Yanvar 2010 İşdə bacarıqlar proqramının milli yarışı
Əlaqələndirici Şəxs: Könül Hüseynova
Yanvar-İyun 2010 Universitetlərə Hazırlıq Kursları
Əlaqələndirici Şəxs: Seymur Hacıyev
Oktyabr 2009 – Fevral 2010 Milli İdarəetmə və İqtisadiyyat Yarışı.
Əlaqələndirici Şəxs: Seymur Hacıyev
Fevral 2010 Milli İdarəetmə və İqtisadiyyat Yarışının Finalı
Əlaqələndirici Şəxs: Seymur Hacıyev
Noyabr 2009 – Aprel 2010 Məktəbli Şirkətlər Proqramı.
Əlaqələndirici Şəxs: Seymur Hacıyev
Mart 2010 Biznes Etika – Milli İnşa Yarışı
Əlaqələndirici Şəxs: Könül Hüseynova
Mart 2010 Mobil Telekommunikasiya Biznes təlimi
Əlaqələndirici Şəxs: Rəşad Xanlarov
Aprel 2010 Mobil Telekommunikasiya Biznesi - İşə Hazırlıq Proqramı
Əlaqələndirici Şəxs: Rəşad Xanlarov
May 2010 Məktəblilərin İllik Biznes Günü
Əlaqələndirici Şəxs: Seymur Hacıyev
May 2010 Biznes Etika Elektron Ünvanının Yerləşdirilməsi
Əlaqələndirici Şəxs: Urfan Şərifov
ABUNƏÇİ OL
BİZİMLƏ ƏLAQƏ
Cəfər Cabbarlı küç., 40
"Caspian Business Center",
7-ci mərtəbə
Bakı - AZ1065, Azərbaycan
Tel/Faks: (994 12) 436 76 48
Mobil: (994 55) 301 05 05
İnternet ünvanı: www.jaazerbaijan.org
2007-ci ilin 30 noyabr-1 dekabr tarixində Bakıda keçirilən “Lider müəllimlərin konfransı“ 100-ə yaxın iqtisadiyyat müəllimi və işgüzar icmanın nümayəndələrini bir araya toplamışdır. “Məktəblərə iqtisadiyyatın tədrisi” (AMİT) proqramı çərçivəsində təşkil edilən konfrans, Project Harmony və JA Azərbaycan tərəfindən gerçəkləşmişdir. İlk olaraq 2003-cü ildə təşkil olunan və hər iki ildən bir keçirilən konfrans, orta və peşə məktəb müəllimlərini iqtisadiyyatın tədrisinə kömək edəcək yeni strategiya və üsullarla tanış edir. ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi və JAA Direktorlar şurasının üzvləri, biznes və elmi icmanın iştirakı ilə keçirilən 2007-ci ilin konfransı, iqtisadi tədris, Azərbaycan və ABŞ məktəbləri arasında əlaqələrin...
Yuxarı sinif şagirdlərinin biznes və iqtisadiyyat üzrə tədrisi məqsədilə JA Azərbaycan BP Azərbaycan şirkəti və onun Azəri-Çıraq-Günəşli, Bakı-Tiflis-Ceyhan, Şah-Dəniz və Cənubi Qafqaz neft kəməri layihələri üzrə tərəfdaş şirkətlərindən qrant əldə etmişdir. Qrant sayəsində JAA, Bakı Koridoru zonasına daxil olan orta məktəblərdə “Məktəblərdə biznesin və iqtisadiyyatın tədrisi” (MBİT) proqramını həyata keçirəcək. Proqram, yüksək səviyyəli təlim və mikro-kredit əldə etmək imkanı vasitəsilə sahibkarlığın inkişafına və yeni iş yerlərinin açılmasına kömək edən “İqtisadi imkanlar proqramı”nın (EcOP) tərkibində gerçəkləşir.EcOP-in məqsədi ölkədə həyata keçirilən mühüm layihələrin tərxisi yolu ilə icmalara kömək etməkdir...
“Məktəblərdə iqtisadiyyatın tədrisi”x proqramının Bakı məktəbinin müəllimi Nailə Əhmədova, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə iqtisadiyyat üzrə “Əməkdar Müəllim” adına layiq görülmüşdür. Bakının 132 saylı məktəbin müəllimi Nailə Əhmədova JA Azərbaycan təşkilatının fəaliyyətinə 2000-ci ildə qoşulmuşdur. Bir il sonra Nailə xanımın çalışdığı məktəb AMİT proqramına cəlb olunan ilk on məktəb sırasına seçilmişdir. 2002-ci ildə Nailə Əhmədova, JA Azərbaycan təşkilatından “Müəllimlərin təlimçisi” statusu alaraq, həmin ildən etibarən iqtisadiyyat, eləcə də AMİT proqramının həyata keçirilməsi üzrə 200-dən artıq müəllimə təlim keçmişdir.Nailə xanımın şagirdləri bir çox AMİT layihələrində iştirak etmişlər...
İyul ayının 16-dan başlayaraq “İcmaların iqtisadi təhsili” proqramı (COMEEP) müvəffəqiyyət qazanmış doqquz nəfər iştirakçısını karyera haqqında ilk mənbədən öyrənmək üçün Bakı, Gəncə və Yevlax şəhərlərində yerləşən iş yerlərinə aparmışdır. COMEEP 2006-cı ildə British Petroleum və tərəfdaş şirkətlərin dəstəyi ilə Junior Achievement Azerbaijan təşkilatı tərəfindən həyata keçirilməyə başlamışdır. Proqram Azərbaycanın 6 mərkəzi və qərb rayonunda yeni yaranan biznes nümayəndələri və icma üzvləri üçün qabaqcıl iqtisadi və biznes təlimlər təşkil edir.
2007-ci ilin sentyabrında JA Azərbaycan yeni “İqtisadiyyat” dərsliyi nəşr etdirdi. Təkmilləşdirilmiş dərslik “Məktəblərdə iqtisadiyyatın tədrisi” və “Məktəblərdə biznesin və iqtisadiyyatın tədrisi” proqramları üçün 2007-ci ildə seçilmiş məktəblərdə istifadə olunacaq. Dərsliyin yeniləşməsi ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən ayrılan qrant sayəsində mümkün olmuşdur. “İqtisadiyyat” kitabının nəşri və ölkənin on iki bölgəsində 65 orta məktəbə paylanılması USAİD, British Petroleum və tərəfdaş şirkətlər tərəfindən maliyyələşdirilmişdir. Ümumdünya Junior Achievement təşkilatının “İqtisadiyyat” dərsliyi əsasında işlənilmiş yeni tədris kursu Azərbaycanın və beynəlxalq iqtisadiyyatın hazırkı vəziyyətini əks etdirir,güclü elmi əsaslara arxalanır və fakultativ məşğələlər təqdim edir. Dərsliyin məzmunu çoxsaylı tarixi nümunələri daxil edir, müxtəlif iqtisadi nəzəriyyə və sistemləri şərh edir,iqtisadi siyasətlərə izahat verir və şagirdləri digər ölkələrin iqtisadi modellərilə...
2007-ci ildə “Məktəblərdə iqtisadiyyatın tədrisi” (AMİT) proqramına Bakı, Sumqayıt, Mingəçevir, Gəncə, Əli Bayramlı, Masallı, Kürdəmir, Naftalan, Şamaxı, Salyan və Aqstafanın yeni 5 kolleci və 45 orta məktəbi cəlb olundu və bununla ölkənin iyirmi altı bölgəsində bazar iqtisadiyyatı layıhələrində iştirak edən məktəblərin sayı 230-a çatdı.2003-cü ildən etibarən, Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə əməkdaşlıqda, AMİT proqramı JA “İqtisadiyyat” kursunu və yeni tədris metodologiyası istifadə edərək Azərbaycanın orta məktəblərində “İqtisadiyyat” fənnini tətbiq edir. Müəllimləri təlimatlandırmaq məqsədilə AMİT bu il 60 müəllim üçün 17 günlük treninq təşkil etmişdir.Bu günə qədər AMİT proqramı müxtəlif treninq və praktiki fəaliyyətlər...
Hər il “Məktəblərdə iqtisadiyyatın tədrisi” proqramının ən uğurlu şagirdləri JAA tərəfdaş şirkətlərində praktika keçmək imkanı əldə edirlər. 2007-ci ilin iyul ayından sentyabra kimi “Məktəbli Şirkətlər”, “Qlobal Biznes Etika” layihələrinin, iqitsadiyyat və menecment üzrə milli olimpiadanın qalibləri Statoil Azərbaycan, McDermott Caspian Contractors, Exxon Azərbaycan, AIG və KCA Deutag şirkətlərinin biznes mütəxəssisləri ilə birlikdə çalışaraq, biznes aləmində hansı imkanların mövcud olduğunu öyrənirdilər. Praktiki təcrübənin müddəti bir həftədən iki aya qədər davam etmişdir.AMİT proqramına 2006-cı ildə qoşulan Bakının 95 saylı məktəbinin şagirdi Cavid Vəliyev, “Məktəbli şirkətlər” layihəsində üçüncü yeri tutaraq...
"Məktəblərdə iqtisadiyyatın tədrisi" proqramının məzunu olan və Azərbaycan Dövlət Neft Akademiyasını təmsil edən tələbə komandası 12-ci Hewlett Packard Global Business Challenge (HPGBC) beynəlxalq yarışının dünya çempionu adını qazandı. Praqada keçirilən yekun yarış Kanada, Litva, Argentina, Rusiya, Çin və Azərbaycanın ən güclü iqtisadi və biznes şagirdlərini bir ayara topladı.2003-cü ildən etibarən AMİT proqramı sayəsində 750 məktəbli yarışda iştirak edib və son iki il ərzində bu, Azərbaycanlı komandalarının yarışın finalına çıxması ilə nəticələnib - 2006-cı ildə Bakı məktəbinin komandası dünya üzrə üçüncü olmuşdur.Ümumdünya Junior Achievement təşkilatı və Hewlett-Packard korporasiyası tərəfindən təşkil olunan yarı...
İyun ayının 27-i, Junior Achievement və Statoil Azərbaycan, “Qlobal biznes etika” proqramının iyirmi beş finalçısı üçün “Xəzər enerji mərkəzi”nə ekskursiya təşkil etmişlər. 2005–ci ildə BP, Statoil və tərəfdaş şirkətlərin təşəbbüsü ilə təsis olunan və maliyyələşdirilən “Xəzər enerji mərkəzi” müasir və maarifçilik xarakteri daşıyan kompüter simulyasiyaları vasitəsilə təqdim olunmuş Azərbaycanın qaz və neft sənayesinin yeganə sərgisidir. Mərkəz seyrçilərə təkrarolunmaz təcrübə əldə etmək imkanı verir, harada onlar neft emalı, benzindən parçaya kimi fərqlənən müxtəlif neft məhsulları və dünyanın enerji mənbələri haqqında öyrənirlər. Mərkəzin işçiləri məktəblilərə elmi təqdimatlar nümayiş etdirərək onları...
2007-ci il yaz ayları ərzində “Məktəblərdə iqtisadiyyatın tədrisi” proqramı, Azərbaycanın 20 bölgəsini təmsil edən 180 məktəbdə proqram dəyərləndirməsi keçirmişdi. Müəllim, şagird və məktəb direktorlarından toplanan məlumat əsasında hazırlanan dəyərləndirmənin nəticələri aşağıda göstərilibdir.
Həyatın iqtisadiyyatını anlamaq üçün, Junior Achievement praktiki təcrübədən istifadə edərək gənclərə kömək edir. Biznes şirkətləri və təlimçilərlə əməkdaşlıqda, Junior Achievement məktəbliləri həqiqi dünya ilə tanış edir, öz daxili potensiallarına nəzər yetirməyə imkan yaradır. Junior Achievement metodları özündə proqram materialı, treninq və dəstəkləyici üsulları birləşdirir. Junior Achievement təhsil və biznes arasındakı müvəffəqiyyətli körpüdür.
Junior Achievement müəllim və məktəbləri konkret proqramlarla təmin edir və şagirdlərə nəzəriyyənin praktikaya keçmə yolunu, sahibkarlığın nə olduğunu anlamağa imkan verir. Bu yolla şagirdlər özlərinə inam və motivasiya əldə edirlər, daha fəal olurlar və komanda daxilində işləməyi öyrənirlər. Bu isə, Avropanın gələcəyi üçün mühüm investisiyadır.
--- Xose Manuel Barroso, Avropa Komissiyasının Prezidenti