Yanvar 2010 İşdə bacarıqlar proqramının milli yarışı
Əlaqələndirici Şəxs: Könül Hüseynova
Yanvar-İyun 2010 Universitetlərə Hazırlıq Kursları
Əlaqələndirici Şəxs: Seymur Hacıyev
Oktyabr 2009 – Fevral 2010 Milli İdarəetmə və İqtisadiyyat Yarışı.
Əlaqələndirici Şəxs: Seymur Hacıyev
Fevral 2010 Milli İdarəetmə və İqtisadiyyat Yarışının Finalı
Əlaqələndirici Şəxs: Seymur Hacıyev
Noyabr 2009 – Aprel 2010 Məktəbli Şirkətlər Proqramı.
Əlaqələndirici Şəxs: Seymur Hacıyev
Mart 2010 Biznes Etika – Milli İnşa Yarışı
Əlaqələndirici Şəxs: Könül Hüseynova
Mart 2010 Mobil Telekommunikasiya Biznes təlimi
Əlaqələndirici Şəxs: Rəşad Xanlarov
Aprel 2010 Mobil Telekommunikasiya Biznesi - İşə Hazırlıq Proqramı
Əlaqələndirici Şəxs: Rəşad Xanlarov
May 2010 Məktəblilərin İllik Biznes Günü
Əlaqələndirici Şəxs: Seymur Hacıyev
May 2010 Biznes Etika Elektron Ünvanının Yerləşdirilməsi
Əlaqələndirici Şəxs: Urfan Şərifov
ABUNƏÇİ OL
BİZİMLƏ ƏLAQƏ
Cəfər Cabbarlı küç., 40
"Caspian Business Center",
7-ci mərtəbə
Bakı - AZ1065, Azərbaycan
Tel/Faks: (994 12) 436 76 48
Mobil: (994 55) 301 05 05
İnternet ünvanı: www.jaazerbaijan.org
Azərbaycan Respublikası Təhsil Naziri Cənab Misir Mərdanovun, 17 iyul 2008-ci il tarixli “Azərbaycan Respublikasının orta məktəblərində İqtisadiyyatın Tədrisi” haqqında Əmri Junior Achievement fəaliyyətinin həyata keçirilməsini dəstəkləyir. Əmrə əsasən, Ağdaş, Ucar, Kürdəmir, Yevlax və Göranboy rayonlarının 15 məktəbinin 10-cu sinif şagirdləri, JA Tətbiqi İqtisadiyyat kurrikulumu əsasında və milli və beynəlxalq yarışlarda iştirak edərək iqtisadiyyat və biznesi öyrənən, 225 məktəb və 10 kolleci özünə daxil edən bir şəbəkəyə qoşuldular. Junior Achievement Azərbaycan təşkilatı BP və...
2008-ci il sentyabrında JA İqtisadiyyat müəllimi Nailə Əhmədova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının təsis etdiyi “Ən yaxşı müəllim” mükafatına layiq görülmüşdür. Müəllimin ümumi fəaliyyəti, təqdimat bacarığı və tədris metodologiyalarını sınayan müsabiqədə müvəffəqiyyətlə iştirak etmiş xanım Əhmədova mükəmməl pedaqoji bacarıqlarına görə 5 min yeni Azərbaycan manatı məbləğində mükafatla və fəxri diplomla təltif edilmişdir.
Junior Achievement-in Azərbaycandakı fəaliyyətlərinə 2000-ci ildə qoşulan Nailə Əhmədova, həmin ildən etibarən 132 saylı məktəbdə yeni, müasir üsulla təqdim olunan JA İqtisadiyyat fənninin tədrisinə başlamış...
Brüssel- İyun 27, 2008; JA-YE Avropa və Microsoft ilk birgə Sahibkarlıq Forumunu təşkil etdilər. Avropa parlamentində, Avropa Parlamentinin üzvü və JA Rumıniyanın Prezidenti Mr. Deniel Deyanunun başçılığı ilə keçirilmiş forumda 120 nəfər iştirak edib. Sahibkarıq Forumu əsasən biznesin başlanılması doğru karyera seçimidirmi sualı qarşısında olan sabahın novator və biznes rəhbərlərinin ruhlandırılmasına yönəldilmişdi. İştirakçı siyahısı Biznes Week.com-dan Endi Reynhard tərəfindən tərtib olunmuşdur. Bütün iştirakçılar sahibkarlığı cavan yaşlardan...
2008-ci ilin iyun ayının 20-si, Bakının Səbayıl, Qaradağ və Xətai rayonlarından olan 10 məktəbli komanda Junior Achievement Azərbaycan təşkilatının“Məktəbli Şirkətlər” layihəsi çərçivəsində təşkil etdiyi sərgidə öz bizneslərini təqdim etdilər. Layihə British Petroleum və tərəfdaş şirkətlərin maliyyələşdirdiyi, Bakı koridoru zonasını əhatə edən “Məktəblərdə İqtisadiyyatın və Biznesin Tədrisi” proqramı çərçivəsində keçirilmişdir. Aprel ayında başlanan “Məktəbli Şirkətlər” layihəsinin 2008 ilin yaz sessiyasına Bakının Səbayıl, Qaradağ və Xətai rayonlarının 100...
Azərbaycan Dövlət Neft Akademiyasından olan “Rasmus” tələbə komandası Hewlett-Packard Global Businessyarışının final dövrəsinə vəsiqə qazandı.Yarış dünya üzrə 200 komandanın iştirakı ilə fevral ayında başlamışdır. İki dövrəni keçərək, Azərbaycan, Argentina, Kanada, Estoniya, Honk...
Bakı və Sumqayıt şəhərinin orta məktəb şagirdləri Junior Achievement Azərbaycan təşkilatının Master Card Worldwide korporasiyasının maliyyə dəstəyi ilə həyata keçirdiyi, JA Dünya bazarı proqramı vasitəsilə beynəlxalq ticarəti öyrənirlər. Bu pilot layihə 2007-ci ilin Dekabr ayından etibarən, Junior Achievement Azərbaycan təşkilatına, artıq 2003-cü ildən layihəyə dəstək olan Master Card korporasiyası tərəfindən proqramın tətbiq edilməsi və azərbaycan dilinə tərcümə edilməsi üçün qrantın ayırıldığı andan həyata keçirilir. Master Card Worldwide 12 ölkənin 143.000 şagirdinə beynəlxalq ticarətin və iqtisadi əlaqələrin əsaslarının öyrədilməsi üçün 1 milyon ABŞ dollarına yaxın vəsait ayırıb.Junior Achievement Azərbaycan iqtisadiyyat müəllimləri üçün proqramın həyata keçirilməsinə...
2008-ci ilin fevral ayından başlayaraq, Azərbaycanın beş orta məktəb və beş universitet komandası HP Qlobal Biznes Yarışında (HPGBC) iştirak edir. Onlayn yarış vasitəsilə 26 ölkənin 148 iştirakçı-komandası qiymət, məhsul, marketinq, sərmayə qoyuluşu və elmi-tədqiqat...
“COMEEP proqramının icmamıza gəlişi yüksək səviyyədə qarşılandı. Çox çəkmədi ki, proqram çərçivəsində keçirilən təlimlərə icma üzvlərinin əksəriyyəti qoşuldu. Mütəşəkkil keçən təlimlər insanlara biznesin və orta sahibkarlığın inkişaf sirlərini öyrətdi. Büdcə tərtibatı, biznes planların yazılması, kredit banklarına və təşkilatlarına müraciət, onlardan istifadə qaydalarına mükəmməl yanaşıldı.
Bu gün icmamız iqtisadi inkişaf təlimlərindən sonra özlərinin bizneslərini qurmaqda heç də aciz deyillər. Mart ayında Sərvər müəllimin dəstəyi ilə Nikoyl Bankın əməkdaşlarının icmamıza gəlişi maraqla qarşılandı. Deyilənlər doğru oldu, kiçik bizneslə məşğul olmaq istəyən icma üzvləri 24000 yeni Azərbaycan manatı alaraq*, yeni biznesi qurmağa başladılar. Bu gün bu əyani nəticədir və hamımız üçün...
Fevral ayının 11-i, “Məktəblərdə iqtisadiyyatın tədrisi” proqramı çərçivəsində JA Azərbaycan, “Avropa” mehmanxanasındakeçirilən və “Məktəbli şirkətlər” layihəsinin və iqtisadiyyat üzrə milli olimpiadanın final mərhələsinə həsr olunan“Məktəblinin biznes günü” adlı tədbir keçirdi. Tədbir, həmçinin, 2003-cü ildən ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) və fərdi sponsorların maliyyələşdirdiyi, Project Harmony tərəfindən idarə olunan və JA Azərbaycan tərəfindən həyata keçirilən AMİT proqramının başa çatmasına həsr olunmuşdur.Məktəblinin biznes günü, eyni zamanada keçirilən iki fəaliyyəti əhatə edirdi – biznes-planların təqdimatı və şagirdlərin məhsullarının sərgisindən ibarət “Məktəbli şirkətlər” layihəsinin son mərhələsi və iqtisadiyyat üzrə milli olimpiadanın finalı...
Əziz dostlar və tərəfdaşlar,
Junior Achievement Azərbaycan təşkilatının yeni ofisinin ünvanı:
Bakı-AZ1065, Cəfər Cabbarlı küçəsi, 40 “Caspian Business Center”, 7-ci mərtəbə. Təşkilatın telefon və faks nömrəsi: (+994 12) 436 7648.
Elektron poçt ünvanı /info@jaazerbaijan.org/ və mobil telefon nömrəsi eyni olaraq qalır: (+994 55) 301 0505.
Həyatın iqtisadiyyatını anlamaq üçün, Junior Achievement praktiki təcrübədən istifadə edərək gənclərə kömək edir. Biznes şirkətləri və təlimçilərlə əməkdaşlıqda, Junior Achievement məktəbliləri həqiqi dünya ilə tanış edir, öz daxili potensiallarına nəzər yetirməyə imkan yaradır. Junior Achievement metodları özündə proqram materialı, treninq və dəstəkləyici üsulları birləşdirir. Junior Achievement təhsil və biznes arasındakı müvəffəqiyyətli körpüdür.
Junior Achievement müəllim və məktəbləri konkret proqramlarla təmin edir və şagirdlərə nəzəriyyənin praktikaya keçmə yolunu, sahibkarlığın nə olduğunu anlamağa imkan verir. Bu yolla şagirdlər özlərinə inam və motivasiya əldə edirlər, daha fəal olurlar və komanda daxilində işləməyi öyrənirlər. Bu isə, Avropanın gələcəyi üçün mühüm investisiyadır.
--- Xose Manuel Barroso, Avropa Komissiyasının Prezidenti