Hörmətli həmkarlar,
Junior Achievement Azərbaycan təşkilatı 2009-cu ilin “Məktəbli Şirkətlər” proqramı üçün könüllülərin seçimini elan edir.JA “Məktəbli Şirkətlər” proqramı yuxarı sinif şagirdlərinə iqtisadiyyatın əsaslarını tədris edir. Həqiqi biznes müəssisəsini idarə etməklə, məktəblilər biznesin fəaliyyəti ilə yanaşı, azad sahibkarlıq sisteminin strukturunu və verdiyi faydanı da öyrənirlər. Proqram şirkətin və onun şöbələrinin yaradılması, rəhbərliyin və işçi heyətinin rolunun müəyyən edilməsi, şöbələrin və şirkətin biznes planlarının yazılması və məhsulun istehsalı və satışıla bağlı əsas fəaliyyətləri əhatə edir.Dərslərin keçirilmə müddəti: Noyabr ayından başlayaraq Aprel ayınadək həftədə bir dəfə, yaxud konüllü üçün münasib digər cədvəl üzrə ...
2009-cu ilin sentyabrında Amerika Ticarət Palatasının Azərbaycandakı nümayəndəliyi “Azərbaycan Məktəblərində İqtisadiyyatın Tədrisi” (AMİT) proqramına dəstək məqsədilə 5000 manat (6250 ABŞ dolları) həcmində vəsait ayırmışdır. Həmin vəsait JA Titan TM biznes modelləşdirməsinin, 105 məktəbli üçün Milli İdarəetmə və İqtisadiyyat Yarışının təşkil edilməsi və 6 məktəbli üçün JA İşə Hazırlıq proqramının həyata keçirilməsinə yönəldiləcəkdir. “Məktəblərdə İqtisadiyyatın Tədrisi Proqramı” StatoilHydro, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD), Chevron, Baker McKenzie ...
Azərbaycanın aparıcı mobil operatorlarından biri olan Bakcell şirkəti ölkənin texniki universitetlərinin tələbələrinə dəstək məqsədilə yeni təşəbbüsə imza atır. Bu təşəbbüsün bir hissəsi olaraq, Bakcell müxtəlif universitetlərin tələbələrinə şirkətdə təcrübə keçmək imkanı yaradacaq. Bu proqram, tələbələrə şirkətlə və ümumiyyətlə, telekommunikasiya sənayesi ilə tanış olmağa imkan verəcək.
Bu məqsədlə Bakcell şirkəti Junior Achievement Azərbaycan (JAA) təşkilatı ilə razılaşma imzaladı. Junior Achievement - gənclərə işə hazırlığı və sahibkarliğı öyrədən dünyanın nüfuzlu ...
2009-cu ilin İyun-Avqust ayları ərzində Azərbaycanda fəaliyyət göstərən beş beynəlxaq şirkət JA Azərbaycan təşkilatının proqram və yarışlarında qalib gələn 11 orta və ali məktəb şagirdinə JA İşə Hazırlıq proqramı çərçivəsində iş təcrübəsi imkanı yaradıb. Layihə StatoilHydro, ABŞ Beynəlxalq İnkişaf Agentliyi, Chevron, Baker & McKenzie, Amerika Ticarət Palatasının Azərbaycan nümayəndəliyi və Bakcell şirkətləri tərəfindən maliyyələşdirilən “Məktəblərdə İqtisadiyyatın Tədrisi” proqramının tərkib hissəsidir. JA İşə Hazırlıq proqramı JA proqramlarının ən müvəffəqiyyətli ...
JA Azərbaycan təşkilatı Ümumdünya Junior Achievement Təşkilatının fəaliyyət göstədiyi 110 ölkə arasında seçilərək, 2009-cu ilin “İllik Artım Mükafatı”na layiq görüldü. Nüfuzlu mükafat 5 il ərzində sabit artım, mükəmməl xidmət, sabit maliyyə durumu və ən azı 20% orta illik artımına malik olan JA üzv təşkilatlarına təqdim edilir. İyul ayında açıqlanan finalçılar sırasına Junior Achievement Azərbaycan, Junior Achievement Braziliya, Junior Achievement Çin, Junior Achievement Indoneziya və Junior Achievement Panama təşkilatları düşmüşdü. Mükafatın təqdim etmə mərasimi Avqust ayında, Sinqapurda keçirildi ...
Bakı, Azərbaycan – MetLife Fondu Junior Achievement Azərbaycan təşkilatına JA Tətbiqi İqtisadiyyat proqramının Azərbaycan dilinə tərcüməsi və adaptasiyası üçün maliyyə yardımı ayırmışdır. Proqram orta məktəb şagirdlərinə əsas iqtisadi anlayışlar, onların dünya bazarlardakı rolu, dövlətin bazar iqtisadiyyatında daşıdığı rol, iqtisadi prinsiplərin biznes qərarlarındakı rolu haqqında ətraflı məlumat verir. MetLife Fondu JA Tətbiqi İqtisadiyyat proqramının inkişafı və həyata keçirilməsi üçün əsas maliyyə yardımı ilə təmin edir. Bu il MetLife Fondunun ayırdığı qrantı dörd ölkədə fəaliyyət ...
Azərbaycan Dövlət Neft Akademiyası və Bakının 95 saylı məktəbini təmsil edən tələbə və şagirdlər 14-cü Beynəlxalq HP Qlobal Biznes Yarışının (HPGBC) finalına vəsiqə qazanıblar. Hər il təşkil olunan nüfuzlu HPGBC yarışı Ümumdünya Junior Achievement Təşkilatı tərəfindən keçirilir. Final görüşü Avqustun 16-20-si Braziliyanın San Paolo şəhərində keçiriləcək. Azərbaycanda HPGBC yarışı StatoilHydro Azərbaycan, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD), Chevron Xəzər, Baker McKenzie, Amerika Ticarət Palatası və Bakcell tərəfindən maliyyələşdirilən ...
“Məktəbli Şirkətlər” layihəsinin ən maraqlı və həyəcanlı hissəsi olan “Məktəblinin Biznes Günü” ölkə üzrə bütün məktəbli şirkətlərə öz məhsullarını təqdim etmək və yeni, müasir biznes ideyalarla bölüşmək üçün nadir imkan yaradır. Junior Achievement Azərbaycan təşkilatı tərəfindən hər il keçirilən məktəbli yarmarkasında şagirdlər öz məhsul və xidmətlərini təqdim edir və “İlin Məktəbli Şirkəti” mükafatı uğrunda mübarizə aparırlar. May ayının 26-sı, Bakı, İsmayıllı, Kürdəmir, Ağdaş və Yevlax məktəblərini təmsil edən 63 gənc sahibkar Bakıda, “Ambassador” otelində ...
Əziz tərəfdaşlar,
Junior Achievement Azərbaycan (JAA) 2009-cu ilin “İşə Hazırlıq” proqramını elan edir və sizi və şirkətinizi bu fəaliyyətdə iştirak eməyə dəvət edir. İldə keçirilən proqram 10 və 11-ci sinif şagirdlərini iş yerlərinə gətirərək, onlara işgüzar mühitdə özlərini sınamaq imkanı verir. Iştirakçı şagirdlər işə hazırlıq layihələrinin məzunları, eləcə də sahibkarlıq və maliyyə savadı üzrə məktəbli yarışlarının qalibləri sırasından seçilir. Proqramda iştirakınız sizə və şirkətinizə öz gələcək karyeralarının seçimi mərhələsində olan şagirdlər ...
21 Aprel 2009-cu il tarixində, “Grand Hotel Europe”-da keçirilən mərasimdə Mingəçevir Humanitar Texniki liseyin məktəbli komandası 10-cu Milli İdarəetmə və İqtisadiyyat Yarışının qalibi elan edildi. Junior Achievement Azərbaycan təşkilatının keçirdiyi tədbir BP və onun AÇG, Şahdəniz, BTC və CQBK layihələri üzrə tərəfdaşları, USAİD, StatoilHydro, Chevron və Baker McKenzie şirkətlərinin dəstəyi ilə həyata keçirilən “Məktəblərdə iqtisadiyyatın tədrisi” proqramı çərçivəsində təşkil olunmuşdu.Tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Bakı Şəhər ...
Həyatın iqtisadiyyatını anlamaq üçün, Junior Achievement praktiki təcrübədən istifadə edərək gənclərə kömək edir. Biznes şirkətləri və təlimçilərlə əməkdaşlıqda, Junior Achievement məktəbliləri həqiqi dünya ilə tanış edir, öz daxili potensiallarına nəzər yetirməyə imkan yaradır. Junior Achievement metodları özündə proqram materialı, treninq və dəstəkləyici üsulları birləşdirir. Junior Achievement təhsil və biznes arasındakı müvəffəqiyyətli körpüdür.
Junior Achievement müəllim və məktəbləri konkret proqramlarla təmin edir və şagirdlərə nəzəriyyənin praktikaya keçmə yolunu, sahibkarlığın nə olduğunu anlamağa imkan verir. Bu yolla şagirdlər özlərinə inam və motivasiya əldə edirlər, daha fəal olurlar və komanda daxilində işləməyi öyrənirlər. Bu isə, Avropanın gələcəyi üçün mühüm investisiyadır.
--- Xose Manuel Barroso, Avropa Komissiyasının Prezidenti