (HPGBC) beynəlxalq iqtisadi yarışında 68 ölkənin 1000 komandası arasında uğurla çıxış edərək, üçüncü yeri əldə etmişdi. Bu komanda 2006-cı il avqust ayının 14-18-də ABŞ-ın Kaliforniya ştatında yerləşən, Kupertino şəhərində keçirilən yarışın final mərhələsində Ukrayna, Rusiya, Estoniya, Kanada və Çindən olan səkkiz komanda ilə mübarizə aparmışdır.2000-ci ildən etibarən USAİD-in və fərdi sponsorların dəstəyilə Junior Achievement Azərbaycan təşkilatı hər il 150-dən artıq məktəblinin iqtisadi və biznes biliklərini sınamaq məqsədilə, onların HPGBC yarışında iştiraklarını təmin edir. Yarış Hewlett-Packard Korporasiyasının sponsorluğu ilə Junior Achievement Worldwide tərəfindən hər il təşkil olunur.



1-10 of 24 Next Page >>

Xəbərlər arxivi 2009

Xəbərlər arxivi 2008

Xəbərlər arxivi 2007

Xəbərlər arxivi 2006

Xəbərlər arxivi 2005

   

BİZİM HAQDA

 
 
Həyatın iqtisadiyyatını anlamaq üçün, Junior Achievement praktiki təcrübədən istifadə edərək gənclərə kömək edir. Biznes şirkətləri və təlimçilərlə əməkdaşlıqda, Junior Achievement məktəbliləri həqiqi dünya ilə tanış edir, öz daxili potensiallarına nəzər yetirməyə imkan yaradır. Junior Achievement metodları özündə proqram materialı, treninq və dəstəkləyici üsulları birləşdirir. Junior Achievement təhsil və biznes arasındakı müvəffəqiyyətli körpüdür.
 
   

JAA FƏALİYYƏTİNİ DƏSTƏKLƏ

 
   
   

BİZƏ QOŞUL

 
 
2009 cu ilin JAA Könüllülər Təqviminə nəzər yetirin
Könüllü biznes mentoru kimi üzv olun:
Sinifdə dərs aparın, təcrübə təşkil edin və ya şagirdə öz biznesini qurmaqda yardımçı olun.
 
    BİZİM UĞURLARIMIZ
 
 
  Biznes nümayəndələrinin təcrübəsi gəncləri sahibkarlıq fəaliyyətinə ruhlandırır
 
 
  JAA düzgün kredit seçimində istehlakçılara kömək edir
 
 
  JAA təcrübəsi bölgə icmalarının biznes savadını təkmilləşdirir
 
 
  Baker McKenzie JA Azərbaycan məzunlarını işə götürüb
 
 
  JA İqtisadiyyat müəllimi Azərbaycan Respublikası Prezidentinin “Ən yaxşı müəllim” mükafatına layiq görülüb
 
 
  Ümumdünya JA Təşkilatı Birləşmiş Millətlər Təşkilatı tərəfindən xüsusi statusa layiq görüldü
 
 
  40 COMEEP iştirakçısı Nikoyl Bankdan aqrobiznesin inkişafına ayrılan kredit əldə edib
 
 
  JA təşkilatı, ABŞ Prezidentinin maliyyə məsələləri üzrə Məşvərətçi Şurasında təmsil olunub
 
 
  Azərbaycan komandası beynəlxalq biznes yarışında qalib gəlib
 
 
  Şagirdlər peşəkar biznes təcrübəsi əldə edirlər
 
 
  Yeni "Tətbiqi İqtisadiyyat" dərsliyini təqdim edirik
 
 
  İİT təcrübəsi və treninqləri bölgə bizneslərində tətbiq olunur
 
 
   

SİTAT

 
 
Junior Achievement müəllim və məktəbləri konkret proqramlarla təmin edir və şagirdlərə nəzəriyyənin praktikaya keçmə yolunu, sahibkarlığın nə olduğunu anlamağa imkan verir. Bu yolla şagirdlər özlərinə inam və motivasiya əldə edirlər, daha fəal olurlar və komanda daxilində işləməyi öyrənirlər. Bu isə, Avropanın gələcəyi üçün mühüm investisiyadır.

--- Xose Manuel Barroso,
Avropa Komissiyasının Prezidenti

 
   

LİNKLƏR