AZ | EN
   
    SPONSORLAR  
    SEÇƏNƏKLƏR  
    QARŞIDAN GƏLƏN TƏDBİRLƏR
 
 

Fevral - İyun 2012
JA İqtisadiyyat dərsləri
Əlaqələndirici Şəxs:

Seymur Hacıyev

Fevral - Oktyabr 2012
İMTB – Tələbələrin seçimi
Əlaqələndirici Şəxs:

Seymur Hacıyev

Fevral - Oktyabr 2012
JA Müvəffəqiyyət Bacarıqları, yuxarı sinif şagirdləri üçün işə hazırlıq təlimi
Əlaqələndirici Şəxs:

Nilüfər Dəmirzadə

Fevral - Oktyabr 2012
JA Biznes Etika, yuxarı sinif şagirdləri üçün işə hazırlıq təlimi
Əlaqələndirici Şəxs:

Könül Hüseynova

Fevral - Oktyabr 2012
JAA-Saipem "İşə Hazırlıq" Layihəsi – Tələbələrin seçimi
Əlaqələndirici Şəxs:

Nilüfər Dəmirzadə

 
    ABUNƏÇİ OL
 
   
 
    BİZİMLƏ ƏLAQƏ  
 
Cəfər Cabbarlı küç., 44
"Caspian Plaza 1", 7-ci mərtəbə
Bakı - AZ1065, Azərbaycan
Tel/Faks: (994 12) 436 76 48
Mobil: (994 55) 301 05 05
İnternet ünvanı: www.jaazerbaijan.org Əlaqələndirici Şəxs:
Könül Hüseynova
 
XƏBƏRLƏR
JA Azərbaycan "İşə Hazırlıq" layihəsinin 2012-ci ilin seçim mərhələsinin nəticələrini elan etdi

Seçilmiş tələbələrin tam siyahısını görmək üçün buraya daxil olun



2012-ci ilin Ümumdünya JA Titan Yarışına start verildi!

2012-cu ilin Ümumdünya JA Titan Yarışına qoşulun və şirkətin idarə edilməsində öz bacarığınızı sınayın. İştirakçı tələbə kimi siz şirkətinizə uğur gətirmək məqsədilə korporativ qərarlar qəbul edən biznes lideri rolunu ifadə edəcəksiniz. Komandanız digər ölkələrin beynəlxalq komandaları ilə mübarizə apararaq, ABŞ-ın Delavar ştatında yerləşən Vilminqton şəhərində keçiriləcək final yarışda iştirak etmək imkanı əldə edəcək.


Yarış 2012-ci ilin fevral ayında başlanır və Aprel ayının əvvəlinə kimi davam edəcəkdir. Daha sonra, JA təmsil edən Afrika, Amerika...



Saipem Azərbaycan və Junior Achievement Azərbaycan təşkilatı JA “İşə Hazırlıq” Layihəsinə tələbə seçiminin başlanmasını elan edir
Junior Achievement Azərbaycan təşkilatı 2012-ci ilin JA “İşə Hazırlıq” Layihəsinin həyata keçirilməsinə başlayır. Bununla bağlı dekabr ayının 21-i, saat 13.30-da Azərbaycan Dövlət Neft Akademiyasında rəsmi mərasim keçiriləcəkdir. Tədbir, Neft Akademiyasının 462 saylı auditoriyasında təşkil olunacaqdır. İşə hazırlıq təlimi və karyera perspektivləri sahəsində təcrübi sessiyalardan ibarət olan layihə müxtəlif qrup tələbələrin ehtiyaclarını təmin edir. “Müvəffəqiyyət Bacarıqları” təlimi və “İşə Hazırlıq” praktiki proqramı təqdim edən layihə Dövlət Neft Akademiyasının 4-cü kurs bakalavr və 2-ci kurs magistratura tələbələri üçün nəzərdə tutulub. Layihəyə seçilən....


Mərkəzi Bank və Junior Achievement Azərbaycan təşkilatı tələbələrin maliyyə savadının artırılmasına dair növbəti treninqlərə başlayır
Azərbaycan Respublikasının Mərkəzi Bankı və Junior Achievement Azərbaycan təşkilatı ölkə məktəblərində iqtisadiyyatın tədrisi proqramı çərçivəsində “Banklar fəaliyyətdə” adlı layihəsini uğurla davam etdirir. “Bankçılığın əsasları və Mərkəzi Bankın bank sistemində rolu” mövzusunda olan treninqlər Mərkəzi Bankın Tədqiqatlar və İnkişaf Mərkəzində (TİM) 2011-ci ilin dekabrın 12-dən 16-dək keçiriləcəkdir.

Mərkəzi Bankın Kommunikasiya departamenti, TİM və JAA-in təşkilatçılığı ilə keçirilən bu treninqlərin məqsədi ali məktəb tələbələrinin bank sahəsi üzrə biliklərinin artırılmasıdır.


Menecment və İqtisadiyyat üzrə Milli Yarışa start verildi
Hörmətli müəllim, şagird və tələbələr!

 

JA Azərbaycan təşkilatı 2011-2012-ci ilin Menecment və İqtisadiyyat üzrə Milli Yarışın başlanmasını elan edir. Seçim mərhələləri aşağıdakı cədvələ uyğun təşkil olunacaqdır:

 

Regional məktəblilər üçün seçim mərhələsi:

17 Dekabr, saat 12.00, Mingəçevir şəhəri 3 saylı məktəb. Digər rayonlardan gələn iştirakçı müəllim və şagirdlərin yol xərcləri tam ödəniləcəkdir.



JA Azərbaycan "Banklar Fəaliyyətdə" layihəsinin 2012-ci ilin seçim mərhələsinin nəticələrini elan etdi

Seçilmiş tələbələrin tam siyahısını görmək üçün buraya daxil olun



Bakıda Gənclərin VI Forumunun işinə start verildi

25 oktyabr 2011-ci il tarixində, Heydər Əliyev adına Respublika Sarayında 2000-ə yaxın gənc bir araya gəldi. Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən Azərbaycan Gənclərinin VI Forumunda dövlət rəsmiləri, mərkəzi strukturların rəhbərləri, beynəlxalq humanitar təşkilatların nümayəndələri, ali təhsil müəssisələrinin rektorları, millət vəkilləri və digər rəsmilər iştirak edir. 


Forum çərçivəsində qeyri hökumət gənclər təşkilatlarının vəzifə və öhdəlikləri, gənclərin ictimai siyasi fəallığı, tələbələrin sosial problemləri, təhsilin keyfiyyəti, yaradıcı və istedadlı gənclərin yeni...



Sahil və Ümid məktəblərində “İdarəetmə və İqtisadiyyat” üzrə yarış keçirildi

Oktyabr, 2011-ci il – “Qaradağ Sement” ASC və Junior Achievement Azərbaycan təşkilatı Sahil və Ümid qəsəbələrinin 5 məktəbinin iştirakilə “İdarəetmə və İqtisadiyyat” üzrə yarış keçirdilər. Yarış, Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə strateji əməkdaşlıq çərçivəsində “Qaradağ Sement” ASC və Junior Achievement Azərbaycan təşkilatı tərəfindən həyata keçirilən “Məktəblərdə Biznesin Tədrisi Proqramı”nın tərkibində reallaşır.

Qaradağ rayonunun 273, 294, 228, 319 və 9 saylı xüsusi internat məktəbini təmsil edən 10 komanda iki qrup daxilində mübarizə...



“Qaradağ Sement” ASC və Junior Achievement Azərbaycan təşkilatı Sahil və Ümid qəsəbələrində “İdarəetmə və İqtisadiyyat” üzrə yarış keçirirlər

21 Oktyabr, 2011-ci il – 319 saylı orta məktəb, saat 10.30: “Qaradağ Sement” ASC və Junior Achievement Azərbaycan təşkilatı Sahil və Ümid qəsəbələrinin 6 məktəbinin iştirakilə “İdarəetmə və İqtisadiyyat” üzrə yarış keçirəcəklər. Yarış, Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə strateji əməkdaşlıq çərçivəsində “Qaradağ Sement” ASC və Junior Achievement Azərbaycan təşkilatı tərəfindən həyata keçirilən “Məktəblərdə Biznesin Tədrisi Proqramı”nın tərkib hissəsidir.

Yarış zamanı iştirakçılar modelləşdirilmiş virtual şirkətin baş icraçı meneceri kimi çıxış edərək, məhsulun qiymətini və istehsalın həcmini...



Bakcell və Junior Achievement Azərbaycan “Tələbələrin İşə Hazırlığı Proqramı”nın iştirakçılarına sertifikatlar təltif etdi

Azərbaycanın Ilk Mobil Operatoru olan Bakcell şirkəti, Alcatel-Lucent Azərbaycan və Junior Achievement Azərbaycan (JAA) təşkilatı “İşə Hazırlıq” proqramının 15 iştirakçısını sertifikatlarla təltif etdi. Layihə, Bakcell şirkətinin dəstəyilə və Alcatel-Lucent Azərbaycan şirkəti ilə tərəfdaşlıq çərçivəsində Junior Achievement Azərbaycan təşkilatı tərəfindən həyata keçirilən “Mobil Telekommunikasiya Biznesinə Giriş” proqramı çərçivəsində reallaşır. 

Bakcell-in Baş icraçı direktoru cənab Riçard Şirer tələbələri işə hazırlıq proqramını uğurla bitirdiklərinə görə təbrik edərək onlara təhsildə
...



1-10 of 60 Next Page >>

Xəbərlər arxivi 2009

Xəbərlər arxivi 2008

Xəbərlər arxivi 2007

Xəbərlər arxivi 2006

Xəbərlər arxivi 2005

   

BİZİM HAQDA

 
 
Həyatın iqtisadiyyatını anlamaq üçün, Junior Achievement praktiki təcrübədən istifadə edərək gənclərə kömək edir. Biznes şirkətləri və təlimçilərlə əməkdaşlıqda, Junior Achievement məktəbliləri həqiqi dünya ilə tanış edir, öz daxili potensiallarına nəzər yetirməyə imkan yaradır. Junior Achievement metodları özündə proqram materialı, treninq və dəstəkləyici üsulları birləşdirir. Junior Achievement təhsil və biznes arasındakı müvəffəqiyyətli körpüdür.
 
   

JAA FƏALİYYƏTİNİ DƏSTƏKLƏ

 
   
   

BİZƏ QOŞUL

 
 
2009 cu ilin JAA Könüllülər Təqviminə nəzər yetirin
Könüllü biznes mentoru kimi üzv olun:
Sinifdə dərs aparın, təcrübə təşkil edin və ya şagirdə öz biznesini qurmaqda yardımçı olun.
 
    BİZİM UĞURLARIMIZ
 
 
  Biznes nümayəndələrinin təcrübəsi gəncləri sahibkarlıq fəaliyyətinə ruhlandırır
 
 
  JAA düzgün kredit seçimində istehlakçılara kömək edir
 
 
  JAA təcrübəsi bölgə icmalarının biznes savadını təkmilləşdirir
 
 
  Baker McKenzie JA Azərbaycan məzunlarını işə götürüb
 
 
  JA İqtisadiyyat müəllimi Azərbaycan Respublikası Prezidentinin “Ən yaxşı müəllim” mükafatına layiq görülüb
 
 
  Ümumdünya JA Təşkilatı Birləşmiş Millətlər Təşkilatı tərəfindən xüsusi statusa layiq görüldü
 
 
  40 COMEEP iştirakçısı Nikoyl Bankdan aqrobiznesin inkişafına ayrılan kredit əldə edib
 
 
  JA təşkilatı, ABŞ Prezidentinin maliyyə məsələləri üzrə Məşvərətçi Şurasında təmsil olunub
 
 
  Azərbaycan komandası beynəlxalq biznes yarışında qalib gəlib
 
 
  Şagirdlər peşəkar biznes təcrübəsi əldə edirlər
 
 
  Yeni "Tətbiqi İqtisadiyyat" dərsliyini təqdim edirik
 
 
  İİT təcrübəsi və treninqləri bölgə bizneslərində tətbiq olunur
 
 
   

SİTAT

 
 
Junior Achievement müəllim və məktəbləri konkret proqramlarla təmin edir və şagirdlərə nəzəriyyənin praktikaya keçmə yolunu, sahibkarlığın nə olduğunu anlamağa imkan verir. Bu yolla şagirdlər özlərinə inam və motivasiya əldə edirlər, daha fəal olurlar və komanda daxilində işləməyi öyrənirlər. Bu isə, Avropanın gələcəyi üçün mühüm investisiyadır.

--- Xose Manuel Barroso,
Avropa Komissiyasının Prezidenti

 
   

LİNKLƏR